İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

Gülarə Balayeva 
 
 
122 
ümumi, inteqrativ xarakterdə olması həm də onun sosial mahiyyət 
daşımasından, cəmiyyətin ehtiyac və tələbatlarından irəli gəlməsini 
göstərir.  Belə  nəticələri  dövlətin  sifarişi  kimi  təsdiq  edərək  təhsil 
müəssisələri  qarşısında  mühüm  vəzifə  kimi  qoymaq  keyfiyyətin 
idarə olunması mexanizmlərindən biri kimi əhəmiyyət daşıyır.  
İkinci,  nəticələr  sadəcə  müxtəlif  bilik  sahələri  ilə  bağlı 
anlayışlara  deyil,  müxtəlif  qabiliyyətlərin  inkişaf  etdirilməsi  ilə 
əlaqələndirilir.  
“Qabiliyyətlər  şəxsiyyətin  fərdi-psixoloji  xüsusiyyətləri  olub 
müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının şərtini təşkil edir və 
onun  üçün  zəruri  olan  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmə 
dinamikasındakı fərqlərdə ifadə olunur” (20, s.367). 
Psixologiyada  qabiliyyətlər  iki  cür  təsnif  olunur.  Onlardan 
birincisi ümumi qabiliyyətlərdir.  
Ümumi  qabiliyyətlər  daha  ümumi  xarakterə  malik  olmaqla 
psixi proseslər kimi öyrənilir. Çünki onlar ali psixi proseslər əsasın-
da formalaşır. Qavrayış, hafizə, təfəkkür və s. fəaliyyət prosesində 
funksional cəhətdən inkişaf edərək müvafiq qabiliyyətlərə çevrilir.  
Xüsusi  qabiliyyətlər  isə  yalnız  müəyyən  fəaliyyət  növünün 
müvəffəqiyyətli  icrası  üçün  şərt  olan  qabiliyyətlərə  deyilir.  Lüğət 
ehtiyatı və ifadəli nitq, söz assosiasiyalarının zənginliyi, ədəbi yara-
dıcılıq nisbəti, perspektiv qiymətləndirmə və rəngləri fərqləndirmə 
həssaslığı, təsviri fəaliyyət; məkan qavrayışı və təsəvvürləri; texniki 
yaradıcılıq; didaktik qabiliyyətlər və s. isə pedaqoji fəaliyyət üçün 
xüsusi qabiliyyətlərdir. Xüsusi qabiliyyətlərin formalaşması insan-
larda fakt və  hadisələrə səriştəli  yanaşma keyfiyyətinin  əmələ  gəl-
məsi ilə nəticələnir. İbtidai təhsilin sonu üçün bu tipdən olan səriş-
tələr  (kompetensiyalar)  müəyyən  edilir  və  ümumi  nəticələr  kimi 
təqdim olunur.  
Üçüncü, nəticələr təsadüfi xarakter daşımır. Onlar cəmiyyətin 
ehtiyac və tələbatları əsasında müəyyənləşir.  
Pedaqoji  ədəbiyyatda  bu  məsələlər  uzun  illərdən  bəri  mü-
zakirələrə səbəb olmuşdur. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
123 
Təhsil sistemi üçün nəyin seçilməsi və məktəb təliminin məz-
mununa  gətirilməsinin  ciddi  araşdırmalar  tələb  etməsi  barədə 
fikirlər söylənilmişdir.  
Doğrudan  da,  ibtidai  təhsilin  məzmununun  cəmiyyətin  ehti-
yac və tələbatına uyğun olaraq hazırlanması onun müasir xüsusiy-
yətlərindəndir. 
Y.V.Qromuka yazır ki, “Müasir təhsilin inkişafının əsas prob-
lemi nəyi öyrətməkdir” (149, s.310). Bu fikir XXI əsrin əvvələrində 
söylənsə də, təhsilin tarixi boyu həmişə aktual olmuşdur. Pedaqoq-
lar  onu  araşdırmalarında  xüsusi  olaraq  vurğulamışlar.  Lakin  for-
maca eyni olan bu fikir zaman-zaman yeni məna daşımış, dövrə gö-
rə sementikasını dəqiqləşdirmişdir. Artıq XXI əsrin əvvəllərində nə-
yin öyrədilməsi problemini həll etmək üçün müasir təhsilin məqsə-
dindən çıxış edilməsi birmənalı şəkildə qəbul edilmişdir.  
Nələr  öyrədilməlidir?  Müxtəlif  sahələrə  aid  deklorativ 
biliklərmi? Qanunlar, qanunauyğunluqlarmı? 
Son dövrün araşdırmalarında göstərilir ki, təhsil standartlarına 
əsasən  ölçülməyə  kəmiyyət  yanaşmasından  fərqli  olaraq, 
keyfiyyətlə müəyyənləşən təhsillilik səviyyəsinin dəyərləndirilməsi 
kimi baxılmalıdır. “Təhsillilik dedikdə isə insanın fəal mənimsədiyi 
təfəkkür  və  fəaliyyət  qabiliyyətləri  başa  düşülür”  (149,  s.310).  Bu 
qabiliyyətlər  şagirdlərin  əldə  etdikləri  nailiyyətlər  əsasında 
formalaşmaqla onların şəxsiyyəti üçün atributa çevrilir.  
Göründüyü  kimi,  öyrənilən,  ölcülən  məhz  hər  hansı  elm 
sahəsindəki fundamental məsələlər deyil, təfəkkür və onunla bağlı 
fəaliyyətlərdir.  Şagirdlər    təfəkkür  fəallığına  yiyələnməklə  səviy-
yəsini  artırır,  çeviklik,  dözümlülük,  şəraitə  uyğunlaşma  və  s. 
bacarıqlar nümayiş etdirir. Bunlar şəxsiyyətin inkişafını göstərmək-
lə  yanaşı, onu  düzgün və  obyektiv  qiymətləndirməyə  imkan  yara-
dır.  
Bütün  bunlar  müasir  dövrün  intellektual  ibtidai  təhsilinin 
yaradılması üçün mühüm addımlar kimi qiymətləndirilir. Belə bir 
məktəbin  bu  gün  yaradılması,  onun  fəaliyyətinin  şagirdlərin 
intellektual  inkişafına  yönəldilməsi  zəruri  tələb  kimi  qarşıya 


Gülarə Balayeva 
 
 
124 
qoyulur.  Ümumi  təlim  nəticələri  məhz  bu  tələbə  cavab  verməklə 
məktəb və müəllimlərin də fəaliyyətlərini tələbatlara uyğunlaşdırır, 
zəruri texnologiyalardan istifadə sahəsində onlara istiqamət verir. 
Ümumi təlim nəticələri şagirdlərin dörd istiqamətdə öyrənmə 
fəaliyyətini  ehtiva  edir:  məlumat  toplamaq;  analiz-sintez;  tətbiq 
etmək; hesabat vermək.  
Şagirdlər  bu  istiqamətlərdə  təlim  tapşırıqlarını  yerinə  yetir-
məklə əldə etdikləri bacarıqları nümayiş etdirirlər.  
Ümumi təlim nəticələrində ehtiva olunan öyrənmə fəaliyyət-
ləri bir-birilə əlaqəli olmaqla biri digərini tamamlayır. Ona görə də 
onların arasındakı məntiqi bağlılıq şagird fəaliyyətinin tam mənzə-
rəsini vermək baxımından əhəmiyyət daşıyır.  
Məlumat  toplamaq.  Təlim  fəaliyyətinin  bu  növü  müxtəlif 
mərhələləri  əhatə  edir.  Onlardan  birincisi  məlumatı  axtarmaqdır. 
Müəyyən olunmuş məqsədə uyğun olaraq məlumatı axtarmaq üçün 
şagirdlər  oxumalı,  səhvləri  qeyd  etməli,  siyahıya  almalı,  zəruri 
olduqda tərcümələr etməli, kodlaşdırma aparmalı, söz və ifadələrin 
işlənmə məqamını anlamalı, onları mənalandırmalıdırlar.  
İkincisi,  məlumatı  qruplaşdırmaqdır.  Qruplaşdırmaq  toplan-
mış  materialları  müəyyən  əlamətlərinə  görə  sistemləşdirməkdən 
ibarətdir.  Bunun  üçün  şagirdlər  verilmiş  şərtlərə  görə  elementləri 
ayıraraq  qruplaşdırır,  qeyri-adi  halları  görür,  ifadələri  formasına 
görə tanıyır və s. 
Üçüncü  isə  öncədən  görməkdir.  Əvvəlkilərdən  fərqli  olaraq 
öncədən  görmək  şagirdlərin  təhlil  bacarıqlarını  meydana  çıxarır. 
Öncədən görmək nəyi isə ehtimal edə bilmək, duymaqla başlayır. 
Ehtimalları reallaşdırmaq üçün hər hansı bir fakt və ya hadisə bütöv 
hissələrə  ayrılır,  uyğun  təcrübələr  qoyulur,  sınaqlar  keçirilir,  nəti-
cələr qismən aşkar edilir.  
Analiz-sintez  etmək.  Bu  fəaliyyət  şagirdlərin  tədqiqatçılıq 
bacarığını nümayiş etdirir. Onlar əldə etdikləri məlumatlar və ilkin 
qənaətlər əsasında araşdırmalara cəlb olunur. Bu zaman yerinə ye-
tirilən işlər iki mərhələdə  aparılır. Birinci mərhələ seçim aparmaq, 
analiz  etməkdir.  Seçmək,  qeyri-zərurini  zəruridən  ayırmaq,  zəruri 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə