İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə37/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

Gülarə Balayeva 
 
 
110 
Belə  yanaşma tərzi ibtidai siniflərdə şagirdi  gücünə müvafiq 
olmayan summativ (yekun) tədris yükündən azad edir, öz maraq və 
meyillərini  reallaşdırmaqda  ona  kömək  göstərir.  Əsası  olmayan 
emosional  və  psixi  gərginlik  aradan  qalxır.  Hər  kəsin  maksimum 
gücü  çatan  səviyyədə  oxumaq  imkanı  yaranır,  təlimin  müsbət 
motivləri formalaşır. 
6. İdarəetmə funksiyası 
İbtidai  təhsilin  idarəetmə  funksiyasının,  ilk  növbədə,  onun 
nəticələr 
formasında 
ümumiləşdirilərək 
keyfiyyəti 
ifadə 
etməsindədir. Hər bir standartın keyfiyyəti ifadə edə bilən göstərici 
olması və onun əsasında qiymətləndirmənin keçirilməsi məzmunda 
idarəetmə funksiyasının mövcudluğuna dəlalət edir. İbtidai təhsilin 
məzmununun  bu  funksiyaya  malik  olması  müasir  dövrün  tələbi 
kimi meydana çıxır. 
Təhsil sahəsində keyfiyyət dedikdə nə başa düşülür? “Təhsil 
sahəsində keyfiyyət dedikdə, təhsilin nəticələrinə uyğun əvvəlcədən 
müəyyən edilmiş normativlərə (standartlara) müvafiq öyrənənlərin 
səviyyəsi, ümumi halda isə təhsil sisteminin durumu başa düşülür” 
(91,  s.212).
 
İbtidai  təhsil  üzrə  belə  səviyyənin  öyrənilməsi  onun 
keyfiyyətindən  xəbər verir. İdarəetmə nəzəriyyəsində belə bir müd-
dəa vardır ki, “təhsilin keyfiyyəti anlayışını xarakterizə edən faktor-
ların düzgün
 
müəyyənləşdirilməsi obyektiv keyfiyyətin idarə olun-
masına imkan verir” (91, s.215). Bu, demokratik təhsil sisteminin 
mühüm əlaməti kimi meydana çıxır. 
Hazırda ənənəvi qaydada inzibati idarəetmə üsulu tədris ma-
teriallarının öyrədilməsinə diqqət yetirilməsini, onların mənimsədil-
məsini nəzarətdə saxlamaqla mövcuddur. Bu qaydaların aradan qal-
dırılmasında yeni məzmunun yaradılması xüsusi əhəmiyyət daşıyır. 
Yeni  kurikulumların  yaradılması,  təhsil  standartlarının  tədricən 
hazırlanması  artıq  həmin  sahədə  işlərin  olduğunu  göstərir.   
Tədqiqat göstərir ki, mövcud vəziyyətdə ibtidai təhsilin məzmunun 
idarəetmə  funkasiyasının  formalaşması  bilavasitə  onun  yeni 
standartlar əsasında qurulması ilə şərtlənəcəkdir. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
111 
Keyfiyyət  göstəricilərini  ifadə  edən  standartlardan  ibarət 
məzmunun  hazırlanması  ibtidai  siniflərdə  real  vəziyyət  haqqında 
etibarlı informasiyaların əldə edilməsi, müəllimdən tutmuş (optimal 
metodikanın  seçilməsi,  vaxtında  korreksiyanın  aparılması, 
differensiya  və  təlimin  fərdiləşdirilməsi  və  s.)  təhsil  rəhbərlərinə 
qədər  (tədrisin  keyfiyyətinin  yaxşılaşdırılması  üzrə  bölgə  və  milli 
səviyyəli tədbirlər, proqram və dərsliklərdə dəyişikliklərin edilməsi, 
pedaqoji  kadrların  ixtisasının  artırılması,  proqramlarının  tək-
milləşdirilməsi və s.) bütün səviyyələrdə əsaslandırılmış idarəetmə 
qərarlarının qəbul edilməsinə şərait yaradır. Monitorinqlərin keçiril-
məsini, minimum nöqsanların aradan qaldırılmasını tənzimləyir. 
7. Təhsilin keyfiyyətinin yüksəldilməsi funksiyası 
Müasir pedaqoji yanaşmalara görə, təhsilin idarə olunması öz 
məzmununda  qiymətləndirmə  fəaliyyətini  də  əhatə  edir.  Bu, 
bilavasitə idarəetmənin demokratik prinsip əsasında qurulmasından 
irəli  gəlir.  Belə  ki,  demokratik  prinsip  inzibatçılığı  inkar  edir.  Bu 
zaman  idarəetmənin  inkişafa  xidmət  edən  və  onu  stimullaşdıran 
keyfiyyətin yüksəldilməsi funksiyası ön plana keçir. 
Təhsilin keyfiyyətinin yüksəldilməsində stimullaşdırma hesa-
batlılıq,  şəffaflıq  əsas  tələblər  kimi  diqqət  mərkəzində  saxlanılır. 
İdarəetmə prosesində monitorinq və qiymətləndirmə vasitələrindən 
istifadə  olunmaqla  keyfiyyətin  yüksəldilməsi  istiqamətində  strateji 
fəaliyyətlər  təşkil  olunur.  Burada  müəllimin,  şagirdin,  valideynin, 
eləcə də məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrin düzgün və 
lazım olan səviyyədə icra olunması əhəmiyyətli şərt kimi nəzərə alı-
nır.  Onlar  arasında  məsuliyyətin  uyğun  tələblərə  əsasən  bölüşdü-
rülərək yerinə yetirilməsi keyfiyyətin yüksəldilməsində əhəmiyyətli 
rol oynayır. 
Təhsil  standartlarının  tətbiqi  hər  bir  şagirdin  əvvəlcədən 
qazanmış  olduqları  baza  biliklərinin,  ümumi  bacarıqlarının  səviy-
yəsi  ilə,  xüsusi  normativlərlə    tanış  olmağa  şərait  yaradır.  Eyni 
zamanda  gözlənilən  nəticə  ilə  bağlı  real  nəticələr  arasında 
müqayisələr  aparmağa  və  keyfiyyətin  inkişafı  ilə  bağlı  konkret 
faktlar əsasında mülahizələr söyləməyə imkan verir. 


Gülarə Balayeva 
 
 
112 
8. Zəruri minimumun müəyyənləşdirilməsi funksiyası 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  “Təhsil 
hüququ”  maddəsində  qeyd  olunur  ki,  “Dövlət  minimum  təhsil 
standartlarını müəyyən edir” (13, s.15). Bu müddəa təhsilin bütün 
pillələrinə, səviyyələrinə şamil edilir. 
“Təhsil  haqqında”  Azərbaycan  Respublikasının  qanununda 
da  təhsil  sahəsində  dövlət  standartlarına  xüsusi  yer  ayrılır,  onun 
mahiyyəti,  funksiyaları  qeyd  olunur.  Eyni  zamanda  bildirilir  ki, 
“Təhsil  müəssisənin  fəaliyyətinin,  təhsilin  səviyyəsinin  və  təhsil 
alanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyasında 
və  attestasiyada  müvafiq  dövlət  təhsil  standartları  əsas  götürülür” 
(119, s.14).
 
 
Ümumi təhsilin o cümlədən ibtidai təhsilin məzmunu hazır-
lanarkən  ölkəmizdə  təhsil  standartlarının  müəyyən  olunması 
sahəsində  dövlət siyasəti fəaliyyətlərin başlıca hüquqi əsasını təşkil 
edir.  Təhsilin  məzmununun  standartlar  formasında  hazırlanması 
onun  zəruri  minimumunu  müəyyənləşdirmək  funksiyasından  irəli 
gəlir.  Çünki  ibtidai  təhsilin  məzmununu  təşkil  edən  məzmun 
standartları şagirdlərin hazırlığına qoyulmuş minimum həddi ifadə 
edir. Bu hər bir ibtidai təhsil alan üçün vacib olan səviyyədir. 
Təhsil standartları məzmunun zəruri minimumu  olduğundan 
bütün irəliləyişlər, nailiyyətlər onun əsasında müəyyənləşdirilir. 
Bütün bunları ümumiləşdirməklə aşağıdakı nəticələrə gəlmək 
mümkündür. 
1.İbtidai təhsilin məzmununun funksiyaları onun ümumi fəl-
səfəsinə aid olan məsələlərdən biri kimi tədqiqatçıların diqqət yetir-
diyi məsələlərdən biri olsa da, onun aydınlaşdırılması istiqamətində 
kifayət qədər iş görülməmişdir. 
2. Araşdırmalar onu göstərir ki, ibtidai təhsilin  məzmununun 
funksiyalarının  düzgün  müəyyənləşdirilməsi  təlim-tərbiyə  prosesi-
nin  idarə  olunmasında  əhəmiyyətli  rol  oynayır,  məktəbin  işinin 
planlaşdırılmasından  başlayaraq  onun  yerinə  yetirilməsinə  qədərki 
bütün mərhələlərdə məzmun özünün daxili potensialı, imkanları ilə 
iştirak  edir.  Təhsilin  məzmununun  reallaşdırılmasının  mərhələləri, 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə