Gülarə Balayeva
134
məzmununun müəyyənləşdirilməsi xüsusi tədqiqat obyektinə
çevrilmişdir.
5. İbtidai təhsilin məzmununun yaradılması sahəsində Azər-
baycanda zəngin təcrübə toplanmışdır. İbtidai təhsilin dördillik,
sonra üçillik, daha sonra yenə də dördillik olması, ona 5 və 6 yaş-
dan başlanılması onun məzmununa baxılmasını, təkmilləşdirilmə-
sini bir zərurət kimi qarşıya qoymuşdur.
6. İbtidai təhsilin məqsədləri ümumi təlim nəticələri, bu pillə
üzrə fənlər, onların əsaslandırıldığı, ümumi nəticələrin əhatə edil-
diyi “Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası
(Kurikulumu)” sənədində nəticələr arasında uyğunsuzluğun olması,
nəticələrin ibtidai təhsilin səviyyəsi baxımından qeyri-konkretliyi,
şagirdlərin intellekt səviyyəsi idrak fəallığının inkişaf etdirilməsi ilə
zəif əlaqəliliyi ibtidai təhsilin məzmununun bilavasitə nəzəri-peda-
qoji problemlərinin qlobal dünyanın genişləndiyi və infor-
masiyaların sürətlə artdığı müasir dövrdə tələbata uyğun həll olun-
ması ilə bağlıdır.
7. Azərbaycanda ibtidai təhsilin məzmununun müəyyənləş-
dirilməsi üçün aşağıdakı prinsiplərin nəzərə alınması məqsədə-
uyğundur.
milliliklə bəşəriliyin vəhdətininin nəzərə alınması;
İtnteqrativlik;
şəxsiyyətyönümlülük;
tələbyönümlülük;
nəticəyönümlülük;
şagirdyönümlülük.
8. İbtidai təhsilin məzmununun funksiyalarını müəyyənləş-
dirmək təlim-tərbiyə prosesinin idarə olunmasında əhəmiyyətli rol
oynayır, məktəb işinin planlaşdırılmasından başlayaraq onun yerinə
yetirilməsinə qədərki bütün mərhələlərində özünün daxili
potensialı, imkanları ilə iştirak edir.
İbtidai təhsilin məzmununu nəzəri və praktik əsasda müəyyən
etmək onun fəaliyyətinin qurulması baxımından əhəmiyyət daşıyır.
İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
135
9. İbtidai təhsilin məzmununun funksiyaları bilavasitə onun
məqsədləri ilə bağlı olub məzmun standartlarında reallaşır.
10. Tədqiqat ibtidai təhsilin məzmununun aşağıdakı funksi-
yalara malik olması barədə qərara gəlməyə imkan verir.
İbtidai təhsilin məqsədlərinin həyata keçirilməsi funksiyası.
Cəmiyyətin ayrı-ayrı adamlarının cari və perspektiv tələbat-
larının əks etdirilməsi funksiyası.
Kriteriyalı qiymətləndirmə funsiyası.
İbtidai təhsil hüququnun təmin edilməsi funksiyası.
İbtidai təhsilin humanistləşdirilməsi funksiyası.
İdarəetmə funksiyası.
İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi funksiyası.
Məzmunun zəruri minimumunun müəyyənləşdirilməsi
funksiyası.
11. İbtidai təhsilin məzmununun yeni strukturunda bilik və
fəaliyyətlər əsas yer tutur, onların reallaşdırılması üçün optimal
sistemin qurulması didaktik cəhətdən faydalı hesab edilir.
12. İbtidai təhsilin məzmununun strukturu hazırlanarkən
aşağıdakı didaktik tələblərin diqqət mərkəzində saxlanılması məq-
sədəmüvafiq hesab edilir.
Birinci, ibtidai təhsilin məzmununun strukturu hazırlanarkən
məktəbəqədər təhsilin məzmun xüsusiyyətlərinin, ilk növbədə, bilik
və fəaliyyətlərin ardıcıl olaraq davam və inkişaf etdirilməsi nəzərdə
tutulur, ibtidai təhsillə məktəbəqədər təhsil arasında əlaqələr daha
çox davametdirici xarakter daşıyır və varislik mühüm cəhət kimi
gözlənilir.
İkinci, ibtidai təhsil ümumi təhsilin səviyyələrindən biri kimi
başlanğıca və sonluğa malikdir. Onun hökümət tərəfindən milli
səviyyədə qəbul edilmiş özünəməxsus nəticələri olur. Bu nəticələr
ölçülə bildiyindən mahiyyət etibarı ilə milli standartlar hesab edilir.
Üçüncü, ibtidai təhsil səviyyəsində fənlər sonrakı təhsil
səviyyələri ilə müqayisədə daha çox inteqrativ xarakter daşıyır.
Gülarə Balayeva
136
Dördüncü, ibtidai təhsilin məzmununun strukturunda üfüqi və
şaquli inteqrativliyin olması onun mühüm əlamətlərindən biri kimi
nəzərə alınır.
13. İbtidai təhsilin məzmununun struktur komponenti kimi
ümumi nəticələr və fənlər qəbul olunmaqla onların hazırlanması
üçün müvafiq iş sistemində işçi qruplarının yaradılması,
maarifləndirilməsi, müvafiq problemin həllinə yönəldilməsi ön
plana çəkilir.
14. Məzmunun müəyyən olunması zamanı təhsil səviyyəsi
üzrə ilkin olaraq məqsədlər və ümumi nəticələr konkretləşdirilir.
Məzmun ibtidai təhsil səviyyəsi üzrə ümumi nəticələrdən fənlər
üzrə nəticələrə doğru müəyyən olunmuş ardıcıllıqla hazırlanır.
15. Fənlərin məzmununun müəyyən olunmasında şagirdləri
idrak, hissi-emosional və psixomotor fəaliyyətlərə yönəltməklə
onların məzmununda əqli, əxlaqi-mənəvi dəyərlərin və hərəki
qabiliyyətlərin formalaşdırılmasına üstünlük verilir. Şagirdlərin bir
şəxsiyyət kimi formalaşdırılması prioritet istiqamət hesab edilir.
İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
137
İstifadə olunmuş ədəbiyyat
1.
Abbasov A.N., Əlizadə H.Ə. Pedaqogika. Pedaqoji ali
məktəblər üçün dərs vəsaiti. Bakı: Renessans, 2000, 202 s.
2.
Abbasov A.N. Pedaqogika. Müxtəsər konspekt və sxemlər.
Bakı: Mütərcim, 2007, 80 s.
3.
Abbasov Ə.M. Təhsil islahatı və kurikulumların hazırlanması
problemi // Təhsil Problemləri İnstitutunun Elmi əsərləri. 2005,
№1, s.45-50.
4.
Abbasov Ə.M. Yeni fənn kurikulumlarının səciyyəvi cəhətləri
// Təhsil Problemləri İnstitutunun Elmi əsərləri. 2007, №1, s.19-
24.
5.
Abbasov Ə.M., Süleymanova A.Y. Məktəb kurikulumunun
hazırlanması // Təhsil Problemləri İnstitutunun Elmi əsərləri.
2007, №4, s. 20-25.
6.
Abbasov Ə.M., Sultanova İ.H. Taksanomiyadan standartlara //
Təhsil Problemləri İnstitutunun Emi əsərləri. 2008, №4, s. 8-11.
7.
Abbasov Ə.M. Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri //
Kurikulum. Bakı, 2008, № 1, s. 31-37.
8.
Abbasov Ə.M. Ümumtəhsil kurikulumlarının növləri //
Kurikulum. Bakı, 2008, № 3, s. 7-12.
9.
Abbasov Ə.M. Ümumtəhsil kurikulumlarının hazırlanması üzrə
tədqiqatların nəticələri barədə // Təhsil Problemləri İnstitutunun
Elmi əsərləri. 2009, №1, s. 9-11.
10.
Ağayev Ə.A., Talıbov Y.P., İsayev İ.N., Eminov A.İ.
Pedaqogika. Dərs vəsaiti. Bakı: Adiloğlu, 2006, 184 s.
11.
Ağamalıyev R.A. Azərbaycan təhsili XXI əsrə doğru:
idarəetmə, prioritetlər, islahatlar. Bakı: Təhsil, 1998, 376 s.
12.
Alışov M. Həndəsi biliklərin bünövrəsi ibtidai siniflərdə
qoyulur // İbtidai məktəb və məktəbəqədər tərbiyə, Bakı, 2007,
№ 1, s. 52-54.
13.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı. Qanun,
2005, 64 s.
Dostları ilə paylaş: |