İdarəetmə UÇotu müNDƏRİcat



Yüklə 7,41 Mb.
Pdf görüntüsü
səhifə41/1418
tarix31.01.2022
ölçüsü7,41 Mb.
#83321
1   ...   37   38   39   40   41   42   43   44   ...   1418
İdarəetmə-uçotu-ACCA-F2-Azərbaycanca

7. Vaxtinda təmin edilən

Məlumatlar  istifadəçiyə  lazımi  vaxtda  çatdırılmalıdır.  Məlumatın  hazırlanması  üçün  təyin 

edilmiş  vaxt  çərçivəsi  qərarvermə  prosesinə  uyğun  müəyyənləşdirilməlidir. Aylıq  idarəetmə 

müşavirəsinin həftəlik məlumata deyil, aylıq məlumata ehtiyacı var.



Nümunə

“Ləzzət  çörəkbişirmə”  şirkəti  öz  çörəkbişirmə  biznesini  son  iyirmi  ildə  uğurla  davam  etdi-

rir.  O,  həftədə  orta  hesabla  20.000  ədəd  çörək  satışı  həyata  keçirir.  Əgər  nə  vaxtsa  şirkət 

tələbatı ödəyə bilməsə, onda müştərilər gözləməyəcək və rəqib şirkətin məhsullarına müraciət 

edəcəklər. Buna görə də şirkət nəzərə almalıdır ki, çörək sayı müəyyən səviyyədən, məsələn, 

3.000  ədəddən,  aşağı  düşəndə  yenidən  çörək  istehsal  olunmalıdır.  Bu  məsələyə  diqqət 

yetirilməməsi tezliklə şirkətin çörək və bütün ehtiyatlarının tükənməsinə gətirib çıxara bilər.

_________________________________________________________________________



8. Səmərəli

Məlumatdan əldə ediləcək fayda onun yaradılması və ötürülməsi üçün çəkilən məsrəfdən çox 

olmalıdır. 

Nümunə

Ofis işçiləri tərəfindən edilən telefon zənglərinin qeydə alınması telefon zənglərinə görə çəkilən 

xərclərdən çoxdursa, onda bu cür zənglərin qeydə alınmamamsı daha məqsədə uyğundur. 

Yəni, əgər qeydə alınan zənglərin yoxlanılmasına sərf olunan hər saata görə şöbə müdiri 20$ 

ödəyirsə və bu iş 3 saata yerinə yetirilirsə, bu zaman bu proses şirkətə 60$-a başa gəlmiş 

olur. Əgər telefon zəngləri şirkətə 10$-a başa gəlirsə, deməli zənglərin qeydə alınması şirkətin 

maddi ziyanına gətirib çıxarır.

_________________________________________________________________________




Yüklə 7,41 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   1418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə