İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə114/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   110   111   112   113   114   115   116   117   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Budur,  məktəbin  şagirdləri  məzunları  tər-çiçəklərlə 



qarşılayırlar.  Qonaqlar  Boradigah  2  saylı  orta  məktəbə 

daxil  olur,  uzun  dəhlizdən  keçib  vaxtilə  əyləşdikləri  sinif 

otaqlarını  bir-bir  gəzirlər.  Acılı-şirinli,  kövrək  xatirələr, 

əziz müəllimlər yada düşür. Ədəbiyyat otağına daxil olub, 

hərə  öz  əvvəlki  partası  arxasında  oturur.  Ədəbiyyat 

müəllimi,  81  illik  ömrünün  60  ilini  müəllimliyə  həsr 

etmiş,  ötən  illərin  canlı  salnaməçisi  əməkdar  müəllim 

Nəriman  Hüseynov  dərsə  başlayır.  Ölməz  Xalq  şairi 

Səməd  Vurğunun  yaradıcılığından,  dramaturgiyasından 

söhbət açır, onun "Vaqif" dramını təhlil edir. Məzun Vaqif 

Nəsirli  ədibin  "26-lar"  poemasından  parçalar  söyləyir. 

Nəriman  müəllim  məzunların  suallarını  cavablandırır. 

Müəllim "şagirdlər"in cavablarından razı qalır. 

Məzunlar xoş ovqatla 2 saylı orta məktəbi tərk edib, 1 

saylı  orta  məktəbə  yollanırlar.  Burada  onları  məktəbin 

direktoru  Azər  Mirzəyev  qarşılayır.  Şagirdlər  qonaqlara 

ətirli  gül  dəstələri  təqdim  edirlər.  Qonaqlar  gül  yağışına 

tutulur.  Sonra  da  məzunlar  məktəblə,  sinif  otaqları  ilə 

tanış  olurlar.  Buradakı  səliqə-sahman,  təmizlik  qonaqlara 

xoş ovqat aşılayır. 

Saat 12-30-dur. Məzunlar Böyük Vətən müharibəsi və 

Qarabağ şəhidlərinin şərəfinə ucaldılmış abidələrin önünə 

gələrək ruhlarına dualar oxuyur və əklil qoyurlar. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Sonra  da  "Boradigah"  şadlıq  evində  yubiley 



iştirakçıları  ilə  görüş  keçirilir.  Şadlıq  evinin  foyesində 

Boradigah  məktəblilərinin  əl  işlərindən  ibarət  rəsm 

əsərləri qonaqların zövqünü oxşayır. Qeyd edim ki, görüş 

çox  maraqlı  və  möhtəşəm  keçdi.  Zövqlə  tərtib  edilmiş, 

rəngarəng  proqram  tədbir  iştirakçılarının  ürəyincə  oldu. 

Onlar öz çıxışları zamanı da bunu dilə gətirdilər. Tədbirin 

aparıcıları  Ədalət  Əhmədov  və  XI  sinif  şagirdi  Nigarın 

istedadını  ayrıca  qeyd  etmək  lazımdır.  Söz  çıxışçılara 

verildi.  El  ağsaqqalı,  miiəllimlər  müəllimi,  əməkdar 

müəllim  Nəriman  Hüseynov  Boradigah  orta  məktəbinin 

90 ildə keçdiyi şərəfli yoldan bəhs etdi. Burada çalışan və 

bu  illər  ərzində  bir-birini  əvəz  edən  direktorların  və  əziz 

müəllimlərin adlarını sadaladı və onları hörmətlə yad etdi. 

Bu gün respublikada müxtəlif sahələrdə çalışan adlı-sanlı 

müdavimlərdən  söhbət  açdı.  1  və  2  saylı  Boradigah  orta 

məktəblərinin  direktorları  Azər  Mirzəyev  və  Əsədulla 

Əsədov  yubilyar  məktəbin  rayonun  ən  qocaman  və 

nümunəvi  təhsil  ocağı  olmasını,  ümummilli  lider  Heydər 

Əliyevin  maarifə,  təhsilə  böyük  önəm  verdiyini,  bu  gün 

ölkə  prezidenti  çənab  İlham  Əliyev  və  Heydər  Əliyev 

Fondunun  prezidenti,  YUNESKO  və  İSESKO-nun 

xoşməramlı  səfiri,  Millət  vəkili  Mehriban  xanım 

Əliyevanın  bu  sahəyə  göstərdiyi  misilsiz  qayğını  ayrıca 

nəzərə  çarpdırdılar.  Heydər  Əliyevin  «Təhsil  millətin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

gələcəyidir"  kəlamını  dilə  gətirdilər.  Masallı  rayonunun 



müxtəlif  təşkilatlarından  da  bu  mötəbər  tədbirdə  xeyli 

adam  iştirak  edirdi.  RİH  ictimai  təşkilatlar  və  siyasi 

partiyalarla  iş  şöbəsinin  böyük  məsləhətçisi  Nəsir 

Muxtarlı  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Qəzənfər 

Ağayevin  yubilyar məktəbə göndərdiyi təbrik məktubunu 

oxudu.  Təbrikdə  Boradigah  orta  məktəbin  illərin 

sınağından  çıxaraq  rayonda  maarif  və  mədəniyyətin 

inkişafında  oynadığı  müstəsna  roldan,  təhsil  ocağının 

maarifçilik  ənənələrindən,  burada  təhsilin  daim  yüksək 

səviyyədə  dayanasından  bəhs  olunur,  90  yaşlı  məktəbə 

yeni uğurlar arzulanırdı.  

Rayon  Təhsil  şöbəsinin  müdiri  Nurəddin  Məlikov 

yubilyar  təhsil  ocağının  nəinki  Masallı  rayonunda,  eləcə 

də  bütün  respublikada  tanınmış  məktəb  olmasını,  başqa 

məktəblərə  nümunə  göstərilməsini  tədbir  iştirakçılarının 

nəzərinə çatdırdı. 

Məktəbin  məzunlarından  Vaqif  Nəsirli,  Vaqif 

Əliyev, Adilə Məmmədova, Ramiz Zeynalov, CavanĢir 

Əsədov, Mireldar Babayev, Gülağa  Aslanov,  məktəbin 

qocaman  müəllimi,  qəsəbə  Ağsaqqallar  Şurasının  sədri 



Sayad  Cəfərov  və s. yubilyar təhsil ocağı barədə, burada 

onlara  dərs  demiş  və  bu  gün  dünyasını  dəyişmiş  əziz 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

müəllimlərini yad etdilər, onlara verdikləri bilik və savada 



görə ruhlarına dualar oxudular. 

Bu  ərazidən  Milli  Məclisə  deputat  seçilmiş  tanınmış 

yazıçı  və  publisist,  "Şöhrət  orden"li  jurnalist  Elmira 

Axundovanı  tədbir  iştirakçıları  sürəkli  alqışlarla 

qarşıladılar.  Çünki  bu  layiqli  millət  vəkilinin  Boradigah 

orta  məktəbinin  əsaslı  təmiri  və  yenidən  qurulmasında 

deputat  kimi  böyük  əməyi  olmuşdur.  E.Axundova 

vurğuladı  ki,  bundan  sonra  da  bu  sahədə  əməyini  və 

bacarığını əsirgəməyəcəkdir. Sonra millət vəkili məktəbin 

müəllim  və  şagird  kollektivinə  təhsil  sahəsində  yeni 

uğurlar arzuladı. 

Onu  da  vurğulayım  ki,  tədbir  boyu  məktəbin 

yetirməsi,  istedadlı  müğənni,  məclislər  yaraşığı  Firudin 

Səfərov  rəhbərlik  etdiyi  ansamblın  müşayiətilə  ürəkləri 

riqqətə gətirən şən və oynaq, lirik və həzin mahnı çələngi 

ilə məclis iştirakçılarına mənəvi zövq bəxş etdi.  

Yubileyin  təşkilat  komitəsinin  fəaliyyəti  xüsusi  qeyd 

olunmalıdir. Ələlxüsus məktəbin məzunu, tanınmış ziyalı, 

ingilis  dilini  tədris  edən  müəllim,  yüksək    zövqə  malik 

kinooperator,  hazırda  Boradigah  qəsəbə  bələdiyyəsinin 

sədri  Ədalət  Əhmədovun  üzərinə  böyük  yük  düşmüşdü. 

Onunla  yanaşı,  müəllim  Rza  Hüseynov  da  tədbirin 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə