www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
Budur, məktəbin şagirdləri məzunları tər-çiçəklərlə
qarşılayırlar. Qonaqlar Boradigah 2 saylı orta məktəbə
daxil olur, uzun dəhlizdən keçib vaxtilə əyləşdikləri sinif
otaqlarını bir-bir gəzirlər. Acılı-şirinli, kövrək xatirələr,
əziz müəllimlər yada düşür. Ədəbiyyat otağına daxil olub,
hərə öz əvvəlki partası arxasında oturur. Ədəbiyyat
müəllimi, 81 illik ömrünün 60 ilini müəllimliyə həsr
etmiş, ötən illərin canlı salnaməçisi əməkdar müəllim
Nəriman Hüseynov dərsə başlayır. Ölməz Xalq şairi
Səməd Vurğunun yaradıcılığından, dramaturgiyasından
söhbət açır, onun "Vaqif" dramını təhlil edir. Məzun Vaqif
Nəsirli ədibin "26-lar" poemasından parçalar söyləyir.
Nəriman müəllim məzunların suallarını cavablandırır.
Müəllim "şagirdlər"in cavablarından razı qalır.
Məzunlar xoş ovqatla 2 saylı orta məktəbi tərk edib, 1
saylı orta məktəbə yollanırlar. Burada onları məktəbin
direktoru Azər Mirzəyev qarşılayır. Şagirdlər qonaqlara
ətirli gül dəstələri təqdim edirlər. Qonaqlar gül yağışına
tutulur. Sonra da məzunlar məktəblə, sinif otaqları ilə
tanış olurlar. Buradakı səliqə-sahman, təmizlik qonaqlara
xoş ovqat aşılayır.
Saat 12-30-dur. Məzunlar Böyük Vətən müharibəsi və
Qarabağ şəhidlərinin şərəfinə ucaldılmış abidələrin önünə
gələrək ruhlarına dualar oxuyur və əklil qoyurlar.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
Sonra da "Boradigah" şadlıq evində yubiley
iştirakçıları ilə görüş keçirilir. Şadlıq evinin foyesində
Boradigah məktəblilərinin əl işlərindən ibarət rəsm
əsərləri qonaqların zövqünü oxşayır. Qeyd edim ki, görüş
çox maraqlı və möhtəşəm keçdi. Zövqlə tərtib edilmiş,
rəngarəng proqram tədbir iştirakçılarının ürəyincə oldu.
Onlar öz çıxışları zamanı da bunu dilə gətirdilər. Tədbirin
aparıcıları Ədalət Əhmədov və XI sinif şagirdi Nigarın
istedadını ayrıca qeyd etmək lazımdır. Söz çıxışçılara
verildi. El ağsaqqalı, miiəllimlər müəllimi, əməkdar
müəllim Nəriman Hüseynov Boradigah orta məktəbinin
90 ildə keçdiyi şərəfli yoldan bəhs etdi. Burada çalışan və
bu illər ərzində bir-birini əvəz edən direktorların və əziz
müəllimlərin adlarını sadaladı və onları hörmətlə yad etdi.
Bu gün respublikada müxtəlif sahələrdə çalışan adlı-sanlı
müdavimlərdən söhbət açdı. 1 və 2 saylı Boradigah orta
məktəblərinin direktorları Azər Mirzəyev və Əsədulla
Əsədov yubilyar məktəbin rayonun ən qocaman və
nümunəvi təhsil ocağı olmasını, ümummilli lider Heydər
Əliyevin maarifə, təhsilə böyük önəm verdiyini, bu gün
ölkə prezidenti çənab İlham Əliyev və Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım
Əliyevanın bu sahəyə göstərdiyi misilsiz qayğını ayrıca
nəzərə çarpdırdılar. Heydər Əliyevin «Təhsil millətin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
gələcəyidir" kəlamını dilə gətirdilər. Masallı rayonunun
müxtəlif təşkilatlarından da bu mötəbər tədbirdə xeyli
adam iştirak edirdi. RİH ictimai təşkilatlar və siyasi
partiyalarla iş şöbəsinin böyük məsləhətçisi Nəsir
Muxtarlı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər
Ağayevin yubilyar məktəbə göndərdiyi təbrik məktubunu
oxudu. Təbrikdə Boradigah orta məktəbin illərin
sınağından çıxaraq rayonda maarif və mədəniyyətin
inkişafında oynadığı müstəsna roldan, təhsil ocağının
maarifçilik ənənələrindən, burada təhsilin daim yüksək
səviyyədə dayanasından bəhs olunur, 90 yaşlı məktəbə
yeni uğurlar arzulanırdı.
Rayon Təhsil şöbəsinin müdiri Nurəddin Məlikov
yubilyar təhsil ocağının nəinki Masallı rayonunda, eləcə
də bütün respublikada tanınmış məktəb olmasını, başqa
məktəblərə nümunə göstərilməsini tədbir iştirakçılarının
nəzərinə çatdırdı.
Məktəbin məzunlarından Vaqif Nəsirli, Vaqif
Əliyev, Adilə Məmmədova, Ramiz Zeynalov, CavanĢir
Əsədov, Mireldar Babayev, Gülağa Aslanov, məktəbin
qocaman müəllimi, qəsəbə Ağsaqqallar Şurasının sədri
Sayad Cəfərov və s. yubilyar təhsil ocağı barədə, burada
onlara dərs demiş və bu gün dünyasını dəyişmiş əziz
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
müəllimlərini yad etdilər, onlara verdikləri bilik və savada
görə ruhlarına dualar oxudular.
Bu ərazidən Milli Məclisə deputat seçilmiş tanınmış
yazıçı və publisist, "Şöhrət orden"li jurnalist Elmira
Axundovanı tədbir iştirakçıları sürəkli alqışlarla
qarşıladılar. Çünki bu layiqli millət vəkilinin Boradigah
orta məktəbinin əsaslı təmiri və yenidən qurulmasında
deputat kimi böyük əməyi olmuşdur. E.Axundova
vurğuladı ki, bundan sonra da bu sahədə əməyini və
bacarığını əsirgəməyəcəkdir. Sonra millət vəkili məktəbin
müəllim və şagird kollektivinə təhsil sahəsində yeni
uğurlar arzuladı.
Onu da vurğulayım ki, tədbir boyu məktəbin
yetirməsi, istedadlı müğənni, məclislər yaraşığı Firudin
Səfərov rəhbərlik etdiyi ansamblın müşayiətilə ürəkləri
riqqətə gətirən şən və oynaq, lirik və həzin mahnı çələngi
ilə məclis iştirakçılarına mənəvi zövq bəxş etdi.
Yubileyin təşkilat komitəsinin fəaliyyəti xüsusi qeyd
olunmalıdir. Ələlxüsus məktəbin məzunu, tanınmış ziyalı,
ingilis dilini tədris edən müəllim, yüksək zövqə malik
kinooperator, hazırda Boradigah qəsəbə bələdiyyəsinin
sədri Ədalət Əhmədovun üzərinə böyük yük düşmüşdü.
Onunla yanaşı, müəllim Rza Hüseynov da tədbirin
Dostları ilə paylaş: |