İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə112/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   108   109   110   111   112   113   114   115   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ilə  ilk  dəfə  204  saylı  məktəb  riyaziyyat  təmaüllü  təhsil 



ocağına çevrilib. 

Hər  il  orta  məktəbdən  pərvazlanıb  həyatın  qoynuna 

atılan neçə-neçə  gənc dəqiq  elmlərə daha maraq  göstərir. 

Təkcə  keçən  il  Esmira  müəllimin  sinif  rəhbəri  olduğu  XI 

"a"  sinifindəki  26  məzundan  20-si  ali  orta  məktəblərə 

qəbul olunmuşdur. Ali kateqoriyalı bu riyaziyyat müəllimi 

zəngin 

təcrübəsini, 



metodunu 

müxtəlif 

mətbu 

orqanlarında,  eləcə  də  "Azərbaycan  müəllimi"  qəzetində 



mütəmadi olaraq şərh edir. 

"Qabusnama"də  belə  bir  kəlam  var:  "Bütün  sənətlər 

içərisində  ən  gözəl  sənət  danışmağı  bacarmaqdır".  Bu 

cəhətdən Esmira müəllimə  uğur qazandıran onun səlis  və 

aydın nitqi, səbir və təmkinliyidir. Elə bu keyfiyyətlərinə 

görə, şagirdlərinə istədiyini çatdıra bilir. Ümumiyyətlə, öz 

istədiyinə  nail  olur.  O  həm  də  çox  təpərli,  zabitəli 

qadındır, xanım-xatun anadır. 

Yubiley  ərəfəsində  Esmira  müəllimlə  görüşüb  bir 

neçə sualla yubilyara müraciət etdim: 



-  Esmira  müəliim,  nə  üçün  məhz  müəllim  olmağı 

qərara  aldınız,  bu,  öz  arzunuz  idi,  yoxsa  ailədən 

gəlirdi? 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

—  Əvvəla,  mən  uşaqlıqdan  müəllimliyin  müqəddəs 



peşə  olduğunu  yaxşı  bilirdim.  Amma  orta  məktəbdə 

riyaziyyat  müəllimimiz  İbrahim  Bünyatov  (ruhu  şad 

olsun!)  məhz  müəllim  olacağıma,  necə  deyərlər,  qəti 

fərman  verdi.  Ailəmə  gəldikdə  isə  rəhmətlik  atam  ticarət 

sahəsində çalışıb, anam isə evdar qadın kimi biz 6 uşağın 

tərbiyəsi ilə məşğul olub. Bizim üstümüzdə kirpiyində od 

götürüb. 

-    Bu  peĢənin  çətinliyi  və  məsuliyyəti  Ģizi 

usandırmayıb  ki?  Yenidən  peĢə  seçəsi  olsaydınız, 

təkrarən bu peĢə üzərində dayanardınızmı? 

-  Əsil  peşə  sahibi  ona  deyərəm  ki,  seçdiyi  peşənin 

çətinliyindən  qorxub  usanmasın,  qəvvas  olub  dənizin 

dərinliklərinə  baş  vursun.    Məhz  belə  olan  şəraitdə    əsil  

sənətkar,  peşə  sahibi  yetişə  bilər.  Bu  yerdə  Şeyx 

Nizaminin: 



 

Kamil bir palançı olsa da insan,  

YaxĢıdır yalançı papaqçılıqdan  

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-  kəlamı  yada  düşdü.  Başqa  bir  söz  sərrafı  isə  "Pis 



sənət yoxdur, pis sənətkar var" - sözlərini bu yerdə deyib. 

Hər bir kəs öz sənətinə hörmət bəsləməli, onu sevməlidir. 



-  Övladlarınızdan sənətinizin davamçısı varmı? 

-  İki  övladım  var.  Qızım  Aytəkin  sənətimi  davam 

etdirir.  Pedaqoji    Universitetin  məzunudur.  Hazırda  eyni 

məktəbdə  dərs  deyirik.  Oğlum  Şahin  isə  İnşaat 

Mühəndisləri İnstitutunu bitirib.  

-   Dərsi  necə  qurursunuz? 

-    Hər  müəllimin  öz  dərskeçmə  üsulu  var.  Mən  bilik 

səviyyəsinə  görə        uşaqları  qruplaşdırıram,  bu  üsulla 

riyaziyyat fənnini onlara mənimsətməyə çalışıram. 



-    Məktəbdə  hörmət  etdiyiniz,  bilik  və  bacarığını 

qiymətləndirdiyiniz həmkarlardan hansının adını qeyd 

edərdiniz? 

-  Təhsil  ocağımızda  gözəl  və  işgüzar  müəllimlər 

ordusu var ki, bu zəka ordusu uşaqların təlim və tərbiyəsi 

ilə  məşğul  olur.    Bu  orduya  bacarığı  və  təşkilatçılıq 

qabiliyyəti  ilə  seçilən  ali  kateqoriyalı  müəllim  Ziba 

Rzayeva başçılıq edir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Metodbirləşmənin  sədri  Arifə  Ağayeva,  yeni  tədris 



metodiarı  ilə  işləyən  müəllimlərdən  Sevil  Məmmədova, 

Vəsilə  Məmmədova,  Elmira  Rəhimova,  Böyükxanım 

Fərəcova və bir neçə müəliimin adını çəkə bilərəm. 

- Siz həm də ibtidai siniflər üzrə  direktor  müavini 

iĢləyirsiniz.  Ġbtidai  sinifiərdə  dərs  deyən  gənc 

müəllimlər  etimadınızı  doğruldurmu?  Və  onlardan 

kimləri fərqləndirərdiniz? 

-    Məktəbimizdə  28  ibtidai  sinif  var  ki,  həmin 

siniflərdə  600-ə  yaxın  sagird  təhsil  alır.  Az  vaxt  ərzində 

təcrübəli həmkarlarından öyrənən gənc müəllimlər bu gün 

artıq  püxlələşmiş,  kifayət  qədər  təcrübə  qazanmışlar. 

Onlardan  Bilqeyis  və  Könül  İsmayılova  bacılarının,  Afət 

Zülfüqarova  və  Aytən  Zeynalovanın  adlarını  çəkə 

bilərəm. Fərəhlə qeyd edim ki, bu gənc müəllimlər vaxtilə 

bu məktəbdə oxumuş, onlara mən dərs demişəm. Bilik və 

bacarıqlarını  sabahımız  olan  uşaqlardan  əsirgəməyən  bu 

müəllimələr daim üzərində çalışırlar. Elə buna görədir ki, 

rayon  ərazisində  yaşayan  valideynlər  öz  uşaqlarını  məhz 

adı  çəkilən  müəllimlərə  etibar  edir,  onlardan  razılıqlarını 

bildirirlər. 

-  KeçmiĢ Ģagirdlərinizlə əlaqə saxlayırsınızmı? 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə