İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə110/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   106   107   108   109   110   111   112   113   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

"Arşın  mal  alan"ı  ikinci  dəfə  Azərbaycanda  1945-ci 



ildə rejissor Rza Təhmasib rus rejissoru Leşşenko ilə birgə 

çəkib.  Film  Stalin  mükafatına (sonradan Dövlət  mükafatı 

adlanıb) da layiq görülmüşdür. Əsas rolları görkəmli sənət 

adamları  Rəşid  Behbudov  (Əsgər),  Leyla  Bədirbəyli 

(Gülçöhrə),  Ələkbər  Hüseynzadə  (Soltan  bəy),  İsmayıl 

Əfəndiyev  (Süleyman),  Lütfəli  Abdullayev  (Vəli), 

Münəvvər  Kələntərli  (Cahan  xala),  Fatma  Mehrəliyeva 

(Telli), Rəhilə Mustafayeva (Asya) ifa etmişlər. 

Üçüncü  dəfə  isə  "Arşın  mal  alan"  1965-ci  ildə 

Ü.Hacıbəyovun  anadan  olmasının  80  illiyi  münasibətilə 

rejissor Tofiq Tağızadə tərəfindən 

:

ekranlaşdırılmışdır. Bu 



dəfə  film  üçün  tamam  başqa  bir  kollektiv  (Həsən 

Məmmədov  -  Əsgər,  Leyla  Şıxlinskaya-Gülçöhrə, 

Ağadadaş  Qurbanov-  Soltan  bəy,  Nəcibə  Məlikova  - 

Cahan  xala,  Murad  Yegizarov  -  Süleyman,  Xuraman 

Hacıyeva-Asya,  Tələt  Rəhmanov  -  Vəli,  Səfura 

İbrahimova  -Telli,  Möhsün  Sənani  -  Qoçu  Əsgər  və  b.) 

seçilmişdi. 

Müəllif  sonra  Ü.Hacıbəyovun  ekran  həyatı  verilmiş 

"O olmasın, bu olsun" bədii filmindən geniş bəhs edir, hər 

iki lentin böyük uğurundan söhbət açır. Belə ki, kinoşünas 

göstərir  ki,  "Arşın  mal  alan"  filminin  rus  və  Azərbaycan 

variantlarının  büdcəsi  o  vaxtkı  qiymətlərlə  5807000  rubl 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

təşkil  etmişdi.  Filmin  ekranlara  buraxılmasından  iki  il 



ərzində  5  milyard  rubl  qazanc  əldə  edilmişdir.  Təkcə 

1945-ci ilin son aylarında «Arşın mal alan»a 16,27 milyon 

tamaşaçı baxmışdır. 

Üzeyir  Hacıbəyovun  mənalı,  şərəfli  həyatı  və 

yaradıcılığı  daim  sənət  adamları  üçün  tükənməz  ilham 

mənbəyi  olmuşdur.  Müxtəlif  illərdə  bədii  və  sənədli 

kinomuzda  bu  böyük  şəxsiyyət  barədə  filmlər 

yaradılmışdır. Bu barədə kitab müəllifi "Üzeyir ömrü kino 

lentlərdə" adlı başlıqda ətraflı məlumat verir. 

Məlum  olduğu  kimi,  həm  "Arşın  mal  alan‖,  həm  də 

"O  olmasın,  bu  olsun"  filmlərinin  yaradıcıları  bu  gün 

aramızda  yoxdur.  Lakin  müəllif  böyük  uzaqgörənlik 

nümayiş  etdirərək  onlardan  vaxtilə  aldığı  müsahibələri, 

filmlərin  yaranma  tarixi  ilə  bağiı  söhbətləri,  topladığı 

müxtəlif  sənədləri,  arxiv  materiallarını  da  kitaba  daxil 

etmişdir. 

A.Kazımzadə uzun illər kino sahəsində çalışdığı üçün 

Azərbaycan  kinosunun  tarixini  çox  yaxşı  bilir.  Necə 

deyərlər, 

kinomuzun  bu  canlı  ensiklopediyasının 

Azərbaycan  filmfondunun  qorunub  saxlanılmasında  da 

misilsiz  xidmətləri  var.  Təkcə  bir  faktı  xatırladaq  ki, 

A.Kazımzadə 

kitaba 


daxil 

edilən 


materialların 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

toplanmasına  65  illik  ömrünün  40  ilindən  çoxunu  sərf 



edib. Zəhmətkeş kinoşünas bu gün də əzmlə, yorulmadan 

çalışır,  Azərbaycan  kinosu  tarixinin  qaranlıq  səhifələrini 

üzə çıxarır. 

"Üzeyir  Hacıbəyov  və  kino"  kitabı  Azərbaycan 

Respublikası  Mədəniyyət  Nazirliyinin  sifarişi  ilə  çap 

olunub.  Kitab  xalqına  və  torpağına  bağlı  olan  misilsiz 

sənətkar  Üzeyir  Hacıbəyovun  120  illik  yubileyinə  layiqli 

hədiyyədir. 

 

BĠLĠK ÇIRAĞI YANDIRANLARDAN BĠRĠ 

 

ESMĠRA MƏHƏRRƏMOVA: "MÜƏLLĠM 

GƏRƏK ġAGĠRDLƏRĠN QƏLBĠNDƏ YAġASIN" 

 

«BaĢqalarının  qayğısını  çəkə-çəkə  ömrü  baĢa 



vuranlar ən gözəl, ən xoĢbəxt insanlardır» 

V.F.Suxomlinski. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Adama  elə  gəlir  ki,  çox  yaxşı  tanıdığın  bir  adam 



haqqında  söz  demək,  söhbət  açmaq  asandan  asanddır. 

Çünki  tanıdığın  o  şəxs  barədə  guya  hər  şeyi  bilirsən. 

Amma əsində bu, belə deyil. İşin çətinliyi də elə bundadır. 

Bilmirsən necə  başlayasan,  yaxşı  tanıdığın  o şəxsin  hansı 

keyfiyyətlərini  önə  çəkəsən,  bir  sözlə,  elə  yazasan  ki, 

yazdığın adama, onun bütün fəaliyyətinə layiq olsun. 

Mən  də  eyni  hissləri  keçirdim.  Yaxşı  tanıdığım  bir 

xanım  müəllim  haqqında  onun  yubileyi    ilə  əlaqədar 

sevimli qəzeti üçün material hazırlamaqdan əvvəl bir xeyli 

götür-qoy etdim. Ömür yolunu göz önündə canlandırdım. 

Esmira  Məhərrəmovanı  deyirəm.  Yarıməsrlik  ömrünün 

yarısını müqəddəs peşə sandığı müəllimliyə həsr etmiş bir 

sənət  fədaisi  barədə  oxuculara  məlumat  verməkdir 

məqsədim.  

Esmira Hüseyn qızı Məhərrəmova 50 il qabaq aprelin 

5-də  Bakıda  anadan  olub.  Sakit,  sadə,  səmimi  bir  ailədə. 

Esmira ailənin ilkisi olub. Ayağı sayalı olan bu qız ardınca 

3  qardaş,  2  bacı  gətirib:  Elxan,  Elmira,  Elbəy,  Elçin  və 

Natəvan.  Ailənin  başıpapaqlısı  Hüseyn  kişi  hər  uşaq 

dünyaya gələndə, qəlbi köksünə sığmayıb. Bircə duası bu 

olub ki, Allah ruzusunu yetirsin. Necə ki, Allah yetirib də. 

12  yaşından oruc tutub,  namaz qılan anası  Şükufə xanım 

özü ali savad ala bilməsə  də, 6 övladını  göz bəbəyi  kimi 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə