İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə118/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   114   115   116   117   118   119   120   121   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Əlində  qələm,  çiynində  avtomat  olan  şair-döyüşçü 



bizi  bir  nəfər  kimi  birliyə  çağırır  və  haqlı  olaraq  nəticə 

çıxarır ki, əks halda, "olumla ölüm" dilemması qarşısında 

qala  bilərik.  Bunu  şeir  dili  ilə  xatırladır.  Azərbaycan 

döyüşçüsunün  əhvali-ruhiyyəsi  bu  gün  necədir?  "Ey 

Vətən" şeiri həmin suala ətraflı cavab verir: 

 

Yuxarıda Allah, aĢağıda sən  

Uğurlu olacaq döyüĢ, sən desən.  

Silahı əlimə sən ki vermisən  

DüĢmən yanıb dönər külə, ey Vətən! 

 

Vətənpərvər  döyüşçü-şair  görün  öz  harayı  ilə  xalqı, 

hamımızı  birliyə,  daxili  və  xarici  düşmənlərə  qarşı 

mübarizəyə,  Vətən  uğrunda,  namus-qeyrət  uğrunda  necə 

ayağa qalxmağa səsləyir: 

 

Təsir etmədimi belə bir zülüm?  



Az qala məhv ola çəmənim-çölüm  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Belə yaĢamaqdan Ģərəfdir ölüm  

Dağlardır çağıran haray, ay haray

 

Müəllifin  şeirlərindən  belə  qənaətə  gəlmək  olar  ki, 



qəlbində insanlıq hissi, duyğusu olan, insan adını daşıyan 

hər  bir  xeyirxah  adam  həmişə  ölüm-dirim  gətirən  qanlı-

qadalı  müharibəyə  qarşı  etiraz  səsini  ucaltmışdır. 

Təəssüflər  olsun  ki,  erməni  təcavüzkarları  müharibəni 

sakitləşdirmək  çağırışlarının  nəinki  eşitmək  istəmir, 

əksinə,  bəd  əməllərini  daha  da  artırırlar.  Nəticədə 

müharibənin  acı  dəhşətləri,  tükürpədici  izləri  bu  gün  də 

qalmaqdadır. Dağılmış  yaşayış binaları, məktəblər, başqa 

tikililər, tarixi abidələr dediklərimizə canlı misaldır. 

Amma  kitab  müəllifi  nikbindir.  Əmindir  ki,  tezliklə 

müharibəyə də son qoyulacaq, yurdumuzda əvvəlki əmin-

amanlıq  bərpa  olunacaq,  qaçqın-köçkünlərimiz  doğma 

yurd-yuvasına  qayıdacaq.  Şair  arzu  edir  ki,  nəinki 

Azərbaycanımızda,  eləcə  də  dünyamızda,  bütün  Yer 

üzündə  həmişə  sakitlik  hökm  sürsün,  hamı  xoşbəxt 

yaşasın. 

Kitabdakı  şeirlərin  bir  qismi  lirik  səpgidədir,  yəni  bu 

qəbildən  şeirlər  təmiz,  ülvi  hisslər,  əbədi  sevgi  duyğuları 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

üzərində  köklənmişdir.  Kitabın  "Sənsiz  necə  yaşayım?" 



adlanması  da  təsadüfi  deyil.  Axı  doğrudan  da  sevgisiz, 

məhəbbətsiz  yaşamaq mümkün deyil. Elə  bu cəhətdən də 

kitabdakı  "Dərdimə  yanana  qurban",  "Getmə,  ceyran", 

"Ay  qız",  "Səndən  doya  bilmirəm"  və  s.  lirik  şeirlər 

maraqla oxunur. 

Bu  xeyirxah,  geniş  qəlbli  insan  qədirbilən  dostlarına, 

həmkarlarına  həsr  etdiyi  şeirlərinə  bir  az  da  yumor  əlavə 

edir.  Ürəkdən  gələn  hisslərlə  qələmə  alınan  bu  şeirlərə 

lakoniklik,  yığcamlıq  hakimdir.  Oxucu  həmin  şeirlərlə 

tanış  olduqca,  həyatını  ordumuzun  qudrətinin  artmasına 

həsr  edən  əsgər  və  zabitlərimiz  haqqında  geniş  təsəvvürə 

malik olurlar. 

Müharibənin  ölüm  qoxuyan  dəhşətləri  ilə  neçə  illər 

ərzində üz-üzə dayanmış, yeri gələndə hərbçi dostu Rasim 

Kərimovla  birgə  düşmənə  ağır  zərblər  endirmiş,  Vətən 

yolunda  canını  belə  əsirgəməyən,  döyüşlərdə  batalyon 

komandiri  kimi  əsgərləri öz ardınca aparmağı  bacaran bu 

cəsur  komandir  köksü  altında  iki  ürək  daşıyır.  Birini 

Vətənimizin müdafiəsinə, ölkədə asayişin, hüquqlarımızın 

qorunmasına həsr edir, o birini Azərbaycan poeziyasını öz 

dəst-xətti  ilə  inkişaf  etdirməyə.  Fərəhlidir  ki,  bu  qeyrətli 

eloğlumuz hər iki sahədə  uğurla  addımlayır.  Bu  işdə ona 

daha böyük nailiyyətlər arzulayırıq. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

Həqiqət aĢiqi oldum əzəldən,  



Ġlham aldım çeyranbaxıĢ gözəldən.  

Gözəllər yan keçir, salır nəzərdən,  

Bəhlul, qoçalıqla gəz yavaĢ-yavaĢ. 

1997-ci il 

 

RUS AKTYORU QONAĞIMIZDIR 

 

“RAHATLIĞI ĠġLƏMƏKDƏ TAPIRAM” 

 

SSRİ  xalq  artisti,  Dövlət  mükafatı  laureatı  Yevgeni 



Leonovu  sənətsevərlərə  təqdim  etməyə  ehtiyac  yoxdur. 

Onun  teatr  və  kinoda  yaratdığı  rəngarəng  obrazlar 

qalereyası tamaşaçılara yaxşı məlumdur. 

Aktyor  30  ildən  artıqdır  ki,  sənət  aləminə  gəlmişdir. 

Hal-hazırda  o,  Moskvadakı  Lenin  komsomolu  adına 

teatrda  fəaliyyət  göstərir.  Bu  yaxınlarda  həmin  teatrın 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

truppası  Bakıda  qastrol  səfərində  olarkən  əməkdaşımız 



Y.Leonovla  görüşmüş  və  aktyordan  müsahibə  almışdır. 

Aşağıda həmin müsahibəni oxuculara təqdim edirik: 





Ġlk 

dəfə 

hansı 

filmdə 

çəkildiyinizi 

xatırlayırsınızmı? 

-  1949-cu  ildə

 

ilk  dəfə  çəkildiyim  film  uğursuz 



alındığından onun adını çəkmək istəmirəm. 

-  Bizə  məlumdur  ki,  siz  teatrda  və  kinoda  eyni 

həvəslə  çalıĢırsınız.  Onlardan  hansına  daha  çox 

üstünlük verirsiniz? 

-  Teatr  və  kino...  hər  ikisi  qoşa  qanadlarımdır.  Bu 

qanadlarla  pərvazlanmışam  və  onlar  məni  sənətin 

zirvəsinə çatdırmalıdır. Bununla belə, mən, necə deyərlər, 

teatrda 

doğulmuşam, 

oradan 

sənət 


aləminə 

pərvazlanmışam.  Teatr  mənim  həyatımdır.  Kino  isə,  nə 

deyim, onsuz  keçinə bilmərəm. Kinosuz həyatımda nə isə 

bir boşluq, natamamlıq hiss edərdim. 



-  TamaĢaçılar  sizi  daha  çox  komik  rollarda 

görmüĢlər.  Lakin  bir  silsilə  komik  rollardan  sonra 

kino  tamaĢaçılarının  ürəyincə  olan  «Belorusiya 

vağzalı»nda çiddi xarakterli çilingər Prixodko rolunda 

çıxıĢ etmisiniz. Bu rol sizi qane edirmi? 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə