İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə116/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   112   113   114   115   116   117   118   119   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

soydaşlarımızın  bəzi  pozulmuş  hüquqları  barədə  konkret 



faktlar  əsasında  qəzetdə  operativ  və  maraqlı  materiallar 

dərc  edir.  Baş  redaktor  olaraq  Yasəmən  Möhübbətqızı 

qəzetin  imkanlarından  istifadə  edərək,  redaksiyaya  daxil 

olmuş  şikayətlərə  aydınlıq  gətirmək  üçün  neçə-neçə 

məmur qapısını açır, faktları dəqiqləşdirir və aşkarlığa nail 

olmaqla  insanların  pozulmuş  hüquqlarını  bərpa  edir, 

müqəddəs  qanunlarımızı  pozanlar  barədə  qəzetdə  tənqidi 

materialları  oxucuların  nəzərinə  çatdırır.  Axı  hər  faktın 

arxasında insan taleyi dayanır. 

Mən  yaxşı  bilirəm  ki,  bu  nəcib  və  xeyirxah  qadın 

Respublika  Qadınlar  Cəmiyyətinin  xəttilə  tənha  və 

kimsəsiz,  imkansız  qadınları  arayıb-tapır,  qapılarını  açır, 

imkan  daxilində  onlara  maddi  və  mənəvi  dayaq  durur, 

qəlblərində ümid çırağı yandırır. "Əl tutmaq Əlidən qalıb" 

kəlamına  sadiq  qalan  bu  imanlı  məşədixanım  mərhəmət 

və  köməyini  heç  kəsdən  əsirgəmir  -  bir  əli  həmişə 

verimlidir. 

Qəzeti  oxunaqlı  edən  amillərdən  biri  də  materialların 

qısa  və  yığcam,  konkret  və  lakonik  faktlara 

əsaslanmasıdır.  Cəmi  2-3  müəllifin  gücü  ilə  ayda  2  dəfə 

oxucuların görüşünə gəlmək çox da asan deyil. Burada əsl 

qəzetçilik, fəcrübə və səriştə başlıca şərtdir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Yasəmən xanım sadiq dost, səmimi insan, geniş qəlbli 



qadın, istedadlı jurnalist, bacarıqlı təşkilatçıdır. Gözəl ana, 

mehriban  nənə  olan  Yasəmən  xanım  həm  də  uşaq  kimi 

kövrək qəlb daşıyır köksü altında. Çünki onun örnür yolu 

hamar  olmayıb.  Keşməkeşli,  enişli-yoxuşlu  həyat  bəxş 

edib  tale  ona.  Mən  özüm  də  iki  dəfə  onun  kövrəlməsinə 

bais  olmuşam.  Bir  dəfə  2010-cu  ildə  onun  ad  günündə 

Yasəmən  xanıma  həsr  etdiyim  şeiri  özü  oxuyanda,  bir 

dəfə  də  görkəmli  dilçi  alim,  professor,  uzun  illər 

Respublika Qadınlar Cəmiyyətinə rəhbərlik etmiş Zemfira 

Verdiyevanın  qəfil  vəfatından  sonra  onun  barəsində 

"Zəriflik"  jurnalında  "Ölüm  sevinməsin  qoy..."  yazısını 

oxuyandan sonra. 

Yasəmən  xanım  barədə  çox  danışa  bilərəm.  Amma 

başqa  çıxış  edənləri  nəzərə  alıb  sözümü  bitirmək 

istəyirəm.  Sonda  Yasəmən  xanımı  hər  iki  yubiley 

münasibətilə ürəkdən təbrik edir, əziz bacıma özünün 100, 

"Dövlət  və  Qanun"  qəzetinin  isə  50  illik  yubileylərini 

keçirməsini  arzu  edirəm  və  yubilyara  həsr  etdiyim  şeiri 

oxumaq istəyirəm. Amma Yasəmən xanım, bu dəfə xahiş 

edirəm kövrəlməyəsən. 



 

Yüz kiĢiyə tənsən, Yasəmən xanım! 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

İlləri gülərüz yola salmısan,  



İllər keçir... sənsə cavan qalmısan.  

Ürəyincə həyatdan kam almısan,  

Daim təzə-tərsən, Yasəmən xanım! 

 

İsmət rəmzi söyləyirəm mən sənə,  



Hər bir çətinliyə gərmisən sinə,  

Bağlanmısan ulusuna-elinə,  

İlqarına əhsən, Yasəmən xanım! 

 

Hər yerdə hörmətlə çəkilir adın,  



Övladların sənin qolun-qanadın,  

Nəvələrin sənin arzu-muradın,  

Necə bəxtəvərsən, Yasəmən xanım! 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Sənintək qadınlar doğular az-az.  



Qeyrətinsə çox qadında tapılmaz,  

"Aslanın erkəyi, dişlsi olmaz"  

Yüz kişiyə tənsən, Yasəmən xanım! 

2012-ci il 

 

AKADEMĠYA BAĞINDA AKADEMĠK 

BĠABIRÇILIQLAR 

 

Azərbaycan  Milli  Elmlər  Akademiaysı  (AMEA)  ən 

yüksək akademik elm ocağı sayılır. Yarandığı gündən bu 

ali  elmi  mərkəz  dünya  elminə  elmin  müxtəlif  sahələrinə 

dair  saysız  sayda  korifey  elm  adamları  -  akademiklər, 

professorlar,  görkəmli  mütəxəssislər  bəxş  etmişdir. 

Akademiyanın  dünya şöhrətli  alimləri bu  gün də öz elmi 

kəşflərl,  zəngin  yaradıcılıqları  ilə  bəşər  tarixinə  dəyərli 

töhfələr ərməğan edirlər. 

AMEA-nın  qarşısında  salınmış  park  ətrafda  yaşayan 

bakılıların  əsl  istirahət  guşəsinə  çevrilmişdir.  Buraya 

dincəlməyə  gələn  sakinlər  skamyalarda  oturub  rahatlanır, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

uşaqlar  isə  burada  onlar  üçün  yaradılmış  yellənçəklərdə 



əylənirlər. Gündə cəmi 2 saat - saat 18-dən 20-dək işləyən 

fəvvarə  isə  (həmin  müddəti  artırmaq  da  olar  və  lazımdır) 

burada  dincələnlərə  sərinlik  bəxş  edir,  onların  rahatlığına 

səbəb  olur,  parkdakı  ağacların  inkişafına  misbət  təsir 

göstərir. 

Bütün  sadalananlar  yaxşıdır,  parkda  dincələnlərin 

ürəyindən  xəbər  verir.  Amma  bizim  məqsədimiz  elə  bu 

istirahət  guşəsində,  elə  bu  akademiyanın  qabağında  hər 

gün  şahidi  olduğumuz  biabırçılıqlar  barədə  oxuculara 

məlumat  verməkdir,  yəni  aysberin  görünməyən  tərəfləri 

haqqında söhbət açmaqdır.  

Necə  ki  akademiyada  iş  başa  çatır,  işçilər  ali  elm 

ocağını  tərk  edir,  yəni  AMEA-nın  qapısı  bağlanır,  bu 

böyük  və  əzəmətli  binanın  qarşısında  tamam  başqa  bir 

mənzərə  yaranır.  İlk  növbədə  bu  ərazi  əsl  velotrekə  və 

futbol meydançasına çevrilir. Velosipedli yeniyetmələr elə 

bir "qonka"ya çıxırlar ki, mütəxəssislər belə onlara həsəd 

apara  bilər.  Qabaqlarına  çıxan  yaşlı  və  uşaqlardan  xəbəri 

olmur  "veloqon"şiklərin.  O  bazar  günü  velosipedlə 

vurulub  yerə  yıxılan  qadını  güc-bəla  ilə  özünə  gətirdilər, 

sonra  da  onu  xəstəxanaya  çatdırdılar.  "Futbolçular"  da 

onlardan  geri  qalmır.  Anasının  yanında  oturub  iştahla 

dondurma  yeyən  uşağa  futbol  topu  necə  dəyib 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə