İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə115/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   111   112   113   114   115   116   117   118   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

maraqlı  və  yaddaqalan  keçməsində,  məzunların  cəlb 



olunmasında səy və bacarığını əsirgəməmişdir.  

Tədbir  saat  5-ə  qədər  davam  edir.  Müdavimlər  şən 

musiqinin  sədaları  altında  dövrə  vurub,  rəqs  edir,  yallı 

gedirlər. Yenə kövrək notlarla görüşüb ayrılırlar. 

O  gün  olsun  məktəbin  100  iliyində  görüşək!  Bəli, 

müdavimlər  ürəkdən  gələn  bu  sözlərlə  istəməsələr  də 

ayrılırlar.              

P.S.  Tədbirdə  bu  sətirlərin  müəllifi  də  çıxış  etdi. 

Unudulmaz  I  sinif  müəllimlərini  -  əməkdar  müəllim 

Qayda  müəllimi,  Salman  müəllimi,  Mirəli  müəllimi, 

Əbülfəz  müəllimi,  Sona  müəllimi,  Fatma  və  Məryəm 

Hüseynova  bacılarını,  Saleh  müəllimi  hörmətlə  yad  etdi 

və  "Salam,  doğma  məktəb!"  şeirini  oxudu.  Həmin  şeiri 

oxuculara təqdim edirəm. 

 

Salam, doğma məktəb, xoĢ gördük səni.  

Yubileyin mübarəkdĠr, mübarək!  

Nə tez keçib getdi ömürdən illər?!  

O gün olsun 100 yaĢını qeyd edək! 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

Bizi pərvaz edib qaranquĢ kimi,  

Yola saldın sən həyatın qoynuna.  

Ana nəvaziĢi biz səndən gördük,  

Necə də mən sənə deməyim ana?! 

 

...Göz önünə gəlir məktəb illəri,  

Necə müqəddəsdi, necə də əziz?!  

Unutmaqmı olar keçən günləri –  

Necə də pak idi, necə də təmiz?! 

 

Əziz müəllimləri gəlin yad edək,  

Dualar oxuyaq ruhlarına biz.  

Bizə öyrətdilər qələm tutmağı  

Onlarla bir vurub ürəklərimiz. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

O nurlu, müqəddəs, o pak insanlar, 

Bizə həm də həyat dərsi verdilər

  

Hərəsi bir məktəb, qəlbləri bahar. 

Bizə nələr öyrətdilər, eh nələr?! 

 

...QuĢ qanadlı illər qalıb arxada,  

Bizi yaĢadan da xatirələrdir.  

O illəri bir-bir yada salanda,  

Yalnlz xatirələr danıĢır, dinir... 

 

Salam, doğma məktəb, xoĢ gördük səni.  

Yubileyin mübarəkdir, mübarək!  

Nə tez keçib getdi ömürdən illər.  

O gün olsun 100 yaĢını qeyd edək!  

2000-ci il 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

HƏR ĠKĠ YUBĠLEYĠN MÜBARƏK, YASƏMƏN 

XANIM! 

 

HörmətIi Yasəmən xanım! Özünün 60, baş redaktoru 



olduğun  «Dövlət  və  Qanun»  qəzetinin  10  illik  yubiley 

tədbirində iştirak etmək üçün mənə verilən dəvətnamədəki  

xəbər  ürəyimdən  oldu  və  məni  xeyli  sevindirdi.  Həmin 

tarixi    səbirsizliklə  gözləyirdim.  Amma  «sən  saydığını 

say,  gör  fələk  nə  sayır»  -  deyib  atalar.  Səhhətimdə  ciddi 

problemlər  yarandı.  «Yasəmən  xanımın  tədbirində  iştirak 

edə bilmədim…» fikri məni rahat buraxmadı. 

Həmin  tədbirdə  iştirak  etsəydim,  'aşağıdakı  ürək 

sözlərimi qonaqlara catdırardım: 

- Möhtərəm tədbir iştirakçıları! Bəlli olduğu kimi, biz 

iki  tədbiri  qeyd  etmək  üçün  bura  yığışmışıq.  Hamımızın 

yaxşı  tanıdığı  Yasəmən  Möhübbət  qızının  anadan 

olmasının 60, başcılıq etdiyi "Dövlət və Qanun" qəzetinin 

10  illik  yubileylərini.  Bu  da  təbiidir.  Çünki  Yasəmən 

Möhübbət  qızı  dedikdə,  "Dövlət  və  Qanun"  qəzeti  yada 

düşür, "Dövlət və Qanun" qəzeti dedikdə Yasəmən xanım. 

Düzdür, Yasəmən xanıma 60 yaş vermək olmaz. Onu belə 

təravətli, cavan saxlayan isə saf və büllur bir qəlbə malik, 

hər cür həsəd və paxıllıqdan uzaq olmasıdır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bugünkü  tədbirdə  mən  iştirak  və  çıxış  etməyə 



bilməzdim. Çünki 50 illik jurnalist fəaliyyətimin bir qismi 

redaktor  kimi  "Dövlət  və  Qanun"  qəzetində  keçib, 

Yasəmən  xanımla  eyni  kollektivdə  çalışmışam.  Həmin 

müddəti  ömrümün  ən  yaddaqalan  illəri  sayıram.  Mən 

Yasəmən xanımdan daim səmimiyyət və qayğı, hörmət və 

mərhəmət  görmüşəm.  Doğrudan  da  onunla  ünsiyyətdə 

olmağın özü də bir xoşbəxtlikdir. Sadə və səmimi, gülərüz 

və  xoşqılıq  olan  Yasəmən  xanımla,  sözün  həqiqi 

mənasında  dağı-dağı  üstə  qoymaq  olar.  Çünki  işgüzardır, 

tədbirlidir, 

tələbkardır, 

prinsipialdır 

Yasəmən 

Möhübbətqızı.  Sözübütöv,  xeyirxah,  nəcib  bir  insan  olan 

Yasəmən xanım Azərbaycan qadınlarına şəxsi nümunədir. 

O,  ömrünün  ən  gözəl  və  məhsuldar  10  ilini  baş  redatoru 

olduğu  "Dövlət  və  Qanun"  qəzetinə  həsr  etmişdir.  10  il 

ərzində  bu  mətbu  orqan  da  böyük  inkişaf  yolu  keçmiş, 

məzmun  və  ideya  cəhətdən  oxunaqlı  qəzetə  çevrilmişdir. 

"Dövlət  və  Qanun"  öz  fəaliyyətini  bir  neçə  istiqamətdə 

davam  etdirir.  Bir  tərəfdən,  Respublika  Qadınlar 

Cəmiyyətinin  xətti  ilə  xoşbəxt  XXI  əsr  qadınlarımızın 

xarüqələr yaradan bugünkü uğurlarını, nailiyyətlərini, eyni 

zamanda  da  üzləşdikləri  bəzi  problemlərini  qəzetin 

səhifələrində  əks  etdirir,  digər  tərəfdən,  Azərbaycan 

veteranlarının  keçdiyi  mübarizələrlə  dolu  şərəfli  ömür 

yollarını  işıqlandırır,  eyni  zamanda  hüquq  qəzeti  olaraq 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə