İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə123/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   117   118   119   120   121   122   123   124   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

olunmuş,  şagird  və  müəllimləri  dilimizin  keşiyində  möhkəm 



dayanmaları tövsiyə olunmuşdur. 

Köçkün məktəbi bəzi çətinliklərə baxmayaraq kifayət qədər 

uğur  qazanır  və  həmin  uğuru  artırmağa  çalışır.  Təhsil 

müəssisəsi  müəllimlərinin  isə  çətinliyi  orasındadır  ki,  uşaqlar 

Qarabağı, doğma Şuşanı görməyiblər. Onlar bu tarixi və doğma 

yurd haqqında uşaqlara nə qədər danışsalar da, torpaq həsrətini 

onlara  unutdura  bilmirlər.  Amma  həm  müəllimlər,  həm  də 

şagirdlər əmindirlər ki, bu həsrətin sonu olacaq və onlar tezliklə 

ulu  məkana  qovuşacaqlar.  Hələlik  isə  9  nömrəli  Şuşa  tam  orta 

məktəbi qaçqınlıq dövrünü yaşayır. 



2010-cu il 

 

QARABAĞ SEYĠDLƏRĠ 



 

HALALLIQ, PAKLIQ VƏ XEYĠRXAHLIQ 

RƏMZĠ 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Müqəddəs əcdadlarının uyuduğu doğma 

Papravəndin həsrətilə qovrulan Seyid Ġsmayıl ağa 

torpaqlarımızın iĢğaldan azad 

olunacağı günü səbirsizliklə gözləyir 

 

Milli  Elmlər  Akademiyasının  qarĢısındakı  park 



(sadəcə,  Akademiya  bağı)  bütün  fəsillərdə  Bakı 

sakinlərinin  sevimli  istirahət  yeridir.  Gün  ərzində  bu 

istirahət guĢəsi yaĢından və cinsindən asılı olmayaraq, 

qonaq-qaralı, səs-küylü olur. Fidan balaların bir qismi 

yelləncəkdə  yellənir,  bir  qismi  uĢaq  maĢınlarının 

sükanı  arxasında  oturaraq  bağın  ətrafında  dövrə 

vurur, 

gənclər 

cütləĢib  oturacaqların  güncünə 

sıxlaĢaraq 

söhbətləĢir 

(bu, 

baĢqa 

söhbətin 

mövzusudur),  nurani,  yaĢlı  ahıllar  isə  4-5  nəfər  bir 

oturacaqda  yan-yana  oturaraq  ətrafdakı  mənzərəni 

seyr  edir,  ya  da  yaddaĢlarını  qurdalayaraq  ötüb-

keçənlər  barədə  bir-birilərinə  məlumat  verirlər.  Bu 

zaman  onların  çöhrələrinə  gah  kədər  qığılcımları 

qonur, gah da sevinc nidaları bərq vurur. 

Qəribədir  ki,  üç-bir,  dörd-bir,  bəzən  də  beş-bir  eyni 

oturacaqda  əyləşib  şirin-şirin  söhbət  edən,  arabir 

ayaqlarının  keyini  açmaq  üçün  bağın  ətrafında  gəzib-




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dolaşan  bu  müdrik  insanları,  görünür  xasiyyətlərinin, 



əqidə və məsləklərinin eyniliyi yaxınlaşdırır. Onlar bəzən 

gündə iki dəfə, bəzən bir dəfə eyni məkanda, eyni nöqtədə 

görüşürlər.  Bu  insanlar  üçün  onların  əvvəllər  tutduqları 

vəzifənin  heç  bir  əhəmiyyəti  yoxdur.  Elə

:

həmişə  bir 



oturacaqda  əyləşən  4  əmək  veteranı  -  Xalq  yazıçısı, 

professor,  nakam  şairimiz  Mikayıl  Müşfiqin  yorulmaz 

tədqiqatçisı, 

Azərbaycan 

mənsur 

şeirinin 



banisi 

Gülhüseyn  Hüseynoğlu,  ixtisasca  riyaziyyat  müəllimi, 

ömrü  boyu  pedaqoji  sahədə  calışmış  oğuzlu  Bəlyar 

müəllim,  ömrünü  çətin  və  məsuliyyətli  peşə  olan 

sürücülüyə  həsr  etmiş,  lakin  bir  dəfə  də  ciddi  qəza 

törətməmiş,  saatlılı  şofer  Mayıl  və  Ağdamda  böyük  bir 

seyidlər  nəslinin  davamçısı  Seyid  Miriş  Ağanın  oğlu 

Seyid  ismayıl  Ağa  kimi.  Hər  birinin  fərqli  ömür  yolu, 

maraqlı və keşməkeşli həyat tarixçəsi var. Hərəsi bir canlı 

tarixdir. O da maraqlıdır ki, bu bağ dostlarının bir-birinin 

həyatının  tam  dərinlikləri  barədə  kifayət  qədər  xəbərləri 

yoxdur.  Yaxınlarda  mən  də  bunun  şahidi  oldum. 

"Qarabağa 

aparan 


yol" 

qəzetində 

"İldırımdan 

doğulmuşlar"  başlıqlı  tədqiqat  xarakterli  yazım  dərc 

olunmuşdu. 

Məqalə 


xalq 

yazıçısı 

Gülhüseyn 

Hüseynoğlunun keşməkeşli həyatından, hələ o vaxt BDU-

da  oxuyarkən  "İldırım"  adlı  siyasi  dərnəkdə  fəaliyyət 

göstərdiklərinə  görə  8  tələbənin  sovet  rejiminin  sərt 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qanununa  tuş  gələrək  25  il  müddətinə  Sibirə  sürgün 



edilməsindən, burada min bir  əzab-əziyyətlərə, işgənclərə 

məruz  qalmasından,  yalnız  Stalinin  ölümündən  sonra 

cəzasının  7  ilini  çəkib  bəraət  qazanaraq  Azərbaycana 

qayıtmasından,  daha  sonra  ali  məktəbdə  təhsilini  davam 

etdirməsindən,  professor  adı  qazanmasından  və  sair 

faktlardan  bəhs  edirdi.  Həmin  materialı  Gülhüseyn 

müəllimin bağ dostları oxuyub, möhkəm təsirlənmişdilər. 

Sonra  mənə  bir  ağızdan:  «Müəllim,  çox  sağ  ol,  belə 

maraqlı  yazıya  görə.  Biz  indi  Gülhüseyn  müəllimin 

həyatının  bütün  məqamları ilə  ətraflı  tanış olduq»,  -  deyə 

söyləmişdilər… 

Seyid  İsmayıl  ağa  hamıdan  çox  təsirlənmişdi. 

Ümumiyyətlə, sanki nurdan yaranmış qarabəniz, zil qonur 

gözləri  çöhrəsinə  işıq  saçan,  asta  danışan  bu  şəxs  əsl 

İmam  övladı  təsiri  bağışlayır.  İki  əsrdən  çox  bir  müddət 

ərzində Qarabağda məskunlaşmış Seyid Nurəlinin İsmayıl 

ağa  kimi  nəvələrinin  ulu  babaları  İmam  Cəfər  Sadiqdir 

(ə). Seyid Nurəli Tərtər bölgəsinin Qərravənd elindən olan 

Gülxanım adlı bir Qarabağ gözəli ilə evlənir və Papravənd 

kəndində  məskən  salır.  Onun  iki  övladı  -  Seyid  Miriş  və 

Seyid Suğra dünyaya gəlir. Ötən əsrin əvvəllərində Seyid 

Nurəli Allahın dərgahına qovuşur. 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə