İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə122/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   117   118   119   120   121   122   123   124   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

respublikanın  digər  şəhər  və  rayonlarında  məskən  salmağa 



məcbur oldu. 9 nömrəli Şuşa tam orta məktəbinin qismətinə isə 

Bakının  Binəqədi  rayonu  Fatmayı  bağlarındakı  «Rabitəçi» 

düşərcəsi düşdü. 

Bəli,  adıçəkilən  qaçqın  məktəbi  1992-ci  ildən  Respublika 

Rabitə  Nazirliyinin  tabeçiliyində  olan  «Rabitəçi»  düşərcəsində 

məskunlaşmış köçkün ailələrin məktəbyaşlı uşaqları üçün təşkil 

olunmuşdur.  Bu  təhsil  ocağının  hansı  çətinliklər  hesabına 

yaradılmasını  və  uşaqların  buraya  yerləşdirilməsini  yalnız 

həmin hadisələrdə fəal iştirak edənlər yetərincə bilər. 

Məktəbə  təcrübəli  pedaqoq  Qədim  Abdullayev  rəhbərlik 

edir.  Qədim  müəllim  əslən  kəlbəcərlidir.  Orta  məktəbi  Gəncə 

şəhərində  bitirib.  Bir  müddət  Gəncə  Alüminium  Zavodunda 

qaynaqçı işləyib, sonra hərbi xidmətdə olub. Qədim Azərbaycan 

Dövlət  Pedaqoji  İnstitutunun  ümumi  texniki  fənlər  fakültəsini 

bitirir. Gənc mütəxəssis olaraq təyinatla Şuşa şəhərinə müəllim 

göndərilir. Bir müddət ixtisası üzrə çalışır, ömrünün firavan və 

gözəl çağında bəlli Qarabağ hadisəsi qara kabus kimi irəli keçir 

və  onun  da  həyatına  heç  vaxt  gözləmədiyi  qaçqınlıq  ömrü 

yazılır.  1992-2006-cı  illərdə  Qədim  Abdullayev  Azərbaycan 

Müəllimlər  İnstitutunda  metodist-müəllim  kimi  fəaliyyət 

göstərir.  2006-cı  ilin  oktyabr  ayından  9  nömrəli  Şuşa  tam  orta 

məktəbinə direktor təyin olunur. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Hazırda məktəbdə 150 şagird təhsil alır ki, onların da təlim-



tərbiyəsi ilə 25 pedaqoq məşğul olur. Təhsil ocağında möhkəm 

nizam-intizam  hökm  sürür.  Məktəbin  sahəsi  çox  da  böyük 

deyil.  Burada  11  sinif  otağı,  müəllimlər  otağı  yerləşir. 

Müəllimlər  yaxşı  bilir  ki,  dərs  dediyi  uşaqlar  məcburi 

köçkünlük  həyatı  yaşayırlar,  nəvazişə  və  qayğıya  ciddi 

ehtiyacları var. Ona görə də müəllimlər şagirdlərindən bu zəruri 

ehtiyacı  əsirgəmirlər,  bütün  bacarıqlarını  onların  təlim-

tərbiyəsinə,  vaxtdan  səmərəli  istifadə  etmələrinə  sərf  edirlər. 

Belə  müəllimlərdən  biri  də  direktor  müavini,  dil  və  ədəbiyyat 

müəllimi Aygün İsayevadır. 25 ildir ki, şagirdlər arasında olan 

Aygün  müəllimin  əsas  məqsədi  uşaqlara  ədəbiyyatımızı 

öyrətmək,  onlara  zəngin  dilimizi  sevdirməkdir.  Əslən  laçınlı 

olan,  vaxtilə  dağlar  diyarında  uzun  illər  məktəb  direktoru 

işləmiş  biologiya  müəllimi  Elşad  Allahverdiyev,  sinif 

müəllimləri Zeynəb Məmmədova, Ofeliya Babayeva, coğrafiya 

fənnini  tədris  edən  Ülviyyə  Abdullayeva,  bədən  tərbiyəsi  və 

idman  müəllimi  Günay  Sefixanova,  riyaziyyatı  uşaqlara 

sevdirən  Arif  Sadıqov  şagirdlərin  və  məktəb  kollektivinin 

sevimlisidir.  

Fəaliyyət göstərdiyi 19 il ərzində təhsil ocağının 40 məzunu 

respublikanın  müxtəlif  ali  məktəblərinə  qəbul  olunmuşdur. 

Fərəhlidir  ki,  onların  bəziləri  ali  təhsilli  mütəxəssis  kimi 

yenidən  doğma  məktəbdə  yaşlı  həmkarları  ilə  çiyin-çiyinə 

çalışırlar.  Riyaziyyat  müəllimi  Kəmalə  Sadıqova,  kitabxanaçı 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Gülyanaq  Hüseynova  və  laborant  Aynur  Axundova  buna 



misaldır. 

2009-2010-cu  tədris  ilində  məktəbin  3  məzunu  -  Həlilə 

Mahmudova  (ADU),  Könül  Ələsgərova  (Azərbaycan  Dövlət 

İqtisad  Universiteti)  və  Kəmalə  Ələsgərova  (1  nömrəli  tibb 

kolleci) tələbə adına layiq görülmüşdür. 

Son  illər  respublikada  təhsil  sahəsində  aparılan  islahatlar 

Şuşa təhsilindən, o cümlədən, adıçəkilən 9 nömrəli məktəbdən 

də  yan  keçməyib.  Həyata  vəsiqə  alan  islahatlar  Şuşanın 

ümumtəhsil  məktəblərində  böyük  bir  canlanma  yaradıb.  Bu 

canlanma  9  nömrəli  məktəbin  timsalında  da  aydın  görünür. 

Tədris  müəssisəsinin  müəllimləri  öz  peşəkarlıqlarını  artırmaq 

üçün  təlim  kurslarında  iştirak  edir,  elmi-metodik  vəsaitləri 

mütəmadi  olaraq  oxuyur,  müzakirələrə  qoşulur,  qabaqcıl 

müəllimlərlə təcrübə mübadiləsi aparırlar. Çünki müəllim dərk 

edir  ki,  o,  işini  müasir  tələblər  səviyyəsində  qurmalı, 

şagirdlərlə,  valideynlərlə,  həmkarları  ilə  yeni  tərzdə  qarşılıqlı 

fəaliyyətdə olmalıdır. 

Azərbaycan  Respublikası  Rabitə  və  informasiya  naziri 

cənab  Əli  Abbasovun  göstərişi  ilə  məktəbə  5  ədəd  kompüter 

verilmiş və məktəb internetə qoşulmuşdur. Bu faktın özü qaçqın 

məktəbi üçün böyük hadisədir. Müəllimlərin elektron dərslikləri 

internet  xidmətindən  istifadə  edilməsində,  açıq  dərslərin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

izlənməsi  və  müzakirə  olunmasında  əvəzedilməz  vasitədir. 



Kurikulumla  bağlı  Zeynəb  Məmmədovanın  dərs  dediyi  III 

sinifdə  rayon  səviyyəsində  açıq  dərs  dinlənildi.  «Arı  ailəsi» 

mövzusunda  düzənlənən  bu  açıq  dərsdə  qonşu  məktəblərdən 

qonaqlar,  eləcə  də  rayon təhsil şöbəsi  metodkabinetinin  müdiri 

Nəzakət  Hacıyeva  da  iştirak  edirdi.  İştirakçılar  açıq  dərsin 

gedişatını  bəyəndilər  və  digər  məktəblərdə  də  belə  açıq 

dərslərin  keçirilməsi  tövsiyə    olundu.  Eyni  zamanda  Zeynəb 

müəllimin  iş  təcrübəsinin  və  metodikasının  başqa  məktəblərdə 

də tətbiq edilməsi qərara alındı.  

Qədim  müəllim  məktəbdə  keçirilən  müxtəlif    tədbirlərdən 

də həvəslə söhbət açdı: 

-  Təhsil  ocağında  tərtib  etdiyimiz  plana  əsasən  ilboyu 

müxtəlif  tarixi  hadisələrə,  ildönümlərə  həsr  olunmuş  tədbirlər 

keçirilir.  «20  Yanvar»,  «Xocalı  soyqırımı»,  «Şuşanın  işğalı», 

«Novruz bayramı», «Üzeyir Hacıbəyov -125», «Şuşa-260» və s. 

tədbirlər  bir  qayda  olaraq  yüksək  səviyyədə  keçirilir.  «Ana 

dili»nə  həsr  olunmuş  tədbir  barədə  də  danışmaq  olar.  Tədbirə 

geniş  şəkildə  hazırlıq  görülmüşdü.  Bura  rayon  təhsil  şöbəsinin 

baş mütəxəssisi Ceyhun Əliyev də dəvət olunmuşdu. Ali təhsilli 

kitabxanaçı  Mahirə  Tağıyeva  Azərbaycan  dili,  onun  zəngin 

çalarlara malik olması, bu dil barədə görkəmli xarici alimlərin, 

dilçilərin  fikirləri  açıqlanmış,  ulu  öndər  Heydər  Əliyevin 

Azərbaycan  dili  barədə  söylədikləri  nümunə  kimi  qeyd 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə