İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə125/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   117   118   119   120   121   122   123   124   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Axır ki ağanın veteran dostlarının ehtimalı düz çıxıb: 



Professor bir aylıq dİncəlməyə gedibmiş. Qayıdıb gələndə 

ağa əmanəti  - qəzeti ona qaytarıb və qəlb  rahatlığı  tapıb. 

Professor  ağaya  minnətdarlıq  edərək  şöyləyib:  "Çox  sağ 

ol,  müqəddəs  ağa.  Kaş  hamı  sənin  kimi  belə  etibarlı 

olaydı. Onda həyat daha da gözəlləşərdi. . ." 

Bəli, Seyid İsmayıl ağa əsl paklıq, halallıq rəmzidir. 

 

MOLLA QEYBULLA – MÜASĠR MOLLA 

NƏSRƏDDĠNDĠR 

 

Atababa İsmayıloğlu bu gün oxuculara daha çox satira 



və  yumor  sahəsində  məhsuldar  yaradıcılıgı  ilə  tanışdır. 

Onun uzun illər bu janrda yazdığı duzlu-məzəli, güldürən 

yumor  və  ləfifələri,  öldürücü  və  düşündürücü  satiraları 

Azərbaycan  mətbuatına,  radio  və  televiziya  ekranlarına 

yol  tapmış,  satira  və  yumor  həvəskarlarının  marağına 

səbəb olmuşdur. 

A.İsmayıloğlunun 

vaxtilə 


AzTV-nin 

"Səhər" 


proqramında  göstərilmiş  yumoristik  səhnəcikləri  bu  gün 

də  yəqin  ki,  diqqətli  tamaşaçıların  yadındadır.  Satirik 

yazıları bir vaxtlar "Kirpi" jurnalında da dərc olunmuşdür. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bu  janrda  məhsuldar  işləyən  Atababa  müəllim  son 



zamanlar  da  müxtəlif  mətbu  orqanlarında,  o  cümlədən 

"Azərbaycan",  "Literaturnı  Azerbaydjan",  "Ulduz"  və 

"Qobustan"  jurnallarında,  "Ədəbiyyat  qəzeti"ndə  (özü  də 

bu qəzetin məsul katibi vəzifəsində çalışır), "Tək səbir" və 

sair qəzetlərdə çıxış edir. 

Orası  da  sevindiricidir  ki,  həmyerlimizin  satirik 

hekayələri, lətifə və monoloqları Türkiyə və İranda, eləcə 

də MDB məkanında tanınır və sevilir. 

A.İsmayıloğlu bu gün satira, yumor və lətifə janrında 

yaradıcılığının  ən  məhsuldar  dövrünü  yaşayır.  Müəllifin 

bu  il  "Şirvannəşr"də  nəfis  şəkildə  çapdan  çıxmış  "Molla 

Qeybullanın  sərgüzəştləri"  adlı  kitabı  da  dediklərimizi 

təsdiqləyir.  Kitaba  Atababa  müəllimin,  necə  deyərlər, 

xoruz  səsi  eşitməyən,  bir-birindən  maraqlı,  duzlu-məzəli 

lətifələri  daxil  edilmişdir.  Kitabın,  daha  doğrusu, 

lətifələrin  baş  qəhrəmanı  Molla  Qeybulladır.  Bütün 

lətifələr bilavasitə onunla bağlıdır,  yəni  məzəli əhvalatlar 

bir  növ  onun  ətrafında  cərəyan  edir,  daha  konkret  desək, 

əhvalat və hadisələr Molla Qeybullanın başına gəlir. 

Orası  da  məlumdur  ki,  Azərbaycan  folklor 

ədəbiyyatımızda  Bəhlul  Danəndə,  Molla  Nəsrəddin  kimi 

xalq  içindən  çıxmış  müdrik,  hazırcavab,  zəngin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dünyagörüşə malik el ağsaqqalları olmuş, onlarla əlaqədar 



lətifələr  yazılmış  və  həmin  lətifələr  uzaq  əsrlərdən  bizim 

zəmanəmizə gəlib çatmış, dillər əzbərinə çevrilmişdir. 

Elə  Molla  Qeybulla  da  bizim  müasir,  ağıllı  Molla 

Nəsrəddinimizdir.  Müəllifin  ustalığı  ondadır  ki,  o,  Molla 

Qeybulla  obrazını  düşünüb  tapmış,  onu  lətifələrinin 

aparıcı  qəhrəmanına  çevirmişdir.  Molla  Qeybulla  bu  gün 

də bizim aramızdadır, bu gün də həyatımızın  demək olar 

ki,  bütün  sahələrində  iştirak  etməyə  vaxt  tapır,  müxtəlif 

əqidə  və  xarakterli  adamlarla  üzləşir,  onlarla  həmsöhbət 

olur,  ünsiyyət  tapır.  Onu  sancmaq,  adamlar  arasında  pərt 

etməyə  çalışan  kütbeyin,  hərdəmxəyal,  qarınqulü,  çüğul, 

mənsəbpərəst, rüşvətxor, əliəyri və s. antipodları öz ağıllı, 

ölçülüb-biçilmiş,  düşünülmüş  cavabları  ilə  yerində 

oturdur, hazırcavablılığı ilə rəğbət qazanır, yadda qalır. 

Müəllifin  qeyd  etdiyi  kimi,  Molla  Qeybulla  ilə  bağlı 

lətifələrin  əksəriyyəti  həyatdan  götürülmüş,  yəni  hər 

addımda  qarşılaşdığımız,  başımıza  gələn,  ətrafımızda 

cərəyan  edən  əhvalatlardır.  Həmin  əhvalatları,  mətləbləri 

müəllif  Molla  Qeybulla  obrazında  formalaşdırıb  və 

oxucuların  mühakiməsinə  verib.  Onu  da  qeyd  etmək 

yerinə düşər ki, kitaba daxil edilən lətifələri kitab hələ çap 

olunmamışdan  əvvəl  qocaman  ədib  Qılman  ilkin  və 

mərhum şair-tərcüməçi Vladimir Qafarov da bəyənmişdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bir  neçə  lətifə  şairin  tərcüməsində  "Bakinski  raboçi" 



qəzetində çap olunmuşdu. 

Kitabın  redaktoru  filologiya  elmləri  namizədi 

Xeyrulla Əliyev, rəssamı Ədalətdir. 

Oxucuda  əyani  təsəvvür  yaratmaq  üçün  "Molla 

Qeybullanın sərgüzəştləri" kitabından qısa bir lətifəni dərc 

edirik. Lətifə "Gönün qalınlığı" adlanır. 

Məclislərin 

birində 


Molla 

Qeybulla. 

Allah 

kəlamından,  şəriətlə  təriqət  arasındakı  fərqdən,  ləyaqətli 



insanın  nəfsinə  hakim  olmasından  söhbət  açır. 

Oturanlardan  biri  başa  düşür  ki,  Mollanın  dediklərinin 

çoxu ona aiddir. Dədəsini də pula satan bu şəxs araya söz 

qatmaq üçün önünə qoyulmuş isti çaydan bir qurtum içib, 

yanında əyləşən kişiyə işarə edərək Mollaya üz tutur: 

- Bu kişi çayı üfürüb içir, amma yenə ağzı yanır. Mən 

isə,  bax,  eləcə,  qaynar  içirəm,  heç  təsir  etmir.  Belə 

bilənsənsə, de görək, səbəb nədir? 

Molla Qeybulla təmkinini pozmadan: 

- Adamın gönünün qalınlığı - deyib əvvəlki söhbətinə 

qayıdır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

"Molla  Qeybullanın  sərgüzəştləri"  kitabı  Atababa



 

İsmayıloğlunun  lətifə  ustası  oldugundan  xəbər  verir. 

Oxuculara bugünkü çətin, sıxıntılı, gün-güzəran şəraitində 

bir  aləm  gülüş  bəxş  edəcək  bu  kitab  müəllifinə  yeni 

yaradıcılıq uğurları arzulayıb deyirik: 

-  Yeni lətifələrinizi gözləyirik, Atababa müəllim! 

 

KAMĠL MOLLA MƏRASĠMLƏRĠN 

YARAġIĞIDIR 

 

Uzun  illər  qatı  kommunist  rejimi,  hökmran  Rus 



imperiyası  ən  humanist  din  olan  İslam  dininə  yasaq 

qoymuşdu.  Bu  qısqanclığın  nəticəsi  olaraq,  dəhşətli 

repressiya  illərində  xalqımızın  bütün  dərin  zəkaları, 

görkəmli  üləmaları,  din  xadimləri,  ruhani  və  mollaları 

kütləvi  şəkildə  gedər-gəlməzə  göndərildi.  Allahsızlığın 

hökm  sürdüyü  o  illərdə  elə  olurdu  ki,  həyatdan  köçənləri 

haqq dünyasına tapşırmaq üçün ya imperiya xofundan, ya 

qıtlıq  üzündən  molla  tapmaq  müşkülə  çevrilərdi. 

Azərbaycanda  elə  bölgələr  vardı  ki,  molla  olmadığından, 

dünyaya «əlvida» deyib, həyatdan köç edənləri necə gəldi 

dəfn edərdilər. Dağ rayonlarında, eləcə də Qarabağın bəzi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

bölgələrində  demək  olar  ki,  molla  yox  idi.  Məclisi  yola 



vermək üçün gedib cənub zonasından molla gətirərdilər. 

Lakin  Ulu  Tanrı  sanki  müsəlman  bacı  və 

qardaşlarımızın  dua  və  yalvarışlarını  eşitdi.  Əvvəlki 

əqidəmiz  özümüzə  qayıtdı,  müqəddəs  İslam  dininə 

qovuşduq.  Sovetlər  dövründə  dağıdılmış,  yaxud  taxıl 

anbarına  çevrilmiş  (Ona  görə  də  Allah-Təala  həmin 

rejimin  kökünü  kəsdi)  Allah  evləri  -  məscidlər  bərpa 

olundu,  yeniləri tikildi.  İndi elə bir rayon  yoxdur ki, orda 

müasir  üslubda  minarəli  məscid  inşa  edilməsin.  Bu  gün 

kənd  və  qəsəbələrimizdə  tikilmiş  məscidlərə  gələn 

müsəlman  bacı  və  qardaşlarımız  dini  ocaqlarda  ibadət 

edir,  Allahın  dərgahında  dayanıb,  onun  varlığına  dualar 

oxuyurlar. 

Fərəhlidir  ki,  bu  gün  İslama  böyük  axın  var.  Dini 

mədrəsələr və  dini tədris ocaqlarında təhsil alan  oğlan və 

qızlar  ruhani  kimi  yetişir.  İslam  dininin  təbliğatçilarına 

çevrilirlər.  Hazırda  yas  mərasimini  layiqincə  idarə  edən 

mollalar çoxdur. Respublikamızın hər yerində belə savadlı 

şəxslərə  rast  gəlmək  olar.  Düzdür,  hələ  də  "qara  molla" 

təxəllüsü  daşıyan  piyada,  yəni  savadsız  mollalar  da  az 

deyil.  İslam  dinindən  bixəbər  elə  mollalar  var  ki,  yas 

mərasimində  ordan-burdan  eşitdiklərinin  də  qol-qanadını 

sındıra-sındıra  danışır,  inandırıcı  olmayan  fantaziya  ilə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dolu  vaqiələr söyləməklə, məclis  əhlini  çaşdırır,  çox vaxt 



da  belələrinin  savadsızlığı  ucbatında  yas  mərasimlərində 

dini  mövzuda  mübahisə  yaranır.  İfşa  olunduğunu  görüb, 

məclisi  tərk  edən  "bozbaş  molla"larına  çox  rast  gəlmişik. 

Nə  yaxşı  ki  indi  belə  mollalar  seyrəlir  və  aradan  çıxır. 

Onların  yerini  isə  "molla"  sözünün  mənasını,  öz 

vəzifəsinin  məsuliyyətini  layiqincə  dərk  edən  savadlı 

adamlar  tutur.  Belələrinin  idarə  etdikləri  mərasimlərdə 

oturmaqdan, sözün əsl mənasında zövq alır, dini biliklərin 

çoxalır, mənən zənginləşirsən. 

Sabirabad 

rayonunun 

Məmişlər 

kəndində 

yas 


mərasimini aparan alicənab bir şəxsi mollalara əsl nümunə 

hesab  edirəm.  Biz  hüzr  yerinə  Bakıdan  getmişdik. 

Mərhumə,  dostumun  ömür-gün  yoldaşı  idi.  Mərasimin 

üçüncü  gününü  başa  vurub,  Bakıya  qayıtmalı  idim. 

Doğrusu, 

mollanın 

məclisi 

aparmaq 


səriştəsi, 

hazırcavablığı,  dünyagörüşü,  istiqanlılığı  şəxsən  məni 

yeddi  gün  o  mərasimdə  qalmağa  şövqləndirdi.  Nə 

gizlədim,  cənub  bölgəsində  də  savadlı,  mədəni,  sanballı 

mollalar  çoxdur.  Amma  Məmişlər  kəndində  təsadüf 

etdiyim  mollanın  qabiliyyəti,  məclisi  yola  vermək 

səriştəsi, ümumi mədəniyyəti məni valeh etdi. 

Bəs  haqqında  ağızdolusu  bəhs  etdiyim  molla  kimdir? 

Harada təhsil alıb? 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Məşədi  Fəqan  Məmmədov  Saatlının  Mollavaizli 



kəndində  doğulub,  ömrünün 38-ci  baharını  yaşayır. Tanrı 

ona həm zahiri, həm də daxili, mənəvi gözəllik bəxş edib. 

Cavan  olsa  da  üz-gözünə  Tanrıdan  nur  ələnib.  Aydın, 

mənalı baxışları qəlbinin paklığından, İslam dininə sonsuz 

məhəbbətindən, 

xeyirxah 

və 

gözütoxluğundan, 



insanpərvərliyindən  xəbər  verir.  Uşaqlıqdan  Əli  aşiqidir. 

Ömrünün erkən çağlarından damarlarında İslam qanı axır. 

İlk  müəllimi  Masallının  Musaküçə  kəndinin  sakini  molla 

Nəzir olub. 13 yaşından Qurani-Kərimə qail olub. İki ildə 

ilk ruhani atasından çox şey öyrənib. Lakin bildikləri onu 

qane  etməyib.  Sonra  Cəlilabad  və  Biləsuvar  rayonlarında 

dini  biliyini  dərinləşdirib.  Az  qala  15  il  dini  təlim  keçib. 

İslam  dininə,  Qurani-Kərimə  baş  vurduqca  anlayıb  ki, 

daha  dərinliklərə  baş  vurmaq,  qəvvas  olub  dənizin 

dibindən  daha  çox  dürr  götünmək  -  tükənməz  bilik 

mənbəyi  olan  İslamı  öyrəndikcə-öyrənmək  və  öyrətmək 

lazımdır.  Həzrət  Mühəmməd  (s)  Peyğəmbərin  "Beşikdən 

qəbir  evinəcən  elm  öyrənmək"  kəlamını  özünün  həyat 

devizi  seçmiş  Məşədi  Molla  Fəqan  38  illik  ömrünün 

böyük  bir  hissəsini  ruhuna  qida,  zehninə  ziya  əta  edən 

İslamdan  bəhrələnir.  Bəhrələndikcə  doymur,  bildiklərini, 

öyrəndiklərini  isə  əhli-müsəlmana  öyrədir,  "yoruldum" 

demir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

7  gün  ərzində  Məşədi  Fəqanı  çox  ağır  və  ağayana, 



təmkinli və sanballı, söhbətlərində ölçülü-biçimli gördüm. 

Molla üçün zəruri olan aydın və təmiz nitqi, ürəyəyatımlı 

və  ləngərti  avazı  ilə  o,  məclisə  yığışanları  sanki 

ovsunlamışdı. Hamı bir nəfər kimi ona diqqət kəsilmişdi, 

hamı  ondan  daha  çox  öyrənməyə  çalışırdı.  Molla  ona 

verilən  sualları  lazımınca  və  qədərincə  cavablandırır, 

hamını  razı  salırdı.  Məşədi  Fəqan  məclisdə  hansı 

məsələlərə  toxunmurdu?  İnsan  nə  qədər  fenomenal  biliyə 

malik  olarmış!  Söhbət  zamanı  yeri  gələndə  loğmana 

çevrilib, təbabətdən danışır, sağlam olmağın şərtlərini izah 

edir,  İslam  tarixçisi  kimi,  bu  dinin  ümumbəşəri 

əhəmiyyətindən,  dünyanın  tanınmış  şəxsiyyətlərinin 

Peyğəmbərimizə,  eləcə  də  Əli  (ə)-a  verdikləri  qiymətdən 

ilhamla  bəhs  edir,  İslamda  qadın  azadlığından  geniş 

söhbət  açılmasından,  haram  və  halallıqdan  elə  maraqla, 

şövqlə danışır ki, dinləməkdən doymursan. Azərbaycanın 

dahi  mütəfəkkiri  Nizami  və  Füzulinin,  Nəsimi  və  Səməd 

Vurğunun  söz  xəzinəsindən  nə  qədər  misallar  çəkir, 

nümunələr  göstərirdi!  Məscidlərdən  söhbət  açan  Məşədi 

Fəqan  izahat  verir  ki,  Misirdə  1001  məscid  var. 

Cəmiyyətdə,  müsəlman  aləmində  mövçud  olan  Allah 

evlərinin  növlərini  sadalayır,  məclis  əhlinin  qəlbində  dini 

ocaqlara,  məbədgahlara  məhəbbət  alovu  yandıra    bilir. 

Məşədi  Fəqan:  "Hər  bir  Allah  bəndəsinin  qürur  taxtı 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

olmalıdır  və  taxtdan  enməməlidir",-  deyəndən  sonra 



yaltaqları  qamçılayır,  pul,  mənsəb  qazanmaq  üçün 

mənliyini,  əqidəsini,  qürurunu  itirən  cahillərə  müraciət 

edir, onları kişi kimi yaşamağa səsləyir. 

Doğrusu mən, 63 il ömür sürmüş, az qala 40 il  yazı-

pozu  ilə  məşğul  olan  jurnalist  kimi  molla  Fəqandan  çox 

şey əxz etdim. Məclis günlərində onun bütün söhbətlərinə 

diqqət  kəsildim,  özümçün  qeydlər  apardım,  dini 

kəlamlarla xeyli zənginləşdim. 

Bəli,  yas  mərasimlərinə  məhz  belə  yetkin,  təkmil, 

qabiliyyət  və  mədəniyyət  timsallı  mollaları  dəvət  etmək 

lazımdır ki, qoy onlar bugünkü ağır şəraitdə, dolanışığını, 

güzəranını  bərpa  etmək  üçün  başqa  dini  təriqətləri  qəbul 

etmək 

zorunda 


qalan 

soydaşlarımızı, 

ələlxüsus 

gənclərimizi  səhv  addım  atmaqdan  çəkindirsin,  İslam 

bayrağının həmişə ucada dolandığını sübut etsinlər. 

1998-ci il 

 

 

 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Mənim bioqrafiyam 

 

Qızılı  payızda  doğulmuşam.  5  sentyabr  1937-ci  ildə. 



Qız  bürcündənəm.  Masallı  rayonunun  Boradigah 

qəsəbəsindəki  orta  məktəbin  VII  sinfini  əla  qiymətlə 

bitirərək  Bakı  Neft  Texnikumuna  imtahansız  qəbul 

olunmuşam. Bir müddət Sabunçu neft mədənində operator 

işləmişəm.  Sonra  da  Sovet  Ordusunda  hərbi  xidmətdə 

olmuşam.  Jurnalistikaya  olan  sonsuz  həvəsim  məni  o 

vaxtkı  S.M.Kirov  adına  ADU-nun  (hazırda  BDU) 

jurnalistika  şöbəsinə  gətirdi.  1963-1967-ci  illərdə  həmin 

şöbədə ali təhsil almışam. Elə o vaxtdan da jurnalist kimi 

Azərbaycan  mətbuatında  çalışıram.  50  ilə  yaxındır  ki, 

respublikamızda nəşr olunan müxtəlif qəzet və jurnallarda 

fəaliyyət  göstərirəm.  Uzun  illər  «Kino  yenilikləri», 

«İmpuls», «Məşəl», «Yeni era» qəzetlərində baş redaktor, 

«And»,  «Gələcək  gün»,  «Naxçıvan»,  «Faktlar»  və  s. 

qəzetlərində,    eləcə  də  «Zəriflik»  jurnalında  redaktor 

işləmişəm.  Bir  neçə  qəzetdə  müxtəlif  mövzularda 

yazılarla  çıxış  etmişəm.  Çap  olunan  yazıları  mizan 

tərəziyə  qoysan,  öz  çəkimdən  ağır  gələr.  Hazırda 

Respublika  Təhsil  Nazirliyinin  orqanı  olan  «Təhsil» 

jurnalında şöbə redaktoru vəzifəsini icra edirəm. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bədii  yaradıcılıqla  da  məşğulam.  Çoxlu  mənsur  şeir, 



lirik  şeirlərim,  uşaqlar  üçün  qələmə  aldığım  şeir 

nümunələrim müxtəlif mətbu orqanlarında işıq üzü görüb. 

«İşıqlı ömür» kitabı (müştərək) tanınmış neftçi alim Nuru 

Nuriyevin  həyat  və  yaradıcılığına  həsr  olunub.  Hazırda  3 

kitabım  çapını  gözləyir.  «Dünyanın  bəzəyi  insanlar», 

«Qayıt,  əzizim!»,  «…Ürək  deyir  yaşa  hələ».  Bütövlükdə 

çoxlu  sayda  tərcümə  kitabları  da  çap  mərhələsindədir. 

Bura tanınmış isveç dramaturqu B.Byörsonun «Redaktor» 

pyesini aid edə bilərəm. Həmin tərcümə üzərində 6 aydan 

çox əmək sərf etmişəm.  

Hələ ki qələmim işləyir, gözlərim görür. Ürəkdə təpər var. 

Hələ  ki  insanlara,  dünyaya,  həyata,  əsası  isə,  yaşamağa 

həvəs  var,  qələmi  yerə  qoymayacağam.  Çünki  həyat 

―şirindir, qardaşım!‖ 2 övlad atası, 3 nəvə babasıyam. 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə