İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə124/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   117   118   119   120   121   122   123   124   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Seyid Miriş Papravənd camaatının ən halal nəslindən 



olan Qoşunəli kişinin qızı Əzizə xanımla ailə həyatı qurur. 

Onların 7 övladı - 3 oğlu və 4 qızı dünyaya gəlir. Böyük 

övladları  Züleyxa  və  Əlişin  ömürləri  gənc  yaşlarında 

yarımçıq kəsilir.1956-cı ildə Seyid Miriş, 1990-cı ildə isə 

həyat  yoldaşı  Əzizə  xanım  ömürlərini  övladlarına 

bağışlayıb, həyata "əlvida" deyirlər. 

Haqqında  söhbət  açdığımız  Seyid  Ismayıl  Seyid 

Mirişin böyük oğludur. Maraqlı həyat tarixçəsi olan Seyid 

İsmayıl 1 oğul və 3 qıza mehriban ata, 12 nəvəyə sevimli 

babadır. 

Seyid  Nurəlinin  və  Seyid  Mirişin  vaxtilə  ziyarətgaha 

çevrilmiş  məzarları  bu  gün  düşmən  tapdağında  olan 

Ağdamın Papravənd kəndindədir. 

Həmişə  sadə  və  dəbdəbəsiz  güzəran  keçirmiş  Seyid 

Nurəli  və  Seyid  Mirişin  belə  həyat  tərzini  Seyid  İsmayıl 

da  davam  etdirır.  Vaxtilə  Şeyid  Miriş  qap-qapı  gəzərək 

nəzir  yığan  seyidləri  danlamış,  onları  belə  xoşagəlməz 

yoldan  çəkindirməyə  çalışmışdır.  Deyərmiş  ki,  Seyidin 

payı  onun  evinə  gəlməlidir  və  peyğəmbər  nəslindən  olan 

qapı-qapı  gəzib  nəzir  yığmaz.  Bu,  seyidlərin  nüfuzuna 

xələl gətirər. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Seyid ismayıl ağa uzun illər kolxoz və sovxozda halal 



zəhmətlə 

məşğul 


olmuş, 

övladlarını 

halallıqla 

böyütmüşdür.  Orta  ixtisas  təhsilli  aqronom  olan  Seyid 

ismayıl  yalnız  xeyirxah  əməllərlə  el-obasının  hörmət  və 

məhəbbətini  qazanmışdır.  Həmişə  xalqına  ruzi-bərəkət 

bolluğu arzulayan bu mehriban insan uzun illər Papravənd 

kəndinin  dəyirmanında  dəyirmançı  işləmiş,  əhaliyə  bu 

minvalla  hər  cür  kömək  göstərmiş,  təknələrdən  çörəyin 

tükənməməsinə  çalışmışdır.  Onu  Qarabağda  həm  də 

dəmirçi kimi tanıyırdılar. 

Beləiiklə, 

nankor 

və 


bədnam 

qonşularımız 

torpaqlarımızı  işğal  edənə  qədər  Seyid  İsmayılın 

dəyirmanı  işləmişdir.  Bütün  qarabağlılar  kimi  bugün 

Seyid  lsmayıl  da  doğma  Papravənddən  perik  düşmüş, 

taleyinə  köçkünlük  yazılmışdır.  Azərbaycanın  müxtəlif 

regionlarına  səpələnmiş  ağdamlıların  bir  qismi,  o 

cümlədən  Seyid  İsmayılın  ailəsi  də  Göyçay  rayonuna 

pənah  gətirmişdir.  O,  vəfalı  ömür-gün  yoldaşı  Ənbər 

xanımla  bu  çinarlar  şəhərində  yaşamağa  qərar  verir. 

Ümumiyyətlə,  onlar  yarım  əsrdən  çox  bir  yerdə  ömür 

sürmüş,  bir-birilərinə  arxa-dayaq  durmüş,  qəmli-şad 

günlərini bölüşmüşlər. Amma əfsus ki, Ənbər xanım 12 il 

əvvəl  İsmayıl  ağanı  əbədi  tərk  etmiş,  Ağdam  həsrətilə 

dünyasını  dəyişərək,  onu  yetim  qoymuşdur.  Həyat 

yoldaşını  itirəndən  sonra  Seyid  İsmayil  Göyçayda  duruş 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

tapa  bilməyib,  bir  yandan  da  köçgünlük  həyatı,  qaçqınlıq 



damğası ona çox təsir etmiş, elə bu səbəbdən də bir neçə 

ildir  ki,  Bakıda  yaşayan  oğlu  və  qızlarının  yanına 

köçməyə məcbur olub. 

Elə o vaxtdan da İsmayıl ağa Akademiya bağında tez-

tez  görunür.  Gününün  xeyli  hissəsini  burda  tanış  olub 

ünsiyyət  bağladığı  dost  və  tanışları  ilə  keçirir,  onlarla 

həmsöhbət  olur,  dərdlərini  bölüşür,  görüb-gördüklərindən 

danışır, 

ömür 

kitablarının 



maraqlı 

səhifələrini 

vərəqləyirlər. Doğru deyirlər ki, bölüşdükcə dərd azalır. 

Əsl mömin, imanlı, Allah adamı olan Seyid İsmayıl 

bu bağdakı dost-tanışları arasında İslam dinini geniş təbliğ 

edir, bu dinin müqəddəsliyindən söhbət açır, insanın 

mənən saflaşmasında onun əvəzsiz rolundan bəhs edir. O, 

Bakıda nəşr olunan "Nəbz", "Haqqın Nuru", "İslam 

həqiqətləri" və sair qəzetlərin hər nömrəsini alıb, əvvəlcə 

özü oxuyur, sonra da dostlarına ötürür. Seyid İsmayıl 

vacib əməllərdən olan namaz qılmağın və oruc tutmağın 

fəzilətlərindən danışır, gündə dəfə Allahın hüzurunda 

dayanaraq dualar etməklə Ondan mətləb diləmələrini 

vacib sayır. 

Ağa  tez-tez  oturacaqda  yanaşı  əyləşən  gənclərlə  də 

ünsiyyətdə  olur,  onları  ədəb-ərkana,  böyüklərə  hörmət 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

bəsləməyə,  el-obaya,  Vətənə  sadiq  qalmağa,  bir  də  halal 



zəhmətlə  yaşamağa  dəvət  edir.  Axı  onun  özünü  də 

halallıq, paklıq rəmzi  hesab etmək olar. Sözübütöv,  əhdə 

vəfalı, düz əqidəli bu müdrik ağsaqqal uşaq kimi təmiz və 

kövrəkdir,  qəlb  sevindirəndir,  inam,  iman,  etibar 

dağarcığıdır. 

Bir  haĢiyə:  Bir  ay  əvvəl  hansısa  qəzetdə  tez-tez  bu 

bağa gələn tanınmış alim, professor, Tibb Universitetinin 

müəllimi  Namiq  Abbasovun  anadan  olmasının  60  illiyi 

münasibətilə onun ömür yolu, tibb sahəsindəki fəaliyyəti, 

qazandığı  uğurlardan  bəhs  edən  maraqlı  məqalə  dərc 

olunmuşdu.  Həmin  yazı  ilə  maraqlanan  Ismayıl  ağa 

professordan  qəzeti  istəyib,  deyib  ki,  oxuyub,  sabah 

çatdıraram  (qəzetdən  bir  nüsxə  olduğu  üçün).  Ertəsi  gün 

qəzeti  götürüb  bağa  gəlir  ki,  professora  qaytarsın. 

Professor  isə  nə  həmin  gün,  nə  də  ondan  sonrakı  günlər 

gəlib  çıxmır.  İsmayıl  ağa  isə  düz  iki  həftə  qəzeti  aparıb-

gətirir,  amma  yubilyar  görünmür.  Axırda  bağ  dostları 

onun  narahatçılığını  görüb  deyirlər:  "Ay  ağa,  niyə  belə 

narahatsan? Professor adamdır, bəlkə bir yerə dincəlməyə 

gedib. Yay aylarıdır".. Ağa cavab verir ki, yox, əzizim, o 

qəzet  məndə  əmanətdir.  Özü  də  cəmi  bir  nüsxədir,  mən 

onu  mütləq  sahibinə  qaytarmalıyam.  Əmanətə  xəyanət 

olmaz , - söyləyib atalarımız. 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə