İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə120/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   117   118   119   120   121   122   123   124   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

çıxarmaq  fikrindəyik.  Qaldı  ki,  respublikamıza  və  onun 



paytaxtı gözəl Bakıya səfərimə elə şadam ki…  

Doğrusu,  bunu  sözlə  ifadə  etməyə  çətinlik  çəkirəm. 

Özümü məzəmmət edirəm ki, niyə indiyə kimi bu yerlərdə 

olmamışam.  Sizin  xalq  çox  mehribandır.  Burada 

qarşılaşdığım tamaşaçılar isə sözün tam mənasında sənəti 

sevir və sənətkarı qiymətləndirməyi bacarırlar. 

- Maraqlı söhbətiniz üçün sağ olun. 

 

ÖTƏNLƏRDƏN, KEÇƏNLƏRDƏN 



MƏġƏDĠ ĠBADIN GÜLNAZI ĠNDĠ HARDADIR? 

1970-ci ildən sonra 10 ildən çox Azərbaycan kinosu ilə sıx 

təmasda  olmuşam.  Yəni  həmin  müddətdə  «Kino  yenilikləri» 

qəzetində  redaktor  kimi  fəaliyyət  göstərmiş,  kino  işçiləri  ilə 

(kinorejissor  və  kinooperatorlar,  montajçılar,  kino  rəssamları 

və  s.)  yaxın  olmuş,  adıçəkilən  qəzetdə  onlar  barədə  kifayət 

qədər yazılarım işıq üzü görmüşdür. İllər tarixə çevrilib arxada 

qaldıqca,  həmin  illərdə  və  ondan  qabaqkı  müddətdə 

Azərbaycan  kinosunda  öz  izini  qoymuş  aktyorları  nastolji 

hisslərlə yad edir, onların yaratdıqları müxtəlif xarakterli rollar 

gözlərim  önündə  canlanır  və  dərhal  məni  bir  maraq  narahat 

edir: görəsən filan aktyor indi sağdırmı və harada çalışıır? Bu 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

yaxınlarda  dahi  Üzeyir  bəyin  komediyası  əsasında  çəkilişi 



1956-cı  ildə  başa  çatmış  «O  olmasın,  bu  olsun»  («Məşədi 

İbad»)  filmini  xatırladım  və  orada  özünə  yer  tutmuş  korifey 

sənətkarlar – Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Möhsün 

Sənani,  Mustafa  Mərdanov  kimi  müxtəlif  aktyorlar,  eləcə  də 

gənc Gülnaz və  Sərvər rollarının  ifaçıları  –  Tamara  Gözəlova 

və Arif Mirzəquliyevi xatırladım. Belə qənaətə gəldim ki, artıq 

onların  heç  biri  həyatda  yoxdur.  Sən  demə,  qənaətimdə 

yanılıram  –  gözəl-göyçək  Gülnaz  rolunun  ifaçısı  Tamara 

Gözəlova (hazırda Ağamirova) sağ-salamatdır,  maşallah, hələ 

bir işləyir də. 70  yaşlı bu xanım-xatun  Tamara xanımın  izinə 

düşdüm.  Həmin  iz  məni  hazırkı  Milli  Kitabxanaya  gətirdi. 

Öyrəndim ki, T.Ağamirova artıq 45 ildir ki, bilik mənbəyi olan 

bu kitabxananın nəşriyyat şöbəsinin müdiri vəzifəsində çalışır. 

Əvvəlcə  onun  qısa  tərcümeyi-halı  ilə  oxucuları  tanıĢ 

edək. 

O,  70  il  əvvəl  İçəişəhərdə  ziyalı  ailəsində  doğulub.  Orta 

təhsilini  190  nömrəli  orta  məktəbdə  alıb.  Uşaqlığı  dəhşətli 

müharibə illərinə tuş gəlir. Yuxarı siniflərdə oxuyarkən həkim 

olmağı  qərarlaşdırır.  Odur  ki,  sənədlərini  indiki  Tibb 

Universitetinə verir. Lakin kifayət qədər bal toplaya bilmədiyi 

üçün arzusu daşa  dəyir. Amma ruhdan düşmür, vaxt itirmədən 

sənədlərini tibb texnikumuna verir və qəbul olur, 1958-ci ildə 

isə  oranı  bitirir.  Lakin  ali  təhsil  almaq  həvəsi  gənc  Tamaranı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

tərk etmir. Ona görə də elə həmin il sonsuz marağı onu indiki 



Bakı  Dövlət  Universitetinə  gətirir  və  Tamara  BDU-nun 

Şərşünaslıq  fakültəsinin  Kitabxanaçılıq  şöbəsinə  daxil  olur. 

1965-il  ildə  bu  ali  məktəbi  müvəffəqiyyətlə  bitirən  məzun 

təyinatla  M.F.Axundov  adına  Azərbaycan  Respublikas 

Kitabxanasında  (hazırda  Azərbaycan  Milli  Kitabxanası)  ilk 

əmək  fəaliyyətinə  başlayır  və  taleyini  həmişəlik  bu  elm 

ocağına bağlayır. 

Mən də Tamara xanımla həmin kitabxanada görüşdüm. İlk 

sualım belə oldu: 

-  Tamara  xanım,  necə  oldu  ki,  «O  olmasın,  bu  olsun» 

filmində  Gülnaz  roluna  çəkildiniz,  o  zaman  necə  yaĢınız 

var idi?   

-  Bəri  başdan  söyləyim  ki,  bu,  mənim  çəkildiyim  ilk  və 

son  film  oldu.  Həmin  rola  necə  çəkilməyimi  isə  belə 

xatırlayıram. İndiki kimi soyuq və küləkli bir noyabr günü idi. 

8-ci  sinifdə  ingilis  dili  dərsi  idi.  Birdən  qapı  döyüldü  və 

sinfimizə  3  nəfər  daxil  oldu.  Sonradan  bildim  ki,  Üzeyir 

Hacıbəylinin  «  O  olmasın,  bu  olsun»  adlı  komediyasını 

ekranlaşdıran  görkəmli  kinorejissor  Hüseyn  Seyidzadə, 

tanınmış  operator  (sonralar  həm  də  kinorejissor)  Əlisəttar 

Atakişiyev  və  ikinci  operator  Mirzə  Mustafayevdir. 

Tənəffüsdə  məni  məktəb  direktorunun  otağına  çağırdılar. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Oraya  daxil  olanda  gördüm  ki,  məktəbimizdəki  qızların 



arasından  Gülnaz  roluna  çəkilmək  üçün  50-yə  yaxn  gənc  qız 

seçiblər.  Onlardan  yalnız  məni  Gülnaz  roluna  daha  uyğun 

bilərək  filmin  sınaq  çəkilişlərinə  dəvət  etdilər.  Amma  mən 

buna əsla sevinmirdim. Çünki müharibədən sonrakı çətin illər 

idi.  Həm  də  cavan  qızların  ekran  qarşısına  çıxmalarına  yaxşı 

baxmırdılar.  Əsası  isə  o  idi  ki,  gərək  valideynlərimdən  icazə 

alaydım.  Ailəmdə  də  belə  bir  ümid  var  idi  ki,  onsuz  da 

sınaqdan keçməyəcəyəm, ona görə də xətrimə dəyməmək üçün 

sınaq  çəkilişlərində  iştirak  etməyimə  mane  olmadılar.  Lakin 

sınaqdan uğurla çıxdım və Gülnaz roluna təsdiq olundum. 



-  Bəs  valideynlərinizin  bu  məsələyə  münasibəti  necə 

oldu? 

- Atam mənə hər cür mane olmağa çalışırdı. Elə bilirdi ki, 

bu çəkilişlər dərslərimə mane olacaq. Lakin filmin yaradıcıları 

xeyli  xahiş-minnətdən  sonra  atamın  «saqqızını  oğurlaya 

bildilər».  Beləliklə,  filmin  çəkilişlərinə  başladıq.  Görkəmli 

Xalq artistimiz Fatma Qədri mənimlə və Sərvər rolunun ifaçısı 

Arif  Mirzəquliyevlə  xeyli  zəhmət  çəkdi,  bizi  rola  hazırladı. 

Nəhayət, film çəkildi və 1956-cı ildə ekranlara vəsiqə qazandı.  



-  Barat  ġəkinskaya,  Ağasadıq  Gəraybəyli,  Əliağa 

Ağayev kimi sənətkarlarla eyni çəkiliĢ meydançasında gənc 

və təcrübəsiz bir qız özünü necə hiss edirdi? 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə