İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə117/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   113   114   115   116   117   118   119   120   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dondurmasını  yerə  saldısa,  uşağı  uzun  müddət  kiritmək 



mümkün  olmadı.  Yaşlı  həmkarları  ilə  şirin-şirin  söhbət 

edən  ahıl  bir  nurani  kişi  ona  tuşlanıb,  axırda  qucağında 

oturan  topu  götürərək,  cibindən  çıxardığı  bıçaqla  deşib, 

kənara tullayanda, kənarda durub bu mənzərəni həyəcanla 

seyr  edən  topun  sahibi  olan  yeniyetmə  yalnız  təəssüfiə 

əlini yellədib oradan uzaqlaşdı... 

Bu  faktlar  hələ  toya  getməlidir.  İndi  də  akademiya 

bağında  gördüyümüz  tükürpədən  biabırçı  hallara  keçək. 

Hər  gün  axşamüstü,  təxminən  saat  19  radələrində  işdən 

çıxıb,  yolumu  akademiyanın  yanındakı parkdan  salır, hər 

gün  də  eyni  mənzərələrlə  qarşılaşıram.  Bakının 

Dənizkənarı  bulvarı  -  Milli  parkı  yalan  olub  akademiya 

bağının  yanında.  Belə  ki  akademiya  binasının  qabaq-

qənşərində  səf-səf  düzülmüş  skamyalarda  oturmuş  cavan 

oğlan  və  qızlar  bir-biri  ilə  bəhsə  girirlərmiş  kimi, 

yanlarından keçən uşaqlara, ağsaqqal və ağbirçəklərə əsla 

məhəl qoymadan bir-birilərinə elə sarmaşırlar ki, qopacaq 

tufan da, baş verəcək zəlzələ də, hər hansı başqa bir təbii 

fəlakət də çətin ki onları ayıra bilsin. Başqa bir skamyada 

qız  (əgər  ona  qız  demək  caizdirsə)  arxası  üstə  uzanaraq 

ayaqlarını  skamyaya  uzatmaqla  başını  oğlanın  dizi  üstə 

qoyaraq xabi-xuba gedib, oğlan isə onu busələrə qərq edir. 

Başqa  bir  mənzərədə  qız  oğlanın  qucağında  əyləşib,  ona 

sarmaşıb, elə bil üstlərinə bihuştəri səpiblər. Nə qədər bu 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

vəziyyətdə  qaldıqlarını  özləri  bilər.  Bir  dəfə  yaşlı  bir  kişi 



lap  qabaq  skamyaların  birində  oturub  bir-birinə  yapışqan 

kimi  yapışmış  bir  cütün  qabağından  keçərkən  özünü 

saxlaya bilməyib dilləndi: 

- Ay bala, bu qədər də biabırçılıq olarmı? Heç olmasa 

bu  qədər  içəriyə,  ağacların  arasına  keçin.  Kişi  bunu 

demişdi  ki,  oğlan  ilan  vurmuş  kimi  yerindən  sıçrayıb 

"kayfına soğan doğrayan" kişinin üstünə şığıdı, nə şığıdı: 

-  A  kişi,  yanındakı  sənin  qızın-zadın  deyil  ki?  Nə 

azarına qalıb? Qoymazsan dincələk? Yoldan keçənlər işə 

qarışıb  kişini  "qızının  yanında  özünü  göstərib"  şirə 

dönmüş oğlanın əlindən almasaydı, xəta baş verə bilərdi... 

Kişinin  xatırladığı  o  ağacların  altında    da  biabırçı 

hərəkətlərin  başqa  növləri  baş  verir.  Onun  da  şahidiyəm 

kı,  həmin  ağacların  altında,  kölgəliklərdə  iki  cüt  (iki  qız, 

iki  oğlan)  yerə  palaz  salaraq  üstündə  uzanaraq  siqaret 

tüstülədir, öz biabırçı hərəkətlərini davam etdirirlər. 

Ümumiyyətlə, akademiya bağında, buradakı ağacların 

kölgəsində  hələ  xatırlatmadığım  və  xırdalaya  bilmədiyim 

növbənöv  xoşagəlməz  hallarla,  biabırçılıqla  hər  gün 

axşam  saat  19-dan  sonra  rastlaşa  bilərsiniz.  Qəribə 

burasıdır ki, həmin ərazidə bir nəfər polis işçisi belə gözə 

dəymir  ki,  sadaladığım  biabırçılıqların  qarşısını  alsın. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Halbuki  postsovet  məkanında  park  və  xiyabanlarda, 



əyləncə  yerlərində  hər  addımda  polis  nəfərləri  növbə 

çəkir,  qayda-  qanunları  pozanlara,  biədəb  hərəkətlərə  yol 

verənlərə  qarşı  mübarizə  aparır,  onları  qanunlara  riayət 

etməyə dəvət edirdilər. 

Məni  bir  məsələ  maraqlandırır:  Görəsən  akademiya 

rəhbərliyinin  heç  olmasa  bir  nəfərinin  yolu  bir  dəfə  də 

olsun saat 19-dan sonra işlədiyi bu elm mərkəzinin bağına 

və  onun  ətrafına  düşmürmü?  Əgər  düşürsə,  bəs  nə  üçün 

qeyd  etdiyim  xoşagəlməz  hallara  göz  yumur?  Bəs 

rəhbərlik  fikirləşmir  ki,  belə  əttökən  biabırçılıqlar  Milli 

Elmlər Akademiyasının adına, nüfuzuna xələl gətirir?  

 

2008-ci il 

 

 



 

 

BĠR SĠNƏDƏ ĠKĠ ÜRƏK DÖYÜNÜR 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Sübuta  ehtiyac  yoxdur  ki,  əsl  sənət  əsərində  dövrün, 



zamanın izi qalır və illər ötüb bizdən uzaqlaşdıqca, həmin 

əsərin  oxucusu  o  əsərin  yazılma  tarixi  şəraiti  dərindən 

duyur və o dövrü  yaşayır. Belə  əsərlər həmişə  yazılıb, bu 

gün  də  yazılır,  sabah  da  yazılacaq.  Onlardan  biri  də 

respublikamızın  erməni  təcavüzünə  məruz  qaldığı  bir 

çətin  dövrdə  döyüşçü,  şair  Bəhlul  Orucoğlunun  nəfis 

şəkildə 

buraxılmış 

şeirlər 

kitabıdır. 

"Gənclik" 

nəşriyyatında  (1997-ci  il)  işıq  üzu  görmüş  bu  maraqlı 

kitab  "Sənsiz  necə  yaşayım"  adlanır.  Bəri  başdan  qeyd 

edək ki, əsərdəki şeirlərin əksəriyyətində hazırkı durumda 

millətimizin  ər  oğullarının,  milli  ordumuzun  ovqatından, 

döyüş  əzimindən  xəbər  verir.  Kitabdakı  ilk  şeir  bu 

baxımdan dediklərimizi təsdiq edir: 

 

QarĢımda düĢməndir, arxada dəniz,  

Olumla ölümün arasında biz.  

Bu gün birləĢməsə dəmir qeyzimiz,  

Heç yandan bir kömək gəzməyək indi,  

Bu çür arsızlığa dözməyək indi. 

 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə