İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə113/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   109   110   111   112   113   114   115   116   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-    Əlbəttə,  müxtəlif  illərdə  dərs  dediyim  şagirdlərim 



müxtəlif  sahələrdə  çalışsalar  da,  tez-tez  mənə  baş  çəkir, 

zəng  vurur,  vəziyyətimlə  maraqlanırlar,  bu,  mənim  üçün 

ən  böyük  xoşbəxtlikdir.  Görünür,  şagirdlərin  qəlbində 

yaşaya bilmişəm. 



-  Bəs dinə münasibətiniz? 

-    Dindar  ailədə  böyümüşəm.  Anam  məşədi 

Şükufədir.  Dayılarım  Hacı  Rizvan,  Kərbəlayı  Ağababa 

əsil  dindar  olublar.  Mən  də  bir  neçə  ildir  ki,  dinlə 

təmasdayam. Qurani-Kərimi oxuyuram, oruc tutub, namaz 

qılıram. İslam dini ən müqəddəs dindir. Adamı saflaşdırır, 

mənən 

yüngülləşdirir,  insanlara  məhəbbəti  artırır, 



qəlbində mərhəmət duyğuları yaradır. Yeganə arzum Həcc 

ziyarətinə  getmək, müqəddəs Kəbəni ziyarət etməkdir. 



-  Arzunuz  çin  olsun,  Esmira  müəllim.  QarĢıdan 

gələn yubileyinizi təbrik edir, sizə müqəddəs peĢənizdə 

daha böyük uğurlar arzulayıram. 

1996-cı il 

90 yaĢlı təhsil ocagı 

Söhbət Boradigah qəsəbə orta məktəbindən gedir 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Mayın  23-ü,  Ģənbə  günü.  Masallının  axar-baxarlı, 

talıĢ  dağlarının  ətəklərinə  söykənmiĢ,  dünyanın  ən 

gözəl  guĢələrindən  olan  Boradigah  qəsəbəsində  əsl 

bayram  təntənəsi  hökm  sürürdü.  Ana  təbiət  də 

bayrama xoĢ ovqat qatmıĢdı. Baharın bir az ilıq, bir az 

isti  nəfəsi  qəsəbənin  hər  tərəfindən  boylanan  tər  qızıl 

güllərin Ģehində çimərək, ətrafa xoĢ rayihə səpələyirdi. 

Necə  deyərlər,  gül  gülü  səsləyirdi,  bülbül  bülbülü. 

Təbiət nazlı gəlin kimi min bir dona girmiĢdi. 

Bəli,    Boradigahda  böyük  bir  təmtəraq  vardı. 

Qəsəbə  sakinləri  bu  gün  erkən  oyanmıĢdılar.  Ən  çox 

sevinən  qəsəbə  məktəbliləri    idi.  Onlar  səhər  tezdən 

zərif    əllərilə  hazırlaqıları  tər  çiçək  dəstələrini  bir 

azdan  təntətəli  mərasimə  gələn  qonaqlara  təqdim 

etmək 

üçün 

vaxtın 

yetişməsini 



səbirsizliklə 

gözləyirdilər.  Vaxta  isə  lap  az  qalırdı.    Bəs yaxınlaşan 

bu  təmtəraq,  mərasim  nə  idi?    Hə,  elə  bizim 



məqsədimiz  də  bu  giriĢdən  sonra  oxuculara  həmin 

mərasim barədə məlumat verməkdir. 

Bəli, Boradigah qəsəbəsində həmin gün, mayın 23-də, 

şənbə günü  böyük qələbəlik idi. Bayram təntənəsi idi, əsl 

bayram idi - təhsil bayramı! Boradigah orta məktəbinin 90 

illik  bayramı!  Bu  böyük  və  unudulmaz  yubileyə 

respublikamızın  müxtəlif  guşələrindən  qonaqlar  təşrif 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

buyurmuşdular.  Həmin  qonaqlar  özgələri  deyildi.  Elə  bu 



təhsil  ocağını  müxtəlif  illərdə  bitirərək  həyatın  qoynuna 

atılan,  qaranquş  kimi  pərvazlanıb  müxtlif  peşələrə 

yiyələnmiş  məzunlar  idi.  Onların  arasında  tanınmış  alim 

və professorlar, müəllim və tibb işçiləri, məşhur geoloq və 

tikinti sahəsində çalışan mütəxəssislər və s. peşə  sahibləri 

var  idi.  Axı  90  il  böyük  bir  müddətdir.  Bu  illər  ərzində 

orta məktəbi çoxlu sayda məzun bitirmişdir. Bunu faktlar 

və  rəqəmlər  də  təsdiqləyir.  Riyaziyyat  elmləri  doktoru, 

professorşair və publisist Vaqif Nəsir, riyaziyyat elmləri 

doktoru,  professor,  AMEA-nın  müxbir  üzvü,  Dövlət 

mükafatı laureatı  Bahadur  Tağıyev, tibb elmləri doktoru, 

professor  Mireldar  Babayev,  fizika  elmləri  namizədi, 

dosent Faiq Məmmədov, kənd təsərrüfatı elmləri namizədi 

Əliqulu  Abbasov,  hüquq  elmləri  doktoru  Alxas  Kişiyev, 

texnika  elmləri  doktoru  İsmayıl  Babayev,  riyaziyyat 

elmləri  namizədi  Gülağa  Aslanov  və  başqaları  Boradigah 

orta məktəbinin yetirmələridir.  

Budur,  saat  11-dir.  Məktəbin  həyətində  böyük 

canlanma  var.  Məzunlar  artıq  yaşlaşmış,  üz-gözlərində 

qırışlar  yuva  salmış,  bəyaz  saçları  çöhrələrinə  nuranilik 

gətirmiş  insanların  30-40  il,  hətta  60  il  ayrılıqdan  sonra 

müqəddəs  bir  təhsil  ocağının  həyətində  görüşməsi  əsl 

möcüzəyə çevrilir. Uşaq kimi dolub-boşalan, kövrəkləşən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

məzunların  bir-biri  ilə  necə  görüşmələrini,  həmin 



məqamlarda nələr keçirdiklərini gərək gözlərinlə görəsən. 

Bu  sətirlərin  müəllifi  də  sadalanan  məzunlardan  idi. 

54  il  əvvəl  məktəbə  əlvida  demişdi.  Bu  müddət  ərzində 

vaxtaşırı  təhsil  aldığı  məktəblə  əlaqə  saxlasa  da,  çox 

məzunları görmək üçün burnunun ucu göynəyirdi. Həmin 

gün  gözü  ona  ən  yaxın  olan  adamı  -  54  il  görmək 

həsrətində olan, Boradigah orta məktəbinin ilk Ali təhsilli 

qadını, hazırda Masallıda baş müəllim işləyən (ingilis dili 

müəliimi) Adilə Məmmədovanı axtarırdı. 

Tanış  üzlər,  mehriban  baxışlar,  nigaran  simalar, 

uzaqdan  incə  qamətli,  qarayanız,  aydın  baxışlı  bir  qadın 

görünür. Birdən: 



-Ġdris! 

-Adilə! 

Qeyri-adi bir görüş! 

Arxada qalan illər yamanca işini görüb. Mən artıq 70 

yaşlı ahıl bir kişi, o isə yaşa dolmuş, lakin gözlərində

baxışlarında həyat eşqi sönməyən bir nurlu qadın! Sükutlu 

dəqiqələr. Sonra da əhvalpürsanlıq. 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə