İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə109/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   105   106   107   108   109   110   111   112   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bir təbəssüm yağıĢıydı 

BaxıĢların. 

 

Həzin bir nəğmə kimiydi,  

Könlümün xoĢbəxt dəmıydi.  

Saçlarımda dən-dən idi  

BaxıĢların. 

 

Baxışları  Tanrının  algışına,  həzin  bir  nəğməyə, 



könlünün  xoşbəxt  dəminə,  təbəssüm  yağışına,  saçlarına 

dən-dən  qonmasına  bənzədən  lirik  şair  elə  bil  musiqi  ilə 

baxışlara həzin bir layla çalır, kövrək bir layla! 

İnsanları mərhəmətə, bir-birınin dərdinə şərik olmağa 

səsləyən  bu  söz  adamı  dünyanın  axırını  gör  bir  nədə 

görür: 


 

Harda ki dərdini duyan olmadı,  

Dünyanın axırı elə oradı -  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qənaətinə gəlir. 



 

Bütün qarabağlılar kimi, hər bir Azərbaycan vətəndaşı 

kimi Qarabağ boyda dərd şairin qəlbində asılı qalıb, bütün 

rahatlığını  alıb.  Bunu  kitabdakı  "Ağlama,  Qumru  xala", 

"Ürəyi talan ana", "Körpələrin xətrinə , "Köçkün uşağına", 

―Qarabağ harayı", "Bu qara şəhərdə" kimi şeirlərdə aydın 

oxumaq olur. "Qarabağ harayı" şeirini şair aşağıdakı - son 

haraylı misralarla bitırir: 



 

Ġndicə söküb atın, sındırın  

Bayağı reklam lövhələrini.  

Asın baĢımız üstündən  

"Qarabağ bizimdir!" Ģüarını. 

 

Mina Rəşid novator şairdir, bədii təsvir vasitələrindən



idiomatik  ifadələrdən  bacarıqla  istifadə  edir,  şeirin 

siqlətini 

gücləndirir.  Kitabı  oxuduqca,  addımbaşı 

xatırladığım ifadələrə, deyimlərə, bədii təsvir vasitələrinə 

rast  gəlirik. Onlardan bəzilərini  qeyd etmək  yerinə düşər: 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

gözündə qəlbim bitər, söz didərgin düĢər, dərdimiz od 

rəngində,  zaman  yüyürüb  keçir,  buludlar  evimin 

göylərindəcə,  bu  boyda  aləm  qəbir  evimdən  dardır, 

uĢaq  gözündən  qarıyır,  qara  daĢ  kimi  tale,  ömür 

günlərimi  biçər,  zülmət  Ģalına  bürünür,  qəlbimin 

sökülmüĢ ilmələri, təbəssümün içiındə qarıyır, üzümdə 

bükülür,  ümidlər  xarala  düĢdü,  köksümə  xal 

salmıĢam,  bulud  könlüm  dolub-dolub  daĢacaq,  bu 

sevda dar ağacı, ürəyim asılacaq və s... 

Çoxdan idi  ki,  belə  ürəyəyatan,  qəlbi  riqqətə  gətirən, 

gah  sənə  xoş  ovqat  bəxş  edən,  aurana  həzinlik,  təskinlik 

verən,  gah  da  həyatda  hər  addımbaşı  təsadüf  etdiyin 

nankorlara,  insafsızlara  qarşı  mübarizəyə  səsləyən  şeirlər 

oxumurdum.  Hələ  uzun  zaman  şairin  "Könlümün  sarı 

simi"nin  xoş  təsiri  altında  olacağam.  Könlün  qəm 

görməsin,  Mina  xanım!  Yeni  şeir  kitablarını  gözləmək 

ümidilə. 

 

ÜZEYĠRġUNASLIGA YENĠ HƏDĠYYƏ 

 

Milli  operamızın,  operettamızın,  simfonik,  xor, 



kamera  və  vokal  musiqimizin  banisi  sayılan  Üzeyir 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Hacıbəyov  milli  kinomuzun  da  yaradıcılarından  biri 



olmuşdur.  Təsadüfi  deyil  ki,  XX  əsrin  əvvəllərində 

Azərbaycanda film yaratmaq istəyən rejissorların müraciət 

etdikləri  ilk  əsərlərdən  biri  məhz  "Arşın  mal  alan"  idi. 

1913-cü  ildə  Üzeyir  bəy  tərəfindən  operetta  kimi  yazılan 

"Arşın  mal  alan"  1916-cı  ildə  ilk  dəfə  kinoya  qədəm 

qoydu.  Lakin  operetta  müləllifi  filmi  bəyənmədi.  Çünki 

fılmdə  şit,  bəsit,  sönük  pafosa  geniş  yer  verilmişdi. 

Halbuki  əsrarəngiz  musiqiyə,  dolğun  mənalı  librettoya, 

incə  yumorla  zəngin  olan  "Arşın  mal  alan"ı  ekranda 

layiqincə  təcəssüm  etdirmək  olardı.  Ona  görə  də  «Arşın 

mal  alan»  heç  vaxt  kinematoqrafçıların  diqqətindən 

kənarda  qala  bilməzdi.  Doğrudan  da  sonradan  bu  əsərin 

həm Azərbaycanda, həm də Amerikada qəribə və maraqlı 

kino taleyi olmuşdur. Bütün bu və ya başqa aktlar barədə 

kinoşünas  Aydın  Kazımzadənin  yenicə  çapdan  çıxmış 

«Üzeyir Hacıbəyov və kino" kitabında ətraflı bəhs olunur. 

Kitabı  vərəqlədikcə  gözümüzün  önündə  ömrünü,  istedad 

və biliyini doğma xalqına həsr etmiş müdrik və zəhmətkeş 

bir insanın nurlu obrazı canlanır. 

Xatırladaq  ki,  "Arşın  mal  alan"  üç  dəfə  müxtəlif 

illərdə  Azərbaycanda,  bir  dəfə  isə  Amerikada  (1937-ci 

ildə  ermənilər  tərəfindən)  ekranlaşdırılıb.  Təbiidir  ki, 

bütün  yaradıcı  heyət  ermənilərdən  ibarət  olduğundan, 

filmin alternativ adını da "Xırdavatçı sevgili" qoymuşlar. 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə