İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə111/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   107   108   109   110   111   112   113   114   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

böyüdüb,  onların  təhsil  almalarına  çalışıb,  təlim-tərbiyəsi 



ilə ciddi məşğul olub. Uşaqlar da fərasətli çıxıblar. Hamısı 

ali  təhsil  alıb.  Elbəy  hətta  Moskvada  oxuyub,  ali  tətısillə 

vətənə qayıdıb. 

Esmira  Məhərrəmova  Yasamal  rayonundakı  N.Tusi 

adına  173  saylı  riyaziyyat  təmayüllü  orta  məktəbdə 

oxuyub.  Hələ  aşağı  siniflərdə  riyaziyyat  fənninə  könül 

verib və bu dəqiq  elm sonradan onun həyatının  mənasına 

çevrilib.  Məktəbin  istedadlı  riyaziyyat  müəllimi  İbrahim 

Bünyatov  bu  sahədə  biliyini  təhsil  ocağının  gənc 

riyaziyyatçılarının,  necə  deyərlər,  beyninə  köçürüb. 

Esmira



da  onların  arasında  olub.  Eyni  sinifdə  oxuyan  20 



şagirdin  hamısı  İbrahim  müəllimin  diqqət  mərkəzində 

olub.  Fənninin  fədaisi  olan  riyaziyyat  müəlliminin 

zəhməti  öz  bəhrəsini  verib.  1971-ci  ildə  həmin  məktəbin 

20  nəfərdən  ibarət  eyni  sinif  şagirdlərindən  18  nəfəri 

müxtəlif  ali  məktəblərə  qəbul  olunub.  Esmira 

Məhərrəmova  isə  BDU-nun  riyaziyyat  fakültəsinin 

tələbəsi adını qazanıb. Özü də bu ali məktəbə eksperiment 

yolu  ilə  qəbul  olunub.  O  vaxt  2  imtahanın  -  əsas  ixtisas 

fənni  sayılan  riyaziyyatın  yazılı  və  şifahisindən  5  qiymət 

alanlar,  qalan  imtahanlardan  azad  olunaraq  tələbə  adını 

qazanırdı.  Riyaziyyatın  yazılı  imtahanından  əla  qiymət 

alan  abituriyent  Esmiradan  şifahi  imtahan  qəbul  edən 

BDU-nun  riyaziyyat  üzrə  tanınmış  müəllimi,  professor 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Arif Babayev qızın cavablarından çox razı qalır və ona əla 



qiymət  yazır,  tələbə  adı  qazanması  münasibətilə  ilkin 

təbrik  edir.  İlk  arzusu  çiçək  açan  tələbə  ali  məktəbdə  də 

Arif  müəllim  kimi  pedaqoqlardan  dərs  alır,  riyaziyyat  və 

başqa  fənlərə  ciddi  maraq  göstərir,  gecə-gündüz  oxuyur, 

kitablardan  ayrılmır.  Beləcə,  unudulmaz  tələbəlik  illəri 

arxada  qalır  və  həyat  Esmiranı  öz  qoynuna  alır.  Əsil 

mübarizə də bundan sonra başlayır. 

Ali  məktəb  məzunu  gənc  riyaziyyat  müəllimini 

təyinatla  Saatlı  rayonuna  göndərirlər.  Esmira  da 

məmuniyyətlə  razılıq  verir.  Beləliklə,  həyat  onu  fəaliyyət 

göstərməyə, ürəkdən sevib-seçdiyi riyaziyyat fənnini gənc 

nəslə  öyrətməyə  məhz  Saatlı  rayonunda  başlayır. 

Sevinirdi  Esmira  müəllim.  Arzusuna  çatmışdı.  Müəllim 

çağırılırdı  adı.  İlk  dərs  gününü,  ilk  dəfə  sinfə  girdiyini 

yaxşı xatırlayır. İlk həyəcanı bu gün də yadındadır. Amma 

gənc  müəllim  tez  özünü  əla  alır  və  uşaqların  diqqətini 

özünə cəlb edə bilir. 

Bir il rayonda işləyən Esmira müəllim ailə qurması ilə 

əlaqədər  Bakıya  qayıdır,  Yasamal  rayonundakı  199  saylı 

orta  məktəbdə  işə  düzəlir.  Burada  gənc  riyaziyyat 

müəlliminin  qarşısında  geniş  üfüqlər  açılır.  Böyük  həvəs 

və enerji ilə fəaliyyətə başlayır. Yeni kollektiv-müəllim və 

şagirdlər  arasında  qısa  vaxtda  dərin  hörmət  qazanır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Fənnini  uşaqlara  sevdirməyi  bacarır.  Çox  ciddi  və 



tələbkar,  eyni  zamanda  mehriban  və  qayğıkeş  olan 

müəllim  həm  də  bu  təhsil  ocağında  məktəbdənkənar  və 

sinifdənxaric  işlər  üzrə  direktor  müavini  vəzifəsini  icra 

edir.  Məktəbdə  yaranmış  nizam-intizam,  təlim-tərbiyə 

işləri,  dərsmənimsəmənin  yüksək  səviyyəyə  qalxması, 

təhsil ocağının uğurları Yasamal rayonundakı başqa təhsil 

ocaqlarına nümunə göstərilir. Bu müvəffəqiyyətdə Esmira 

müəllimin də zəhmət payı vardı. 

Beləcə, ömrünün ən gözəl 6 ilini bu məktəb kollektivi 

arasında  keçirir.  Günlərin  birində  isə  (bu  tarix  1  aprel 

1984-cü  ilə  təsadüf  edir)  Esmira  Məhərrəmova  mənzil 

alması  ilə  əlaqədar  olaraq  məktəblə  vidaşmalı  olur. 

Əlbəttə,  bu,  həm  onun,  həm  də  məktəb  kollektivi  üçün 

gözlənilməz  idi.  Amma  nə  edəsən  ki,  hər  zamanın  öz 

hökmü var. Esmira müəllim həmin ayrılıq gününü indi də 

kövrək  notlarla  yad  edir.  O  gün  məktəbdə  pedaqoji  şura 

çağırıldı.  Məktəbin  direktoru,  tanınmış  pedaqoq  Rəfiqə 

Babayeva  qəm-kədər  içində  təxminən  aşağıdakıları 

söylədi:  "Bu  gün  Esmira  müəllim  bizim  kollektivi  tərk 

edir (bunu deyib kövrəlir də...) Biz 6 il bir yerdə işlədik. 

Elə bil bu müddət 60 ilə bərabər oldu. Esmira müəllim öz 

yüksək intellekti, möhkəm nizam-intizamı, ciddiliyi, gözəl 

insanı  keyfiyyətləri  ilə  kollektivi  valeh  etdi.Mən  əminəm 

ki,  harada  işləməsindən  asılı  olmayaraq,  Esmira  müəllim 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

uğur  qazanacaq.  Gəlin  arzu  edək  ki,  o,  təzə  mənzildə 



rahatlıq tapsın. Qoşa balası o mənzildə xoşbəxt böyüsün... 

(bunu  deyib  yenə  kövrəlir)".  Beləliklə,  E.Məhərrəmova 

Xətai  rayonuna  köçür  və  rayondakı  204  saylı  orta 

məktəbdə  köçürülmə  yolu  ilə  pedaqoji  fəaliyyəti  davam 

etdirir.  

O  vaxtdan  20  il  ötür.  Bu  illər  ərzində  məktəbdə  çox 

şey dəyişib. Belə ki təhsil ocağı xeyli genişlənib, şagird və 

müəllimlərin sayı çoxalıb. Təkcə Esmira müəllim məktəbə 

sadiq  qalaraq  bütün  səy,  bilik  və  bacarığını,  təşkilatçılıq 

qabiliyyətini  doğma  məktəbə,  sevimli  şagirdlərinə  sərf 

edib. Axı o həm də məktəbdə ibtidai sinifiər üzrə direktor 

müavinidir. Riyaziyyat fənnini tədris etməklə yanaşı, bilik 

və  nizam-intizamın  bünövrəsinin  qoyulduğu  ibtidai 

siniflərə  böyük  diqqət  yetirir.  Bu  təhsil  ocağında  isə  28 

ibtidai  sinif  var  ki,  həmin  siniflərdə  600-ə  qədər  şagird 

təhsilə cəlb olunub. Ümumiyyətlə, 204 saylı məktəb 2000-

nə  qədər  şagirdə  öz  qoynunda  yer  verib,  onların  təlim-

tərbiyəsi  ilə  200  müəllim  məşğul  olur.  Təhsil  ocağında 

təkcə  15  riyaziyyat  müəllimi  fəaliyyət  göstərir.  Esmira 

Məhərrəmova  isə  zəngin  təcrübəsi,  bilik  və  bacarığı, 

dərsmənimsəmə 

qabiliyyətilə 

təkcə 

çalışdığı  orta 



məktəbdə  deyil,  Xətai  rayon  Təhsil  Şöbəsində  də  tanınır, 

təcrübəsi geniş yayılır. Məhz Esmira müəllimin təşəbbüsü 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə