İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə2/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   2   3   4   5   6   7   8   9   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Ġdris Hacızadə  

 

Müəllifdən  

 

Yer  üzünün  əşrəfi  –  dünyanın  bəzəyidir  insanlar!  Bu 

qoca  dünyanın  bəzəyi  və  yaraşığı,  dayağı  və  bünövrəsi  – 

təməl  daşıdır  insanlar.  Dediyim  bu  qoca  dünya  da  elə  o 

insanların  çiynində  qərar  tutub.  Yoxsa  məhvərindən 

çıxardı Yer kürəsi. 

Mən  50  ildən  artıqdır  ki,  yaşından  və  vəzifəsindən 

asılı  olmayaraq  belə  insanlarla  ya  yaxından  ünsiyyətdə 

olmuş,  ya  da  barələrində,  fəaliyyətləri  haqqında  geniş 

məlumat toplamış, zəngin və nümunəvi həyat tarixçələrinə 

yaxından  bələd  olmuş,  sonra  da  müxtəlif  qəzet  və 

jurnallarda  onları  necə  deyərlər  vəsf  etmişəm.  Onların 

arasında  Böyük  Vətən  müharibəsində  dəfələrlə  ölüm-

dirimlə  üzləşsə  də  Allahın  qüdrətilə  salamat  özünü 

anasına  yetirməyə  nail  olan  şair  Fətəli  Sahib  (Allah 

rəhmət  eləsin),  ömrü  boyu  yaşaya-yaşaya  yanan,  yana-

yana  yaşayan,  Türk  dünyasının  unudulmaz  şairi, 

Azərbaycanın  Bəxtiyarı  Bəxtiyar  Vahabzadə,  onun  saf 

əqidə dostu, kristalloqraf alim, Qarabağ dərdinə dözməyib 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dünyasını  vaxtsız  dəyişən  əsl  ziyalı,  paklıq  və  saflıq 



mücəssəməsi  olan  Xudu  Məmmədov,  36  ay  erməni 

əsirliyində  qalan,  indi  də  yarıcan  olan  beyləqanlı  Fariz 

Şükürov,  dəfələrlə  ölüm  kabusu  ilə  qabaq-qənşər  olan, 

Qarabağ  döyüşlərində  neçə-neçə  yaralını  ölümün 

pəncəsindən xilas edən hərbi xidmət polkovnik-leytenantı 

Şahlar  Quliyev,  uzun  illər  DTK-da  fəaliyyət  göstərən, 

ehtiyatda olan general-mayor, yazıçı və publisist, əməkdar 

incəsənət  xadimi  Yasif  Nəsirli,  Azərbaycanın  neft 

maqnatlarından biri kimi tarixə düşmüş Bakı milyonçusu, 

şəhərimizdə  öz  milyonlar  hesabına  tikdirdiyi  əzəmətli 

binaları,  o  cümlədən  nakam  oğlu  İsmayılın  şərəfinə 

ucaltdığı  «İsmailiyə»  binası  və  sair  əzəmətli  tikililəri  ilə 

bu  gün  də  qürur  hissi  ilə  yad  edilən  Ağa  Musa  Nağıyev, 

akademik  Budaq  Budaqov,  Azərbaycanda  caz  sənəti  ilə 

muğamın sintezinə nail olan Vaqif Mustafazadə, görkəmli 

teatr  və  kino  xadimləri,  tanınmış  müğənnilər,  diktorlar 

(Möhsün  Sənani,  onun  gəlini  Ofeliya  Sənani,  Şövkət 

Ələkbərova,  Rübabə  Muradova,  Gülxar  Həsənova,  Flora 

Kərimova,  Baloğlan  Əşrəfov,  Yaşar  Səfərov,  Oqtay 

Ağayev,  Züleyxa  Hacıyeva),  ingilis  dili  sahəsində  ilk 

azərbaycanlı  görkəmli  mütəxəssis,  AMEA-nın  müxbir 

üzvü  Zemfira  Verdiyeva,  tanınmış  yazıçı  və  publisist, 

Milli  Məclisin  üzvü  Hüseynbala  Mirələmov,  Qarabağ 

seyidlərindən  olan  Seyid  İsmayıl,  xalq  yazıçısı,  həyatı, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ömür  yolu  gənclərə  örnək  olan,  37-ci  ilin  ağır 



represiyasına tuş gələn, 7 il Sibirdə sürgün həyatı yaşayan, 

Azərbaycan 

mənsur 

şeirinin 



banisi 

Gülhüseyn 

Hüseynoğlu,  görkəmli  neftçi-alim,  «Şöhrət»  ordeni  və 

«Tərəqqi»  medalına layiq  görülmüş Nuru Nuriyev,  İslam 

dinini  qəbul  edərək,  həcc  ziyarətində  olmuş  və  Hacı 

Məhəmməd  soyadını  daşıyan Vitali  Opuşkin və başqaları 

vardır.  Bundan  başqa  görkəmli  adamlarla  apardığım 

müsahibələr, işıq üzü görmüş yeni nəşrlər barədə rəylər də 

kitaba daxil edilmişdir.  

«Dünyanın  bəzəyi  insanlar»  kitabında  yer  alan 

insanların  əksəriyyəti  bu  gün  aramızda  yoxdur.  Amma 

işıqlı  simaları  daim  gözlərimiz  önündə,  adları  isə 

yaddaşımızda  əbədiləşib.  Onlara  ―Ruhları  şad  olsun‖,  - 

söyləyir, bu gün sıralarımızda olub, fəaliyyətlərini davam 

etdirənlərə isə cansağlığı arzulayırıq! 

 

 

 

 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ÖYÜNÜRƏM KĠ, MƏN DƏ 

AZƏRBAYCANLIYAM 

 

 



«Mən həmiĢə fəxr etmiĢəm, bu gün də fəxr edirəm:  

Mən Azərbaycanlıyam» 

 

Heydər Əliyev 

 

Doğma  diyarım,  dövlətim-varım  -  Azərbaycanım 



mənim.  Səninlədir  səadətim,  bəxtiyarlığım.  Fəxr  edirəm 

adınla,  ey  Odlar  ölkəsi!  Bu  gün  adın  sivil  dövlətlər 

arasında  hörmətlə  çəkilir.  Bu,  bizə  böyük  fəxarətdir, 

Azərbaycanım!  Dünyanın  iki  qitəsi  -Asiya  ilə  Avropanın 

qovşağında  qərar  tutmusan.  Qoca  Şərqin  qapısında 

sönməz  mayaksan  sən!  Deməli,  Şərqə  də,  Asiya  və 

Avropaya  da  qapıların  açılır  sənin.  Ona  görə  də  bu  gün 

dünyanın  nəzərləri  sənədir,  qüdrətli  Vətənim  mənim! 

Tanrı səndən heç nəyi əsirgəməyib. İlk öncə sənə bərəkətli 

və  münbit  torpaq  bəxş  edib.  O  torpaq  ki  altı  da,  üstü  də 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə