İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə3/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   2   3   4   5   6   7   8   9   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qızıldır.  O  torpaq  ki  orada  ildə  iki  dəfə  məhsul  əkib-



becərmək  mümkündür.  Çünki  dünyanın  11  iqlim 

qurşağının düz doqquzu təkcə sənin payına düşüb. Bundan 

böyük  xoşbəxtlik  ola  bilərmi?!  Ən  böyük  və  tükənməz 

yeraltı sərvətin ―qara qızıl‖dır, yəni neftdir. 

Doğrudan  da,  neft  mövcudluq,  yaşayış,  həyat 

deməkdir.  Bu  gün  dünya,  Yer  kürəsi  enerji  ehtiyatları 

üzərində nəfəs alır, yaşayır. Hansı ölkə ki neft ehtiyatı ilə 

zəngindir,  hansı  ölkə  ki  "qara  qızıl"  istehsalı  ilə 

məşğuldur,  həmin  ölkə  iqtisadi  cəhətdən  güclü  məmləkət 

sayılır.  Sən  də  belə  məmləkətlər  cərgəsindəsən, 

Azərbaycanım  mənim.  Az  qala  iki  əsrdir  ki,  sənin 

torpaqlarının  dərin  qatlarından  "qara  qızıl  çıxarılır,  neft 

diyarı kimi dünyada tanınırsan. Amma hasilə gətirdiyin o 

"qara  qızıl"  həmişə  xalqına  xoşbəxtlik  gətirməyib,  bu 

müdrik və qədim xalqın üzünü həmişə ağ eləməyib. Çünki 

adını çəkdiyim "qara qızıl"ın sorağı ölkə-ölkə, diyar-diyar 

dolaşdıqca,  əcnəbilərin,  yadların  da  qoynuna  axını 

çoxalmış,  neftinə  göz  dikənlər  Azərbaycana  gələrək 

burada  qaz  vurub  qazan  doldurmuşlar.  Təkcə  milliyyətcə 

alman  olan  Nobel  qardaşlarının  Bakı  nefti  hesabına 

dünyanın  ən  varlı  milyonçularına  çevrilməsi,  yəqin  ki 

insaf  və  mürvət,  vicdan  və  ədalət  sahiblərinə  yaxşı 

məlumdur.  Uzun  illər  Beynəlxalq  Nobel  mükafatı  kimi 

fəaliyyət göstərən bu aksiya da məhz Azərbaycan neftinin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

gəlirləri  hesabına  həyata  keçirilir  ki,  hər  il  Yer  kürəsinin 



bir  neçə  xoşbəxt  bəndəsi  müxtəlif  sahələr  üzrə  bu 

möhtəşəm mükafata layiq görülür. Amma təəssüflər olsun 

ki, dünyanın bir çox nəsnələri, bəlkə də elə həmin mükafat 

alanların  özləri  də  həmin  mükafatın  mənbəyi,  yəni  o 

mükafatın haradan qaynaqlandığının fərqinə varmır. Eybi 

yoxdur,  doğma  diyar,  səxavətli  Azərbaycanım  mənim. 

Madam  ki  Ulu  Tanrı  öz  səxavətini  səndən  əsirgəməyib, 

sənə min cür yeraltı və yerüstü sərvət bəxş edib, sən də öz 

səxavətini  heç  kimdən  əsirgəmə.  Elə  bir  müdrik  atalar 

sözündə  deyildiyi  kimi,  "Yaxşılığı  elə,  at  dənizə,  balıq 

bilməsə, Xaliq bilər". 

Sənin uzün illər ərzində hasilə gətirdiyin "qara qızıl"ın 

Böyük  Vətən  müharibəsində  almanlara  qarşı  amansız, 

ölüm-dirim 

mübarizəsində 

oynadığı 

danılmaz, 

cahanşümul  rolunu  hansı  nankor  inkar  edə  bilər?  "İkinci 

Ural  adlandırılan  Azərbaycan  məhz  həmin  ağır  illərdə 

hasil  etdiyi  benzini  ilə  müharibənin  taleyini  bizim 

xeyrimizə  həll  etmişdir.  Deməli,  məhz  Azərbaycan  nefti 

İkinci  cahan  savaşında  müstəsna  rol  oynamışdır.  Axı  o 

illərdə  SSRİ-də  çıxarılan  "qara  qızıl"ın  75  faizi 

respublikanın  payına  düşürdü.  Amma  nə  yazıqlar  ki, 

SSRİ-nin  alman  faşizmi  üzərində  qələbəsində  xidmətləri 

olan  xeyli  şəhərə  "Qəhrəman  şəhər"  adı  verildiyi  halda, 

müharibədən sonra Bakı "unuduldu". Halbuki onun bu adı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

almağa  daha  çox  hüququ  var  idi.  Görünür,  rusların 



yedəyində  gedən,  Moskvanın  rəhbərliyində  yaltaqlıqları 

və  Azərbaycana  qarşı  paxıllıq  və  həsəd  hissi  ilə  alışıb-

yanan  əbədi  düşmənlərimiz  olan  (halbuki  bunu  heç  vaxt 

yadda  şaxlamamışıq,  elə  bu  unutqanlığa  görə  nankor  və 

məkrli  qonşularımız  tərəfindən  zaman-zaman  hücumlara 

məruz  qalmışıq)  ermənilərin,  o  cümlədən  "ellər  atası" 

Stalinin  nökərinə  çevrilmiş,  onun  hüzurunda  ən  alçaq 

hərəkətlərə  hazır  olan  Mikoyanların  barmağı  olmuşdur. 

Necə  ki  elə  həmin  müharibədə  misilsiz  şücaətlər 

göstərmiş  tank  qoşunları  general-mayoru  Həzi  Aslanov 

ikinci  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq  görülsə 

də,  erməni  mənşəli  sərkərdənin  paxıllığı  və  düşmənçiliyi 

üzündən bu məsələ üstüörtülü qalmış, lakin haqq-ədalət öz 

yerini  tutandan  sonra  qüdrətli  sərkərdə  general-mayor 

Həzi  Aslanovun  şücaətinə  verilən  qiymət  -  ikinci  dəfə 

Sovet İttifaqı Qəhrəmanı adı özünə qaytarılmışdır. 

Bəli,      doğma      Vətənim,  Azərbaycanım  mənim, 

yuxarıda  qeyd  etdiyim  kimi  "qara  qızıl‖ın  sənin  üzünü 

həmişə  "ağ"  etməyib.  70  il  -  rus  imperiyasının  təzyiq  və 

təsiri  altında  yaşadığın  müddətdə  neftinə  sahib  duran 

imperiya qədrini bilmədi sənin. SSRİ kimi dünyanın altıda 

birini  təşkil  edən  bir  nəhəng  ölkəyə  dayaq  olan 

respublikalardan biri də sən idin, daha doğrusu, özünü hər 

cəhətdən  təmin  edən  birinci  respublika  idin.  Təkcə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

neftinləmi?  Əsla  yox.  Bəs  "ağ  qızıl"ın,  yəni  pambığın, 



üzümün,  tərəvəzin,  ətirli  çayın,  sitrus  meyvələrin,  bostan 

bitkilərin?  Ümumittifaq  bostanı  -  Azərbaycanım,  sən  bu 

adla  tanınırdın.  Uzaq  Sibirin  tundrasında  yaşayan  xalqlar  

payızda  qışda,  elə  İl  boyu  Azərbaycandan  göndərilən 

tərəvəz,  pomidor  və  xiyardan  gen-bol  istifadə  edirdilər. 

Əvəzində  nə  qazanırdm,  Azərbaycanım  mənim?  Hər  il 

təsərrüfatın bütün sahələrində qazandığın rekord miqdarda 

nailiyyətlərə 

görə  quruca  təşəkkürlər  göndərilirdi 

ünvanına.  "Şiroko  şaqaet  Azerbaydjan"  kimi  şüarlarla, 

şərəfimizə  təsis  etdikləri  bayraqlarla  qoltuğumuza  qarpız 

verir,  başımızı      sığallayır,      fəhlə    və  kəndlilərimizin  az 

qala  dərisini  soyurdular.  Halbuki  həmin    illərdə  

Azərbaycanın əldə etdiyi rekord miqdarda nailiyyətə görə 

hər  bir  azərbaycanlı  milyonçu  olmalı  idi.  Əfsus  ki,  bütün 

bunlara imperiya rəhbərliyi adi hal kimi baxırdı. Elə buna 

görə  də  zülm  və  zorakılıq,  əzab  və  işgəncə  üzərində 

qurulmuş  dayaqları  çökdü,  uydurma  "Sosializmdən 

kommunizmə keçidin bir addımlığında" parçalandı. Əli bu 

dinc  millətin  qanına  batmış  (bu  yerdə  bir  anlığa  "20 

Yanvar"  faciəsini,  Bakıda  qanı  axıdılan  dinc  sakinlərin 

gülləbaran  edilməsini  yada  salın  və  şəhid  olmuş 

soydaşlarımızın 

ruhlarına 

dualar 

oxuyun!) 



M.S.Qorbaçovun  "yenidənqurma"sından  sonra  Sovetlər 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə