İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə9/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   5   6   7   8   9   10   11   12   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

bələdçi olmadan gəzib dolaşar, İsa bulağından, Turş sudan 



doyunca içər, havasını çiyərlərimə çəkər, çəkərdim...  

Yuxarıda  xatırlatdığım  kimi,  mən  Şuşada  ardıcıl  3  il 

olmuşdum  və  məhz  orada  olduğum  həmin  illər  ərzində 

udduğum Şuşanın təmiz və saf havası, iqlim şəraiti bütün 

ürək  ağrılarıma  son  qoydu,  məni  infarktdan  xilas  etdi, 

əvvəlki  sağlamlığım  bərpa  olundu,  şağlam  əmək 

fəaliyyətimi  davam  etdirməyə  başladım.  Şuşada  hər  dəfə 

dincələn  müddətdə  xeyli  dost  tapdım  özümə.  Həm 

azərbaycanlılardan,

 

həm də postsovet məkanından Şuşaya-



dincəlməyə  gələn başqa  millətlərdən. Həmyerlilərimiz öz 

yerində,  başqa  yerlərdən  gəlmiş  iki  nəfərlə  tanışlığım  və 

onların  sağlamlığının  bərpa  olunmasında  Şuşanın 

təbiətinın  misilsiz   rolundan söhbət açmaq istəyirəm. 

Zöhrə adlı qız uzaq Tacikistanın paytaxtı Düşənbədən 

təşrif buyurmuşdu. Ucaboy, qənirsiz gözəl idi Zöhrə – bu 

tacik qızı. Orada olduğum hər 3 ildə sanki bir-birimizə söz 

veribmiş  kimi,  eyni  vaxtda  dincəlirdik.  Üzdən  baxanda 

heç deməzdin  ki,  o qız xəstə ola bilər. Amma əslində, o, 

anadan  ürək  qüsuru  ilə  doğuImuşdu.  Varlı-karlı  ailədən 

idi. Lakin dərdinə əlac olunmurdu. Yaşı 30-u ötsə də, ailə 

qurmamışdı.  Dediyinə  görə,  həkimlər  icazə  verməyiblər. 

Zöhrə də bir həkimin  tövsiyəsilə Şuşaya ürəyinə müalicə 

etdirmək üçün gəlmişdi. Elə ilk günlərdən Zöhrə Şuşanın 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

iqliminə,  təmiz  havasına  heyran  qaldı,  daxilində 



yüngüllük  hiss  etdi,  ürək  ağrıları  azalmağa  başladı.  Hər 

gün  şad  xəbər  barədə  ailəsinə  telefon  vasitəsilə  məlumat 

çatdırırdı. Çox şən və gülərüz qız olan Zöhrənin gözəl səsi 

də  var  idi.  Rusdilli  olan  bu  dilavər  qız  rus  və  tacik 

mahnıları ilə dincələnləri feyziyab edirdi. Axşamlar onun 

zil  səsi  Topxana  meşəsini  titrədir,  uzaqlara  yayılırdı. 

Ovqatı  xoş  olan  Zöhrəni  dincələnənlərin  demək  olar  ki, 

hamısı tanıyır və hörmət edirdi. 

Növbəti  il  mən  Zöhrəni  "Şuşa"  kurortunda  anası  ilə 

qoşa gördüm. Xanım-xatın, kübar anasını hamımızla tanış 

etdi.  Bizim  öz  qrupumuz  var  idi.  Qrupa  3  azərbaycanlı, 

Zöhrə  ilə  anası,  bir  də  Uzaq  Sibirdən  gəlmiş  Yevdokiya 

adli  bir  rus  qadını  daxil  idi.  Biz  müalicə  qəbul  edəndən 

sonra  Şuşanı  qarış-qarış  gəzir,  gecələrsə  demək  olar  ki, 

yatmır, meşədə təmiz havada gəzib dolaşır, Zöhrənin gur 

və  şaqraq  səslə  oxuduğu  mahnıları  dinləyirdik.  Zöhrənin 

anası  Məmləkət  xanım  bir  dəfə  bizim  "qrup  üzvlərini" 

yaşadıqları  otağa  qonaq  çağırdı.  Qonaqlıq  adi  çay 

dəstgahından ibarət idi. Bu tacik qadının məqsədi bizimlə 

yaxından  tanış  olmaq,  bizim  mehribançılığımız  və 

qonaqpərvərliyimizdən  söhbət  açmaq  idi.  Söhbət  zamanı 

Məmləkət  xanım  söylədi  ki,  həyat  yoldaşı  nazir 

müavinidir, Zöhrə xanım evin yeganə qızıdir, ürək qüsuru 

ilə  dünyaya  gəlib,  çox  təbibə  müraciət  ediblər,  külli 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

miqdarda pul  xərcləsələr də, qıza əlac olmayab.  Keçən il 



ümidlə  yola  saldıqları  Azərbaycanın  dilbər  guşəsi  və 

sağlamlıq  mənbəyi  olan  Şuşanın  havası  Zöhrənin 

sağlamlığında  möcüzə  yaradıb,  ona  görə  də  bu  il  ikinci 

dəfə qızı ilə birlikdə bu diyara gəlməyə qərar verib. Allah 

eləsin  gələn  il  öz  həyat  yoldaşı  ilə  Şuşanın  tamaşasına 

gəlsin. Xanım əlavə etdi ki, SSRİ-nin, eləcə də dünyanın 

müxtəlıf  sağlamlıq  ocaqlarında  olsalar  da,  Zöhrənin 

sağlamlığına  müsbət  təsiri  olmamışdı.  Üçüncü  il  (mənim 

üçün  də)  Məmləkət  xanımın  dediyi  kimi  oldu  -  Zöhrə 

xanımı bu dəfə bir cütlük kimi gördüm Şuşada. Bəxtəvər 

cütlük necə də bir-birinə yaraşırdı?! Hər ikisi ucaboy idi. 

İlk  baxışda  bacı-qardaş  təsiri  bağışlayırdı.  Zöhrə  həyat 

yoldaşına bizi köhnə tanışlar kimi təqdim etdi. Tahir (adı) 

uzun  illərin  tanışı  kimi  hər  birimizlə  mehribancasına 

görüşdü.  Hər  ikisinin  çöhrəsinə  xoşbəxtlik  qonmuşdu. 

Şuşanın  ab-havası,  Şuşanın  iqlimi  uzaq  ölkənin  - 

Tacikistanın  iki  gəncinə  sağlam  ruh,  xoşbəxtlik  bəxş 

etmişdi! 

Haqqında söhbət açmaq istədiyim rus qadın Permdən 

gəlmişdi. 

İxtisasca 

müəllimə 

olan 

Yevdokiya 



Trofimovanın  dediyinə  görə  Azərbaycanın  müxtəiif 

sağlamlıq ocaqlarında olub, dincəlib, müalicə qəbul edib. 

Bir neçə xarici ölkədə də dincəlib. Amma Şuşaya bənzər 

heç  bir  sağlamlıq  ocağına  rast  gəlmədiyini  etiraf  edən 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Yevdokiya  Timofeyevna  Şuşanı  misli-bərabəri  olmayan 



gözəllik 

mücəssəməsi, 

təbiətin 

möcüzəli 

şəhəri 

adlandırırdı.  Musiqi  həvəskarı  olan  permli  qadın  Şuşanın 



Azərbaycanın  musiqi  beşiyi  olduğunu  da  yaxşı  bilirdi. 

Rəşid  Behbudov  və  Müslüm  Maqomayevin  pərəstişkarı 

idi.  Eşidəndə  ki,  Rəşidin  atası  Məcid  Behbudov  da 

Şuşanın musiqi korifeylərindən biridir, gülə-gülə, özündən 

razı halda söylədi ki, məhz Şuşanın havası ilə böyüyən bir 

kişidən  Rəşid  Behbudov  kimi  dünyaşöhrətli  müğənni 

olacağını  zənn  etmişdim.  Bayatılarımıza  böyük  maraq 

göstərən bu rus qadınına bir neçə bayatımızı sətri tərcümə 

ilə yazıb verdim. O cümlədən də Əzizinəm Qarabağ, Şəki, 

Şirvan,  Qarabağ,  Aləm  cənnətə  dönsə  -Yaddan  çıxmaz 

Qarabağ    kimi      məşhur      bayatını...  Onu  da  bildirim  ki, 

Azərbaycanın  klassik  qadın  şairlərinin,  o  cümlədən  incə 

ruhlu  şair,  musiqiçi,  rəssam  olan  Xurşud  Banu  Natəvan 

haqqında,  onun  Şuşaya  uca  dağlardan  su  çəkdirməsi, 

fransız  yazıçısı  A.Dümanın  Qafqaza  səfəri  zamanı 

Natəvanın  ailəsinin  qonağı  olması,  onun  Natəvan 

haqqında  xoş  sözlər  söyləməsi,  şairəyə  nəfis  fiqurlu 

şahmat,  Natəvanın  isə  qonağa  öz  əl  işlərindən  ibarət 

hədiyyə  verməsi,  hədiyyənin  fransız  yazıçısının  çox 

xoşuna  gəlməsi  barədə  müfəssəl  məlumatı  olduğunu 

söylədi permli qadın. 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə