İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə12/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   8   9   10   11   12   13   14   15   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

fəaliyyət  göstərmələrinin  şahidi  olan  Musa  müəllimin 



qəlbi dağa dönür. Bu cür həssas ürəkli, zərif duyğulu, əsl 

ziyalı təbiətə malik müəllimdən təkcə elmi bilik dərsi yox, 

həm  də  həyat  dərsi  olan  tələbələr  özlərini  xoşbəxt  hesab 

etməlidirlər.  Onun  Azərbaycan  dövlətçilik  tarixinə  həsr 

etdiyi  hələlik  sonuncu  kitabı  respublikanın  ali  tədris 

müəssisələrində  təhsil  alanlar  üçün  nəzərdə  tutulmuş  ilk 

belə sanballı tədris vasitəsi olacaq. 

Musa  müəllimi  oxucular  istedadlı  və  məhsuldar 

yazıçı-publisist  kimi  də  tanıyırlar.  Belə  ki  o,  1960-cı 

illərdən  dövrü  mətbuatda  həm  də  bədii  yaradıcılıqla 

məşğuldur.  Fidan  balalarımız  üçün  yazdığı  kiçik  hekayə, 

nağıl 


və 

povestlər 

uşaqların 

dünyagörüşünün 

formalaşmasında,  onların  Vətənə,  xalqa  məhəbbət 

ruhunda böyümələrində mühüm rol oynayır.  

«Püstə»,  «Onu  hamı  görmək  istəyir»,  «Meşədən  səs 

gəlir»  kimi  işıq  üzü  görmüş  kitablar  uşaqların  zövqünü 

oxşayır. 

«Ötən 


günlərin 

sorağında», 

«Dünya 

yoxsullarındır»  və  sair  kitablar  böyüklər  üçün  nəzərdə 



tutulmuşdur.  Müəllifin  pyesləri  televiziyada  nümayiş 

etdirilib,  radio  dalğalarında  səsləndirilib.  M.Quluzadənin 

Qafqaz  Müsəlmanları  İdarəsinin  şeyxi  Hacı  Allahşükür 

Paşazadə  haqqında  yazdığı,  onun  geniş  fəaliyyətinə  həsr 

etdiyi «Mərhəmətli və şəfqətli qəlb» əsəri yazıçı-publisistə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

geniş şöhrət qazandırmış, 50 min tirajla çap olunmuş kitab 



Şərq  aləmində  geniş  yayılmışdır.  Onun  dinşünaslıq 

sahəsinə  aid  olan  3  monoqrafiya  və  1  kitabı  oxuculara 

yaxşı tanışdır. Təsadüfi deyil ki, Musa müəllim doktorluq 

işi  üçün  də  dini  mövzu  götürmüş  və  «Azərbaycanda 

dövlət  və  din  münasibətləri»  mövzunu  müvəffəqiyyətlə 

müdafiə  etmişdir.  Onun  ərsəyə  gətirdiyi  əsərləri  üçün 

xarakterik  cəhət  səmimiyyət,  orijinallıq,  fəlsəfi  düşüncə, 

hadisələrə  yaxından  bədəlçilik,  qısa  və  lakoniklikdir. 

Yazıçının  başqa  bir  yaradıcılıq  cəhətini  də  xatırlatmaq 

olar.  Bu  da  müəllifin  Vətəni,  ana  təbiəti,  onun  min  bir 

gözəlliyini zərgər dəqiqliyi  ilə, böyük sevgi  ilə tərənnüm 

etməsidir. 

2014-cü  il  Musa  müəllimin  ömrünə  ən  yaddaqalan 

uğurlu il kimi daxil oldu. Belə ki anadan olmasının şərəfli 

75  ili  təntənə  ilə  qeyd  olundu,  həm  də  uzun  illər 

Azərbaycanda  təhsilin  inkişafındakı  xidmətlərinə  görə 

Respublika  Prezidentinin  Sərəncamı  ilə  «Əməkdar 

müəllim» fəxri adına layiq görüldü. 

Təntənəli  tədbir  Musa  Quluzadənin  uzun  illər 

çalışdığı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik 

Akademiyasında  qeyd  olundu.  Akademiyanın  rektoru, 

akademik  Urxan  Əkbərov  yubiley  mərasimini  açaraq 

yubilyara  ünvanladığı  məktubu  oxudu,  ona  möhkəm 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

cansağlığı,  növbəti  yaradıcılıq  uğurları  arzuladı.  Musa 



müəllimin  uzun  illərin  dostu,  xalq  şairi  Nəriman 

Həsənzadə  bu  səmimi  dostluqdan  söhbət  açdı,  çoxcəhətli 

yaradıcılığından bəhs etdi,  MM-in  üzvü, professor Fəzail 

İbrahimli,  Milli  Aviasiya  Akademiyasının  professoru 

İbrahim  Quliyev,  professor  Əsədulla  Cəfərov,  siyasi 

elmlər  doktoru  Elman  Nəsirov,  dosent  Rüfət  Quliyev, 

dekan  Zaur  Bağırov,  kafedra  müdiri  Firdovsiyyə 

Əhmədova  və  başqaları  çıxış  etdilər.  Şairlər  Ramiz 

Məmmədzadə  və  Oqtay  Rza  yubilyara  həsr  etdikləri 

şeirlərini oxudular. Masallı RİH başçısının müavini Nəsir 

Muxtarlı  rayon  icra  başçısı  Rafil  Hüseynov  və  bütün 

rayon ziyalılarının salamlarını bu torpağın yetirməsi Musa 

Quluzadə 

və 


akademiyanın  rəhbərliyinə  çatdırdı. 

Mərasimdə  MM-in  deputatları  Hadı  Rəcəbli  və  Elmira 

Axundova  iştirak  edirdilər.  Axırda  Musa  müəllimin  75 

illik  ömür  yolunun  bəzi  məqamlarını  əks  etdirən  «Bəyaz 

yolun yolçusu» videoçarx nümayiş etdirildi. 

Musa  Quluzadə  həm  də  gözəl  ailə  başçısı,  3  övlad 

atası, sevimli və müdrik babadır. İki qızı atalarının yolunu 

davam 


etdirir, 

oğlu 


Elçin 

Musaoğlu 

istedadlı 

kinorejissordur. Təkcə bir faktı vurğulayaq ki,  onun lentə 

aldığı  «40-cı  qapı»  kinoəsəri  keçən  il  Amerikada  «Qızıl  

mükafat»a layiq görüldü. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Musa 


müəllimin 

2013-cü 


ildə 

«Mütərcim» 

nəşriyyatında  işıq  üzü  görmüş  «Xatirələrdən  boylanan 

ömür»  kitabı  onun  mənalı  həyat  yolunun  salnaməsi  də 

adlandırmaq olar. Kitaba müəllifin müxtəlif illərdə qələmə 

aldığı  povestlər,  hekayələr,  mənsur  şeirlər,  pyeslər  və 

fəlsəfi düşüncələr daxildir. 

Musa  müəllimin  müsahibələrinin  birində  müxbirin 

ona  verdiyi:  «Özünüzdən  və  keçmiş  olduğunuz  tale 

yolunuzdan  razısınızmı?»  sualına  verdiyi  cavabı 

oxuculara xatırlatmaq istəyirəm: «Dönüb arxaya baxmağa, 

ömür  yolunu  vərəqləməyə  dəyər.  Mən  həyatda  daim 

alnıaçıq yaşamışam və taleyimdən razıyam». 

Mən  də  sonda  səmimi  və  xeyirxah  insan,  nümunəvi 

ailə  başçısı,  qədirbilən  dost  kimi  tanıdığım  Musa 

müəllimə həsr etdiyim şeirlə ona olan səmimi duyğularımı 

bildirirəm. 

 

Alim-bəxtəvər 



(Professor Musa Quluzadə üçün) 

 

Gecə-gündüz elm yolunda çalışdın, 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə