İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə14/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   10   11   12   13   14   15   16   17   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

B.Vahabzadə  "Allah"  kəlməsinin  dilə  gətirilməsi 



yasaq  olunan,  insanı  insan,  milləti  millət  mərtəbəsinə 

yüksəldən  dəyərləri  bütünlüklə  inkar  edən  qanlı 

diktatorluğun  hökm  sürdüyü  bir  ölkədə  və  dövrdə 

yetişmişdi. Lakin həmin ağır şərtlər altında belə, həqiqəti 

və  təbii  gözəlliyi  tərənnüm  etməyi  məharət  və  cəsarətlə 

bacardı Bəxtiyar müəllim. 

Bəxtiyar Vahabzadə 50-ci ildə "Gülüstan" adlı məşhur 

poemasını yazdı. Bu mövzu şairin ən yaralı yeri idi. Uzun 

axtarışdan  sonra  qələminə  güc  verdi,  əsəri  yazıb  başa 

çatdırdı.  Amma  heç  bir  respublika  qəzeti  curət  edib 

"Gülüstan"ı  çap  etmədi.  Onları  qınamaq  da  olmazdı.  O 

zaman  belə  bir  əsəri  çap  etmək,  bir  növ,  odla  oynamaq 

kimi  bir  şey  idi.  Bəs  nə  etməli?  Çarların,  şahların 

qılıncıyla  ikiyə  bölünmüş  bir  xalqın  acı  fəryadını,  bu 

fəryadı  ürək  yanğısı  ilə  əks  etdirən  "Gülüstan"ı  arxivəmi 

verməli? Yox, bu mümkün deyildi. Bəs nə etməli? 

Şair  üçün  faciə  olan  belə  bir  vaxtda  bir  cürətli  və 

qeyrətli vətən oğlu peyda oldu. O, "Nuxa fəhləsi" (hazırda 

"Şəkinin  səsi")  qəzetinin  redaktoru  Məhyəddin  Abbasov 

idi.  İkinci  Cahan  savaşının  odundan-alovundan  çıxmış, 

dəfələrlə  ölümlə  üz-üzə  dayanmış  müharibə  əlili  fiziki 

cəhətdən  şikəst  olsa  da,  mənəyi  cəhətdən  sağlam  olan  bu 

şəxs  şəraitin,  zamanın,  dövranın  qəddarlığına  məhəl 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qoymadan,  tərəddüd  etmədən  "Cülüstan"ı  redaktoru 



olduğu "Nuxa fəhləsi"ndə çap etdi. İşıq üzü görən qəzetin 

həmin  nömrəsi  əl-əl  gəzdi,  səs-sorağı  ətrafa  yayıldı, 

sərhədlərimizi  aşdı.  Bu  hadisə  respublikada  bomba  kimi 

partladı.  Möcüzə  baş  vermişdi  Azərbaycanda  -  əsl 

möcüzə! 

B.Vahabzadənin  şeirləri  oxucu  qəlbini  həyəcanlı 

hisslərlə, pak və təmiz duyğularla ovsunlayan həyat, insan 

və  zaman  barədə  dərin  düşüncələrə  sövq  edən  coşğun 

ilhamın  məhsuludur.  Bütövlükdə  götürdükdə,  onun 

əsərlərində  müasir  insanın  hissləri,  mənəvi-əxlaqı 

keyfiyyətləri, ideal və arzuları müxtəlif bədii boyalarla əks 

olunmuşdur.  Oxucu  B.Vahabzadənin  əsərlərində,  o 

cümlədən  potezşyasında  ən  çox  lirik  qəhrəmanlarla 

görüşür, onların səmimiliyinə inanır. 

Bəxtiyar  Vahabzadə  milli  azadlıq  hərəkatının  öncülü 

idi,  qeyrət  rəmzi  idi,  el  ağsaqqalı  idi,  elə  agsaqqallıq 

edərdi.  Sovet  ordusu  Bakını  işğal  edərkən,  Respublika 

paytaxtında  komendant  saatı  tətbiq  olunan  vaxtda 

Bəxtiyar 

Vahabzadə 

çəkinib 

eləmədən 

şəhərin 

komendantı  Dubinyakla  üz-üzə  dayandı,  rus  ordusunun 

işğalçı  hərəkətini  pislədi.  Bəxtiyar  müəllim  təcrübəli 

pedaqoq 


kimi 

düz  40  il  Azərbaycan  Dövlət 

Universitetində  dərs  demişdi.  Mənə  də  onun  tələbəsi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

olmaq  şərəfi  nəsib  olmuşdu.  Biz  onun  hər  bir  dərsini 



səbirsizliklə  gözləyərdik.  Ona  45  dəqiqə  akademik  vaxt 

azlıq  edərdi,  dəhlizdə  də  tələbələrlə  söhbətini  davam 

etdirərdi  Bəxtiyar  müəllim.  O,  əsl  ziyalı,  ata  kimi 

tələbələrin  qayğıları  ilə  maraqlanar,  yaradıcılıqlarına 

istiqamət verərdi. 

Bu  günə  qədər  onun  çoxlu  sayda  nəsr,  publisistik 

məqalələri,  40-dan  çox  kitabı  nəşr  olunub.  Vaxtilə 

Azərbaycanda şeir kitabları:100 min tirajla işıq üzü görən 

və  bir  ay  ərzində  satılıb  qurtaran  yeganə  çağdaş  şair 

Bəxtiyar  Vahabzadə  idi.  O,  Azərbaycan  Cümhuriyyətinin 

ən qabaqcıl mütəfəkkir şairlərindən və  elm adamlarından 

biri  idi.  Bəxtiyar  müəllim  Azərbaycanda  olduğu  kimi 

qardaş Türkiyədə və ümumən Türk dünyasında da sevilə-

sevilə  oxunan  və  yaradıcılığı  araşdırılan  güclü  bir  qələm 

sahibi  kimi  tanınırdı.  Bu  böyük  insan  bütün  Türk 

dünyasının  ortaq  səsi,  sevən  ürəyi,  aydınlıq  üzü  və 

gözəllik cizgisi, bir növ rəmzi idi. Türk araşdırıcılarından 

Əhməd  Bican  Ercilasun,  Əli  Yavuz  Akpınar,  Fatih 

Bağçıoğlu,  Hüsniyə  Mayadağlı,  eləcə  də,  rus  yazıçı  və 

şairlərindən  Rimma  Kazakova,  Yevgeni  Yevtuşenko, 

Yeqor  İsayev,  Stanislav  Kunyayev  və  başqaları  B. 

Vahabzadə  yaradıcılığı  barədə  ürək  dolusu  xoş  sözlər 

söyləmişlər.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bu  böyük  şəxsiyyətin  sadəliyi  və  təvazökarlığı  onda 



idi ki, həmişə özünə qarşı tələbkar olmuş və yaradıcılığına 

tənqidi  yanaşmışdır.  Onun  "Təkcə  ondan  razıyam  ki, 

özümdən narazıyam" fikri də dediklərimizi təsdiqləyir. Bu 

vətənpərvər, ülvi insanın "Vətən ona görə gözəl deyil ki, o 

gözəldir,  Vətən  ona  görə  gözəldir  ki,  o  Vətəndir"  devizi 

onun bütün varlığı ilə Vətənə bağlılığının təzahürüdür. 

Bəxtiyar  müəllim  yana-yana  yaşadı  və  yaşaya-yaşaya 

yandı, yandı və... 84 yaşında bu qoca -gəlimli-gedimli, bir 

ucu  ölümlü  dünyaya  əlvida  edib  ulu  Tanrının  dərgahına 

qovuşdu  və  hələ  sağ  ikən  Azərbaycan  xalqının,  onun 

qədirbilən  övladlarının  qəlbində  əbədi  heykələ  çevrildi. 

Ruhun  şad  olsun,  böyük  insan!  Başın  sağ  olsun,  ulu 

xalqım!... 

2009 

ĠZĠ QALDI… 

 

ONUN ÖMRÜNƏ QARABAĞ DƏRDĠ BALTA 

ÇALDI… 

 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə