İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə11/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   7   8   9   10   11   12   13   14   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

mərkəzidir.  Ömrümün  ahıl  çağını  yaşasam  da,  bir  də 



Şuşaya  gedib  onun  saf  və  təmiz  havasını  ciyərlərimə 

çəkməyə ümid edirəm. 



29.04.2010-cu il 

Sözü ilə əməli vəhdət təĢkil edən alim 

 

O, hazırda ömrünün ahıl çağını yaşayır. Cari il mayın 



20-də  76  yaşını  qeyd  edəcək.  Arxada  qoyduğu  illər  onun 

mənalı  ömür  kitabına  acılı-şirinli  xatirələrlə  dolu 

ibrətamiz  səhifələr  yazıb.  Həmin  xatirələr  gözü  önündə 

səhifələndikcə, 

Böyük  Vətən  müharibəsinin  onun 

uşaqlığını  necə  udduğunu  yada  salır,  o  illərin  üzgün 

mərhumiyyətlər  içərisində  çapaladığı  illəri  ürək  ağrısı  ilə 

yad  edir,  bir  daha  təsdiqlənmiş  bir  fikri  –  müharibə  heç 

kəsə uğur qazandırmır, yalnız və yalnız müsibətlərə, qanlı 

faciələrə  yol  açır,  anaları  dul,  qızları  bədbəxt,  uşaqları 

atasız  qoyur  –  qənaətini  təsdiqləyir.  Doğulduğu 

Masallının  Xıl  kəndi  də  boşalmışdı,  başıpapaqlılar  15 

respublikanı  birləşdirən  SSRİ  adlı  vahid  Vətənin 

müdafiəsinə  səfərbər  olmuşdular.  Aclıq,  səfalət,  qıtlıq 

insanların  nəsibi  olmuşdu.  Amma  xıllılar  da  dəyanətini 

itirmir,  «hər  şey  müharibə  üçün,  hər  şey  qələbə  naminə» 

şüarı  altında  gecəni  gündüzə  qataraq  çalışır,  döyüşən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

əsgərlərimiz üçün arxa cəbhədə köməkliklərini əsirgəmir, 



analar yun corab, əlcək və başqa isti köynəklər toxuyaraq 

cəbhəyə yola salırdılar. Bütün bunların şahidi olan balaca 

Musa  da  evdə  bir  işin  qulpundan  yapışır,  müharibənin 

başa çatmasını səbirsizliklə gözləyirdi. 

Müharibə Sovet ordusunun qələbəsi ilə başa çatanda, 

Musa artıq I sinif şagirdi idi. Xıl kənd orta məktəbini əla 

qiymətlərlə  başa  vuran  Musa  qonşu  Lənkərandakı  Kənd 

Təsərrüfatı  Texnikumuna  daxil  olur,  20  yaşında  həmin 

məktəbi 

də 


ali 

qiymətlərlə 

qurtarır. 

Bununla 


kifayətlənməyən  gənc  Musa  ali  savad  almaq,  dərin  elmi 

biliklərə yiyələnmək üçün Bakıya gəlir, çoxdan arzusunda 

olduğu  və  adı  hörmətlə  çəkilən  Azərbaycan  Dövlət 

Universitetinə  (hazırkı  BDU)  qəbul  olunur.  Özünü 

dünyanın ən bəxtəvəri hesab edən tələbə Musanın qayğılı 

tələbəlik  illəri  başlayır.  Tarix  fakültəsinin  tələbəsi  daha 

çox  bilik  əldə  etmək  üçün  kitablardan  ayrılmır,  müxtəlif  

elmi  məxəzlərə  baş  vurur,  vaxtının  çox  hissəsini 

kitabxanalarda  keçirir,  yüksək  səviyyəli  tələbə  gənc  kimi 

müəllimlərin  diqqətini  cəlb  edir.  Tariximizin  qaranlıq 

səhifələrini  aşkara  çıxarmaq  üçün  yaradıcılıq  axtarışlarını 

əzmlə  və  inadla  davam  etdirir,  tarix  elmi  sahəsində 

gələcək uğurlarının əsasını qoyur. BDU-nun məzunu olan 

gənc  tarixçi  o  vaxtkı  Lenin  muzeyində  (hazırda  Dövlət 

Tarix  Muzeyi)  elmi  işçi  kimi  fəaliyyətə  başlayır.  Zəngin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

bilik  mənbəyi  olan  tarix  muzeyi  gənc  Musanın 



axtarışlarına  impuls  verir.  Gecə-gündüz  axtarışlarını 

davam etdirir, eyni zamanda muzeydə səriştəli mütəxəssis 

kimi  şöbə  müdiri,  daha  sonra  elmi  işlər  üzrə  direktor 

müavini  vəzifəsində  çalışır.  Muzeydə  işlədiyi  müddət 

ərzində  məzunu  olduğu  ali  məktəblə  də  sıx  əlaqələrini 

davam etdirir. Belə ki burada Azərbaycan tarixi fənnindən 

tələbələrə  mühazirələr  oxuyur  və  getdikcə  tarixçi  alim 

kimi  yetişməyə  başlayır.  Ümumilikdə,  sonrakı  ömrünü 

doğma  tariximizdən  ali  məktəb  tələbələrinə  dərs  deməyə 

həsr edir. 

Beləcə  uzun  illərdir  ki,  Azərbaycan  Prezidenti 

yanında  Dövlət  İdarəçilik  Akademiyasında  Azərbaycan 

dövlətçiliyi tarixindən dərs deyir. Bu gün respublikamızın 

tanınmış tarixçi alimlərindən sayılan Musa Quluzadə tarix 

elmləri doktoru, professordur. Bu mərhələyə çatmaq üçün 

o,  uzun  illəri  gecəni-gündüzə  qatmış,  zəhmət  dünyasında 

necə  deyərlər,  külüng  çalmış,  heç  vaxt  uğurları  ilə 

kifayətlənməmiş,  hey  axtarışda  olmuşdur.  Çünki  Musa 

müəllim  yaxşı  bilir  ki,  insan  həyatının  mənası  onun 

qədirbilən müdrik xalqına, övladı olduğu doğma Vətəninə 

təmənnasız xidməti ilə ölçülür. Bu cəhətdən görkəmli elm 

adamı ondan təsəlli tapır ki, ölkəsinin tərəqqisinə, konkret 

tarix  elminə,  onun  inkişafına  xidmət  edə  biləcək  mühüm 

bir  iş  görmüşdür.  Deməli,  onun  illərə  calanmış  ömrü 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

fənaya  getməmiş,  Vətənin  tərəqqisinə,  inkişafına  sərf 



olunmuşdur. Çünki Musa müəllimdə cəmlənmiş bir ümdə 

keyfiyyət  ondan  ibarətdir  ki,  onun  sözü  ilə  əməli  vəhdət 

təşkil  edir,  yəni  alim  nəzəriyyə  ilə  təcrübəni  vəhdətdə 

görür.  Bu  məqamda  ümummilli  lider,  ziyalıların 

yaradıcılığına  yüksək  qiymət  verən  Heydər  Əliyevin  bir 

dəqiq  fikrini  xatırlamaq  yerinə  düşər:  «Hər  bir  alim 

qiymətlidir.  Ancaq  nəzəriyyəni  təcrübə  ilə  birləşdirən, 

fikirlərini  tətbiq  edə  bilən  və  onlardan  əməli  nəticə  görə 

bilən,  cəmiyyətə,  ölkəyə,  xalqa  konkret    fayda  gətirən 

insanlar  alimlərin  sırasında  xüsusi  yer  tuturlar.  «Bəli, 

Musa  müəllim  məhz  belə  alimlərdəndir.  O,  görkəmli 

tarixçi  kimi,  həm  Heydər  Əliyevə,  həm  də  onun  siyasi 

məktəbinin  layiqli  davamçısı  İlham  Əliyevə  həsr  etdiyi 

onlarca  sanballı  məqaləyə  imza  atmışdır.  Ümumiyyətlə, 

onun  qələmindən  dəyərli  tarixçi  mütəxəssis,  alim  kimi 

200-dən  artıq  elmi  məqalə  çıxmışdır.  50  ildən  çox  bir 

müddətdə  ali  məktəb    auditoriyalarında  tələbələr 

qarşısında  mühazirə  oxuyan  tarixçi  alim  bu  işdən 

«yoruldum»  demir,  yaşının  ahıl  çağında  da  böyük  bir 

şövqlə  övladları  qədər  sevdiyi  tələbələrə  mühazirələr 

oxuyur, 

onların 


bütün 

suallarını 

cavablandırır, 

tələbələrinin 

gələcəkdə 

tanınmış  mütəxəssis  kimi 

yetişmələri üçün onlardan heç nəyi əsirgəmir. Vaxtilə dərs 

dediyi  tələbələrinin  bu  gün  müxtəlif  sahələrdə  uğurla 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə