İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə10/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   6   7   8   9   10   11   12   13   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Gül-çiçəyə, yaşıllıqlara qərq olmuş Şuşa şəhəri permli 



müəllimi  məftun  etmişdi.  Xüsusilə  dünyanın  nadir 

möcüzəsi  olan  Xarı  bülbül  gülü  onu  heyran  qoymuşdu. 

Gül-çiçək  vurğunu  olan  müəllimə  Şuşadan  gedərkən  özü 

ilə  həmin  gülü  aparıb  Sibirdə  becərmək  istəyində  oldu. 

Eşidəndə  ki,  Xarı  bülbülün  yeganə  vətəni  Şuşadır  və 

başqa  heç  bir  yerdə  qərar  tutub  bitmir,  həm  pərt  olmuş, 

həm də təəccübünü gizlədə bilməmişdi. 

Mən  Yevdokiya  Timofeyevna  ilə  uzun  illər  yazışır, 

telefon  əlaqəsi  saxlayırdım.  Şuşa  işğal  olunan  gün  mənə 

telefon açdı, kədərləndiyini bildirdi. Telefonda qırıq-qırıq 

danışırdı, qüssə-kədər boğazını tıxamışdı.  

Bu  yaxınlarda  bu  xeyirxah  qadının  vəfat  etdiyi 

xəbərini  eşitdim.  Arzusu  ürəyində  qaldı.  Şuşa  azad 

olandan sonra yenidən bu möcüzəli şəhərə təşrif gətirmək 

arzusu...  

3 il dalbadal Şuşada olduğum  günlər barədə xatirələr 

yada  düşərkən,  oradakı  görüşlər,  tanış  olduğum  ziyaiılar, 

yazıçı  və  şairlər  gəlib  kinolent  kimi  göz  önündən  keçir. 

Nəğməkar  şair,  incəsənət  xadimi  Nüsrət  Kəsəmənli  ilə 

eyni  vaxtda  dincəlirdik.  Eyni  otaqda  qalırdıq.  Bir  dəfə 

Şuşada  dincələnlərlə  istedadlı  gənc  şairin  görüşünü 

keçirdik.  Görüşün  aparıcısı  kimi  şairin  həyat  və 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

yaradıcılığı  barədə  məlumat  verdim,  işıq  üzü  görmüş 



kitablarından  söz  açdım,  bəzi  şeirlərindən  nümunələr 

göstərdim.  Sonra  da  şairə  söz  verdim.  Azərbaycanın  və 

SSRİ-nin  müxtəlif  guşələrindən  gəlmiş  qonaqlar 

qarşısında  çıxış  edən  N.Kəsəmənlinin  hər  şeiri  hərarətlə 

qarşılanırdı.  Şair  Həmid  Abbasla  görüş  də  belə  maraqlı 

keçdi.  Tanınmış  musiqişünas,  Qarabağın,  o  cümlədən 

Şuşanın  musiqi  dünyasının  canlı  ensiklopediyası  Firudin 

Şuşinski tez-tez doğulub boya-başa çatdığı doğma Şuşaya 

gələr,  buradakı  ahıl  adamlarla  görüşər,  Şuşanın  tanınmış 

xalq  sənətkarlarından  söhbət  açar,  şirmayı  kəhrəbalı 

təsbehini  qoluna  keçirərək  xəyalları  yaxın-uzaq  illərə 

qanadlanardı.  Onun  Şuşada  dincələnlərlə  hər  bir  görüşü 

maraqla  qarşılanardı.  Qarabağın,  eləcə  də  Şuşanın 

müxtəlif  illərdə  fəaliyyət  göstərmiş  sazəndələri  və 

xanəndələri barədə yerli-yataqlı məlumat verir, onların ifa 

etdikləri  muğamlardan  bəhs  etdikcə,  yerli  musiqiçilər  də 

(üçlük) həmin musiqi nömrələrini ifa edirdi. 

O  illərdə  respublika  rəhbərliyi,  əlaqədar  təşkilatların 

nümayəndələri  xüsusən  yay  mövsümü  ərzində  tez-tez 

Şuşaya  gəlir,  Şuşa  kurortunda  dincələnlərə  göstərilən 

qayğı  və  onlar  üçün  yaradılmış  şəraitlə  maraqlanır,  bura 

gəlmiş  qonaqların  xoş  təəssüratla  geri  qayıtmaları  üçün 

əllərindən gələni əsirgəmirdilər. Onların arasında o vaxtkı 

Azərbaycan  Həmkarlar  İttifaqının  sədri  Lidiya  Rəsulova 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Şuşaya  daha  tez-tez  gedərdi.  Yaxşı  yadımdadır,  Şuşada 



dincələnlərə  göstərilən  iaşə  xidmətinə  daha  çox  diqqət 

yetirən  L.Rəsulova  yeməkxanaya  gəlir,  dincələnlərə 

göstərilən  xidmətin  səviyyəsi  barədə  onları  sorğu-suala 

tuturdu. 

Lakin  ermənilər  uzun  illərdən  bəri  hazırladıqları 

məkrli  planları  1988-ci  ildən  etibarən  tədricən  həyata 

keçirməyə  başladılar.  Əsgəranda  iki  azərbaycanlı  uşağın 

qətlə  yetiriməsilə  barıt  çəlləyinə  benzin  tökülmüş  oldu. 

İnsanlıq  simasını  itirən  harınlaşmış  ermənilər  Qarabağı 

Ermənistana birləşdirmək iddiası ilə yaşayaraq, bu ərazini 

ələ  keçirmək  üçün  rusların  köməyindən  istifadə  etməklə 

torpaqlarımızı bir-bir işğal etməyə başladılar. Buna səbəb 

bir  tərəfdən,  milli  ordunun  formalaşmaması,  ayrı-ayrı 

könüllü batalyonların pərakəndə hərəkəti, o biri yandan da 

və başlıcası, ölkənin başında duran səriştəsiz rəhbərlər idi. 

Bundan  bacarıqla  istifadə  edən  ermənilər  Qarabağı  və 

onun  ətrafında  olan  rayonları  bir-bir  işğal  etdi.  Kəlbəcər 

kimi  strateji  cəhətdən  misilsiz  əhəmiyyət  kəsb  edən 

rayonu  düşmən  ələ  keçirməklə  onun  min  bir  dərdin 

dərmanı olan məşhur isti suyuna, Zond qızıl mədənlərinə, 

mesələrinə  sahib  çıxdılar.  Laçın  dəhlizini  ələ  keçirməklə 

Ermənistandan maneəsiz gediş-gəlişə nail oldular. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Sonra  da  quşqonmaz  Şuşamız  əldən  getdi.  Təbii 



müalicə ocağı  (başqa səbəblər bir  yana qalsın) olan Şuşa 

zaman-zaman  yuxularına  haram  qatmış  yağılara  qismət 

oldu.  Görkəmli  musiqiçilər  ordusu  yetirmiş  Şuşada 

murdar  xislətli  ermənilər  indi  at  oynadır.  Bu  bədnam 

millətin insanlığa sığmayan son dərəcə vəhşi bir hərəkəti - 

Xan qızı Natəvanın, Milli musiqimizin banisi dahi Üzeyir 

bəyin,  vokal  sənətimizin  1  nömrəli  ifaçısı  Bülbülün 

heykəllərinin  güllələnməsi  hər  bir  bəşər  övladını  şok 

vəziyyətinə salır. Deməli, bu şəxsiyyətlərin heykəlləri belə 

erməni  vandallarını  rahat  buraxmayıb  və  onlar 

heykəllərdən "intiqam almaqla" öz xəbis xislətlərini dünya 

ictimaiyyəti qarşısında nümayiş etdirmişlər. 

Bəli,  artıq  işğalçı  ermənilərin  iç  üzü  mütərəqqi 

bəşəriyyətə  aşkarlanıb.  Beynəlxalq  ictimai  təşkilatlar 

Azərbaycanın haqq səsini eşidir. Ölkə başçısı cənab İlam 

Əliyev  torpaqlarımızın  yalnız  sülh  yolu  ilə  geri 

qaytarılmasının 

tərəfdarıdır. 

Söhbət 

gedir 


ki, 

Azərbaycanın  işğal  altında  olan  5  rayonu  dərhal,  5  ildən 

sonra  isə  daha  2  rayonu  geri  qaytarılmalıdır.  Amma 

təəssüf ki, Şuşa haqqında heç bir söhbət getmir. Şübhəsiz 

ki,  sonrakı  mərhələdə  Şuşanın  taleyi  barədə  danışıqlar 

gündəmə  gələcək.  Başqa  cür  də  ola  bilməz.  Çünki  Şuşa 

Qarabağımızın  tacı,  Azərbaycanımızın  qeyrət  qalasıdır, 

dünyanın  gözəllik  mücəssəməsidir,  təbii  sağlamlıq 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə