İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə15/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   11   12   13   14   15   16   17   18   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bu  iĢıqlı,  nurlu,  pak-büllur,  xeyirxah-humanist... 

Ģəxsiyyət  haqqında  söhbət  açmaq  mənim  üçün  həm 

xoĢdur,  həm  də  çətin.  Ona  görə  xoĢdur  ki,  onun 

haqqında  ürək  sözlərimi,  unudulmaz  xatirələrimi, 

sözün həqiqi mənasında,  bu böyiik insanla ünsiyyətdə 

olduğum  qiymətli  dəqiqələri  Xudu  Məmmədovu 

tanıyanlara  çatdırmaqla  qəlbimdə  rahatlıq  duyuram, 

ona  görə  çətindir  ki,  nurdan  xəlq  olmuĢ,  mayası 

paklıqdan yoğrulmuĢ bu qeyri-adi bəĢər övladına layiq 

söz tapmaq jurnalistdən böylik məsuliyyət tələb edir. 

1976-cı  il  idi.  O  vaxt  mən  "Kino"  qəzetində 

çalışırdım. 

Xudu 


müəllimin 

ssenarisi 

əsasında 

"Azərbaycanfilm"in  sənədli  film  ustaları  "Naxışların 

yaddaşı" adlı sənədli ekran əsəri çəkirdilər. Redaksiya bu 

film  barədə  qəzetdə  yazı  dərc  etməyi  planlaşdırmışdı. 

Müəlliflə mən görüşməli idim. Bilirdim ki, Xudu müəllim 

Akademiyada  işləyir.  Birbaşa  ora  yollandım.  Tapa 

bilmədim  onu.  Hansı  bir  görüşəsə  dəvət  olunduğunu 

bildirdilər.  Ev  telefonunu  aldım.  Ertəsi  gün  evlərinə  zəng 

çaldım.  Bir  gün  əvvəl  onu  görmək  üçün  iş  yerinə 

getdiyimi bildirdim. Yaman qayğılandı, zəhmət çəkdiyimi 

söylədi bu humanist insan. Söhbətimin məğzini ona bəyan 

etdim.  Ertəsi  günə  görüş  yeri  təyin  etdi.  İş  ünvanımı 

bildirdim.  Qonşu  olduğumuzu  biləndə  xoşlandı.  Sadəcə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

mən  Xudu  müəllimə  zəhmət  vermək  istəmirdim.  Söylədi 



ki, onsuz da sabah bizim iş yerinin yanından keçməlidir. 

Bir  gün  sonra  redaksiyada  görüşdük.  İlk  dəfə  idi  ki, 

onunla  üzbəsurət  oturub  söhbət  edirdim.  Bu  kristalloqraf 

alimin  yüksək  mədəniyyətinə,  danışıq  tərzinə,  sadəliyinə, 

məhrəmliyinə,  mənəvi  zənginliyinə,  ensiklopedik  biliyinə 

heyran  kəsildim.  Söhbətimiz  iki  saat  çəkdi.  Halbuki  45 

dəqiqə  nəzərdə  tutulmuşdu.  İlk  görüşdən  məni  məftun 

eləmişdi  rəhmətlik.  Elə  onun  özü  də  bu  görüşdən 

məmnunluğunu bildirdi. 

"Naxışların  yaddaşı"  sənədli  filmi  barədə  yazdığım 

məqalə  "Kino"  qəzetində  işıq  üzü  gördü.  Özü  zəng  çaldı 

Xudu  müəllim.  Xoşuna  gəlmişdi  material.  Onunla 

tanışlığım  belə  başladı.  Arabir  görüşürdük.  Ya  onun  iş 

yerinə  gedirdim  -  Akademiyaya,  ya  da  evlərində 

görüşürdük.  Bir  gün  zəng  çaldım.  Evdə  idi.  Ovqatını 

soruşdum.  Həmişəki  kimi,  -  cavab  verdi.  Əlavə  etdi  ki, 

vaxtın  varsa,  indi  gəl.  Fürsəti  fövtə  vermədim.  Getdim. 

Ancaq xahiş etdim ki, söhbətimizə heç kim mane olmasın. 

Doğrusu,  onun  sözünün  kəsilməsinə  qıymırdım. 

İstəyirdim ki, elə hey dinləyim onu. 

Bu,  həyatımda  Xudu  müəllimlə  bağlı  ən  yaddaqalan, 

heç  vaxt  unudulmayan  bir  görüş  oldu.  3  saat  ərzində 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

həyatın 


müxtəlif  sahələrinə,  müxtəlif  məsələlərə, 

mövzulara  toxunduq.  Nə  deyim,  mən  hələ  o  vaxta  qədər 

(elə indiyəcən də) - bu qədər dərin müşahidə qabiliyyətli, 

bir-birinə  uyğun  gəlməyən  müxtəlif  elm  sahələrindən 

xəbər  verən,  mülayim,  asta,  şirin  danışığı  ilə  müsahibini 

ovsunlayan,  həmsöhbətini  axıracan  dinləməyi  bacaran, 

heç  vaxt  səsini  qaldırmayan  bir  insana  rast  gəlməmişəm. 

Necə  də  rəvan,  məntiqli  danışığı  vardı  onun?!  Elə  bil 

danışdığı sözləri qabaqcadan əzbərləyib, sapa düzmüşdü. 

O  gün  biz  nələrdən  danışmadıq:  ədəbiyyatımızdan, 

teatr  və  kinomuzun  indiki  vəziyyətindən,  elm  və 

mədəniyyət xadimlərimizdən. Yaxşı yadımdadır: Sarabski 

barədəki  fikrini  belə  tamamladı:  Azərbaycan  səhnəsində 

cəfakeş,  eşq  divanəsi  Məcnun  rolunun  çoxlu  ifaçısı  olub 

və  olacaq  da.  Ancaq  Sarabski  qiyafəsində,  Sarabski 

yanğısında  ikinci  bir  Məcnun  ola  bilməz.  Üzeyir  bəyi 

əvəzsiz bəstəkar, xeyirxah insan, onun "Arşın mal alan"ını 

isə 


dünya  komediya  janrının  zirvəsi  adlandırdı. 

Təəssüfləndi ki,  bu  dünya  şohrətli  əsər  Nobel  mükafatına 

layiq  görülməyib.  Unikal  fırça  ustası  Səttarı  dünyanın  1 

nömrəli mənzərə ustası kimi qeyd etdi. Söhbətimiz Füzuli 

üzərində  qərarlaşanda,  fəxrlə  bildirdi  ki,  Füzuii  ruhda, 

Füzuli  dərinliyində  ikinci  bir  lirik  şair  doğulmayıb,  çətin 

ki  doğulsun  da.  Bu  yerdə  onun  "Vətənimdir,  vətənimdir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

vətənimdir,  vətənim"  adlı  qəzəlindən  iki  misranı  misal 



göstərdi:  

 

"Pənbəyi - dağı –cünun icrə nihandır bədənim,  



Diri olduqca libasım budur, ölsəm - kəfənim". 

 

Və  həmin  misraları  mənim  üçün  elə  açıqladı,  elə 



incələdi,  elə  aydınlaşdırdı  ki,  həm  şair,  həm  də  Xudu 

müəllim qarşısında səcdəyə gəldim. 

Sonra  da  bayatılarımıza  səyahətə  çıxdıq.  Xudu 

müəllim 4 misradan ibarət olan hər bir bayatıda necə dərin 

məna  gizləndiyini  söylədi.  Bu  arada  əvvəlcə  mən  bir 

bayatı dedim:  

 

Əzizim baxtı yarım,  

Baxtımın taxtı yarım,  

Üzündə göz izi var – 

Sənə kim baxdı, yarım?...  



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə