İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə22/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   18   19   20   21   22   23   24   25   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ənənə  və  rituallar,  dünyanın  yaranması  barədə  erkən 



təsəvvürlər,  miflər  və  rəvayətlər,  inanclar,  tapınmalar, 

dünyanın  və  insanın  törənişi  və  yüksəlişi  ilə  bağlı  bəlli 

dörd  müqəddəs  ünsür  –  Su,  Od,  Yel  və  Torpaqla  bağlı 

etiqadlar,  eləcə  də  bayram  məcmuunun  tam  və  pozulmaz 

qəliblərdə yetgin formatda xalq içərisində yaşamaqda olan 

el variantıdır.  

Xalqımız  Novruzla  bağlı  elə  silsilə  rituallar  və 

nəğmələr  yaratmışdır  ki,  milli  əmək  və  məişət  həyatının 

bütün  etnoqrafik  görüntüləri  onlarda  öz  bədii  əksini 

tapmışdır.  Holavar  və  sayaçı  sözləri,  ―Qodu-qodu‖, 

―Səməni‖, Əkin və biçin, Günəşi, Yağışı və Küləyi çağırış 

nəğmələri,  çoban  nəğmələri,  nehrə  və  cəhrə  nəğmələri, 

toxuculuq  və  boyaqçılıq  həyatını  əks  etdirən  bədii 

nümunələr  və  başqaları  bu  cəhətdən  diqqət  çəkəndir. 

Novruz nəğmələrinin bir çoxunda erkən simvolik, fetişist, 

animist,  magik  görüşlər  öz  əksini  tapmışdır.  Bayram 

mərasimlərində  Yaz  və  Qış  rəmzlərinin  qarşılaşması, 

şaxtanın,  dumanın  obrazlaşdırılması,  böyük  və  kiçik 

çillənin  özünəməxsusluqlarını  əks  etdirən  bədii  detallar 

güclüdür.  Novruzun  ən  mühüm  estetik  dəyərləri 

mərasimlərin  böyük  əksəriyyətini  söz,  musiqi  və  nəğmə 

ilə  elə  zinətlənmişdir  ki,  bütün  bunlar  adamın  könlünü, 

zövqünü oxşayır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bayram  ideallarında  insanların  bolluğa,  firavan  və 



əmin-aman  həyata  coşğun  çağırış  istəyi  dayandığı  kimi, 

torpağı 


əkib-becərməyə,  onu  dirçəltməyə  sonsuz 

məhəbbətdə  əks  edilir.  Onlarda  belə  bir  əxlaqi  dəyər 

güclüdür  ki,  insan  firavan  və  xoşbəxt  həyatı  yalnız  öz 

əlinin zəhməti, alnının təri ilə qazana bilər.  

Novruz bayramı etiqadlarında insanlara qayğı, diqqət, 

ədalət  idealları  başlıca  yer  tutur.  Cəmiyyətdə  bərabər, 

rahat  yaşam  tərzi  formalaşdırmağa,  xəstələrə,  qocalara, 

kimsəsizlərə əl tutmağa çağırış ifadə olunur. Bu məqsədlə 

də  bayram  günlərində  min  bir  nemətlə  zəngin  xonçalar 

bəzədilir, 

xəstələrə, 

qocalara, 

kimsəsizlərə, 

el 


ağsaqqallarına bayram xonçalarında müxtəlif bayrampayı, 

bayram  şirniyyatı  və  başqa  Novruz  nemətləri  göndərilər, 

ehtiyacı olanlara bayram yardımları göstərilər və beləliklə, 

bütün  el-oba  tam  şəkildə  bayram  şənliklərinə  qatılar, 

Novruz  günlərində  cəmiyyətdə  bir  növ  maddi  tarazlıq 

yaranırdı.  

Novruzun  başlıca  simvollarından  olan  bayram 

xonçaları  bir-birindən  fərqli  olardı.  Nişanlı  qızlara 

göndərilən 

xonçalarla 

ağsaqqal 

və 


ağbirçəklərə 

göndərilənlər öz tərtibinə görə fərqlənərdi. Qız-gəlin üçün 

bəzədilən xonçalar daha dəbdəbəli olar, bayrampayları və 

gənclərə verilən hədiyyələrlə zənginliyi ilə seçilərdi. Yaşlı 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

insanlara göndərilənlər də səliqəli tərtibi və hədiyyələri ilə 



daha xoşagələn olardı. 

Bayramın  humanist  dəyərləri  təkcə  bunlarla 

yekunlaşmazdı.  Bayram  günlərində  el  arasında  daha 

səmimi  münasibətlər  yaranar,  insanlar  bir-birinin  evinə 

bayramlaşmağa,  qohumgördüyə  gedər,  nişanlı  qızlara 

bayram  xonçaları  aparılardı.  Küsülülər  barışar,  evlərdə 

şadlıq,  xoş  əhval,  mehribanlıq  hökm  sürərdi.  Dövlət  də 

ölkədə  bayramı  rövnəqləndirər,  meydanlarda  şənliklər 

təşkil  edilər,  tamaşalar  göstərilərdi.  Təqsirkarların  cəzası 

bağışlanar, günahkarların cəzaları yüngülləşdirilər, bir sıra 

hallarda  isə  ökədə  geniş  əfvetmə  fərmanları  verilərdi.  El-

obada  bir-birindən  incik  düşənlər  bayramlaşıb  kinə, 

ədavətə,  qan  davalarına  son  qoyardı.  Eldən  ayrı  düşənlər 

evinə  qayıdar,  əsirlər  əfv  edilib  bağışlanar,  illərlə 

doğmalarından  ayrı  düşənlər  yenidən  öz  yurdlarına 

qayıdardılar. 

Göründüyü  kimi,  Novruz  həm  də  yüksək  mənəvi-

əxlaqi dəyərləri ilə cəmiyyəti irəli aparan, onu saflaşdıran, 

insanları  sülhə,  dostluğa  səfərbər  edən  böyük  tərbiyə 

məktəbi idi. 

Novruzda  demək  olar  ki,  bütün  ritual,  mərasim 

silsiləsi  və  yüksək  etik-estetik  dəyərləri  bərpa  edilmişdir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bayram  yüzilliklər  ərzində  türk,  eləcə  də  Şərq  xalqları 



içərisində  geniş  şəkildə  yayılmış,  yeni-yeni  tayfalar, 

xalqlar  arasında  şöhrətli  kütləvi  şənliklərlə  zəngin  yaz 

bayramı kimi tanınmışdır. 

Xalqımızın  XIX  yüzillikdəki  Türkmənçay  tarixi 

faciəsindən  sonra  imperiya  ideoloqları  müxtəlif  yollarla 

Novruzu  milli  yaddaşdan  silib  ilhaq  etdikləri  ərazilərdə 

yeni-yeni  bayramları  dəbə  mindirməklə  onu  gözdən 

salmasına, Sovetlər dönəmində Novruz üzərinə qadağa və 

yasaqlar qoyulmasına baxmayaraq, xalq öz məişətində və 

yaddaşında onu qoruyub-saxlaya bilmişdir. 

Fərəhli  haldır  ki,  cəmiyyətimiz  dədə-babadan  miras 

qalmış  Novruz  əxlaqi  dəyərlərini  bu  gün  də  yaşadıb 

davam  və  inkişaf  etdirməkdədir.  Azərbaycan  xalqı  öz 

Müstəqilliyini  yenidən  bərpa  etdikdən  sonra  –  1993-cü 

ildə Novruz bayramı prezident Heydər Əliyevin sərəncamı 

ilə ümumxalq bayramı elan edilmiş, onun üzərindən bütün 

qadağalar  götürülmüş,  xalq  Novruzu  hər  yerdə  özünün 

böyük  bayramı  kimi  kütləvi  şənliklərdə  qeyd  etməyə 

başlamış, Novruz beynəlxalq təşkilatlar tərəfindən yüksək 

qiymətləndirilərək dünyaya sürətlə yayılmağa başlamışdır. 

Novruz  bayramının  xalqımıza  məxsusluğunu,  onun 

Azərbaycan  xalqının  arxaik  düşüncəsilə  bağlılığını 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə