İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə24/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   20   21   22   23   24   25   26   27   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

YAġASAYDI 69 YAġI OLARDI 

 

    O,  İçərişəhərdə  musiqiçi ailəsində  doğulmuş,  ömrü 



boyu  Bakının  bu  unikal  guşəsinin  dolanbac  küçələrində 

gəzib  dolaşmış,  hamının  yadında  yaraşıqlı  və  mehriban, 

sadə,  gülərüz  və  təvazökar  bir  oğlan  kimi  qalmışdı.  Öz 

sənətinə  vurğunluğuna  görə  mənəvi  cəhətdən  şöhrətin 

içərisində  azmışdı.  Amma  şöhrət  qazana  bilmişdimi? 

Əlbəttə,  kifayət  qədər.  Lakin  Vaqif  Mustafazadəni 

xatırlayarkən  onun  taleyi  ilə  bağlı  iki  hiss  keçirirsən  – 

qürur  hissi  və  ağrı-acı!  Qürur  hissini  onu  bəstəkar, 

eksperimentator-pianoçu,  şedevr  musiqiçi  olduğuna  görə 

keçirirsən.  Çünki  o,  elə  bir  musiqiçi  idi  ki,  tənqidçilər 

onun  adını  prinsipcə  yeni,  Azərbaycan  lad  sistemi 

əsasında  cəza  istiqamətlənən  sənətkarlar  sırasına  daxil 

edirdilər. Ağrı-acıya gəldikdə, onu açmaq tələb olunmur. 

    V.Mustafazadə  cəmi  40  il  yaşadı.  Həyatı  yarımçıq 

kəsildi. Ölümü haqqında xəbər isə ildırım sürətilə yayıldı. 

Doğrudanmı  bu  xoş  təbəssümlü,  daim  dəri  gödəkçədə 

olan, bakılıların televiziya axşamlarını bəzəyən (o vaxtlar 

çox populyar olan ―Sevil‖ vokal ansamblının bədii rəhbəri 

kimi) Vaqif vəfat etdi! 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

    Mərkəzi  qəzetlərin birində  dərc edilmiş  bir  yazı  da 



ildırım  sürətilə  bütün  ölkəyə  səs  salmışdı.  Yazı 

―Nekroloqdan  əvvəl  və  sonra‖  adlanırdı.  Material  Vaqif 

Mustafazadənin  Respublika  Bəstəkarlar  İttifaqına  qəbul 

olunması  xahişi  ilə  yazdığı  ərizə  ilə  başlanırdı.  Sonra  da 

ittiham 

kimi 


səslənən 

bu 


ifadələr 

göstərilmişdi: 



“Azərbaycan  Bəstəkarlar  Ġttifaqının  Ġdarə  Heyəti 

Vaqif Mustafazadəni ali təhsili olmadığı üçün ittifaqın 

üzvlüyünə qəbul etmir”. 

    Onun  xoş  təbəssümünü  unutmaq  mümkün  deyil. 

Çoxları  onun  canından  artıq  sevdiyi  qızı  Əzizəni  əlindən 

tutub  necə  məktəbə  apardığını  yaxşı  xatırlayır.  Bu,  70-ci 

illərin  ortalarına  təsadüf  edirdi.  Onun  sevimli  ciyərparası 

ilə  xudahafizləşməsinin  yalnız  şahidi  olmaq  lazım  idi. 

Necə  də  əyilib  balaca  Əzizənin  ayaqqabılarının  bağını 

bağlayar,  saçını,  sancağını  düzəldərdi.  Sonra  da  üzündən 

öpüb uzaqlaşar, amma bir neçə dəfə geri dönüb arxasınca 

baxardı.  Qız  məktəbin  qapısına  çatar-çatmaz,  mehriban 

ata  səslənərdi:  ―Mən  bir  şey  unutmadım  ki?‖  Əzizə  yox 

işarəsi  kimi  başını  bulayanda,  Vaqif  yenidən  qaçıb  qızın 

yanına gələr, yenidən onu öpüb geri qayıdardı. 

    Onun  haqqında  çox  yazırdılar,  əlbəttə,  ən  çox 

pianoçu, caz musiqisinin təbliğatçısı, dünya caz sənətinin 

ulduzu  kimi.  O,  ulduz  oldumu?  Təbii  ki  oldu,  amma 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

birmənalı  qarşılanmırdı.  Bəziləri  iddia  edirdi  ki,  onun 



ulduzluğu bu günlə düz gəlmir.  Bəzi  söz-söhbətlər, dedi-

qodular  baş  alıb  gedirdi.  Vaqif  isə  bütün  bunlara  məhəl 

qoymadan yaradıcılığını davam etdirirdi. 

    İnsanlar  adət  etmədiklərinə  görə,  hər  hansı  bir 

yeniliyə  həmişə  şübhə  ilə  yanaşırlar.  Anlaşılmazlıq  isə 

qəbul edilmir, nifrət, qəzəb yaradır. Fərdilik isə başqa cür 

qəbul 

olunur, 


nadir 

hallarda 

təqdir 

edilir.  Axı 



anlaşılmazlıqla inkar arasında bir addım məsafə var. Ona 

görə də V.Mustafazadənin böyük ilhamla ifa etdiyi parlaq 

kompozisiyaları o zaman respublika Bəstəkarlar İttifaqına 

yaxın  buraxmırdılar: ―Ali  savadı  yoxdur‖  – söyləyirdilər. 

Elə  bil  musiqi  aləminə  yenicə  qədəm  basırdı.  Halbuki  o 

vaxt  V.Mustafazadə  bir  sıra  dəyərli  əsərlər  yazmışdı  ki, 

onlar  təkcə  bizim  ölkədə  deyil,  Polşa  və  Fransada,  eləcə 

də  başqa  xarici  məmləkətlərdə  də  uğurla  ifa  olunurdu. 

Təkcə  ümumittifaq ―Melodiya‖ firması  onun  əsərlərindən 

ibarət  valını  öz  ifasında buraxmışdı.  Ölümündən bir  neçə 

həftə  əvvəl  isə  fortepiano  ilə  orkestr  üçün  öz  konsertini 

görkəmli Azərbaycan dirijoru Niyaziyə təqdim etmişdi. O, 

teatrla  əməkdaşlıq  edir,  sənədli  filmlər  üçün  musiqi 

yazırdı.  Vaqif  Mustafazadənin  ―Əzizəni  gözləyərkən‖ 

əsəri 

1979-cu 


ildə 

Monakoda 

keçirilən 

caz 


kompozisiyaları 

bəstəkarlarının 

VIII 

Beynəlxalq 



müsabiqəsində I mükafata layiq görüldü. Vaqif o zamankı 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

İttifaqın  birinci  bəstəkarı  idi  ki,  həmin  forumda  belə 



yüksək pilləyə qalxmışdı. Bəli, o, musiqi  dünyasına təzə 

daxil  olmamışdı.  Amma  buna  baxmayaraq  o  zamankı 

Bəstəkarlar  İttifaqının  sorğu  kitabına  onun  adı  daxil 

edilməmişdi. 

    Məşhur musiqişünas  Artur Kestler demişdir:  ―Kəşf 

nə qədər orijinal olsa, onun nəticəsi daha aydın  görünər‖. 

Vaqif  Mustafazadənin  nümunəsi  bunu  təsdiqləyirdi.  Bu 

gün məhz V.Mustafazadənin yaradıcılığının nəticəsidir ki, 

musiqi  kataloqunda  ―Azərbaycan  cazı‖  termini  rəsmi 

surətdə daxil edilmişdir. Məhz bu fenomenlə dünya ona – 

Vaqif Mustafazadəyə borcludur. 

    Əfsus  ki,  biz  sənətkarlara  öləndən  sonra  qiymət 

verməyə  başlayırıq.  Bu  yerdə  mərhum  xalq  şairi  Cabir 

Novruzun  ―İnsanlara  sağlığında  qiymət  verin‖  fikri  yada 

düşür.  Hə,  Azərbaycan  televiziyası  V.Mustafazadənin 

vəfatının 

birinci 

ildönümü 

münasibətilə 

veriliş 


hazırlamışdı.  Amma  Vaqifi  elə  sağlığında  uğur  onu 

müşayiət  edirdi.  Belə  ki  o  son  dərəcədə  qısa  zaman 

kəsiyində  həm  SSRİ-də,  həm  də  xaricdə  böyük 

populyarlıq qazandı. Bəli, yalnız ölümündən sonra həmin 

verilişdən  sonra  bu  böyük  sənətkarın  əsl  yaradıcılığı  öz 

qiymətini  aldı.  Onu  ―Azərbaycan  cazının  banisi‖ 

adlandırmağa  başladılar.  Cəmi  bir  gecədə  adamların 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə