İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə32/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   28   29   30   31   32   33   34   35   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

"Dənizdə  neftçıxarmanın  səmərəliliyinin  yüksəldilməsi" 



mövzusunda  dissertasiya  müdafiə  edib,  texnika  elmləri 

namizədi alimlik dərəcəsi almasıdır. Əslində, N.Nuriyevin 

gördüyü  işlər,  onun  neft  sənayesinin  iqtisadiyyatına 

verdiyi  sanballı  gəlir  alimin  doktorluq  müdafiəsindən  də 

yüksəkdir.  Nuru  müəllim  bu  gün  də  elmi  axtarışlarını 

davam etdirir. 



 

HƏMKARLARI, DOSTLARI NURU NURĠYEV 

HAQQINDA 

 

Onu  tanıyanlar  neftçi-alim  haqqında  adətən  belə 



deyirlər:  "Mülayim  xasiyyətli  adam",  "Harada  işləyibsə, 

orada  yaxşı  ad  qoyub",  "İddiasız  insan",  "Nuru  müəllimə 

borcluyam", "Gənclərə örnəkdir". 

Nuru 


müəllim 

barədə 


akademik 

Azad 


Mirzəcanzadənin  fikirləri  isə  daha  maraqlıdır:  "Neft 

daşları  bir  sıra  ğörkəmli  neft  mütəxəssisləri  ilə  yadda 

qalıb:  Bəxtiyar  Məmmədov,  SüIeyman  Vəzirov,  Bəhmən 

Hacıyev  və  bir  çox  başqalarının  adları  bu  gün  hörmətlə 

çəkilir.  Son  illər  burada  daha  bir  neftçi  -  mütəxəssis 

çalışır. Bu, Nuru Nuriyevdir. Nuru müəllim Neft daşlarına 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

pis  vaxtda  gəldi  (hər  cəhətdən).  Belə  bir  vəziyyətdən 



ancaq həqiqi mühəndis baş çıxara bilərdi. Elə çıxartdı da. 

Nuru  Nuriyev  məhz  belə  bir  mühəndis  idi.  Öz  bacarığı, 

işgüzarlığı,  səriştəsi  və  təcrübəsilə  Nuru  Neft  daşlarında 

xeyli  səmərəli  iş  görüb.  Onun  fəaliyyətini  yüksək 

qiymətləndirirəm.  Doğrusu,  mən  Nurunu  görəndə  neft 

fatehlərini, o cümlədən Qurbanı görürəm. O məşhur neftçi 

gəlib gözlərimin önündə durur. Nuruda əsl mühəndisə xas 

olan 


keyfiyyətlər 

var.  O  yaxşı  kadrdır,  gözəl 

mütəxəssisdir, alimdir, yüksək səviyyəli mühəndisdir. 

 

AĠLƏ DƏ KIÇĠK BĠR CƏMĠYYƏTDĠR 

 

Nuru  Nuriyev  əsl  azərbaycanlılara  məxsus  ailə 



başçısıdır.  Tanrı  ona  bir  oğul  və  iki  qız,  beş  nəvə  payı 

verib.  Övladlarının  hər  üçü  ali  savadlıdır.  Oğlu  Bünyad 

babasının adını daşıyır. O da atasının açdığı cığırla gedir - 

neftçidir.  Atası  kimi  Neft  Akademiyasının  məzunudur. 

Əmək  fəaliyyətinə  qazmaçı  köməkçisi  kimi  başlayıb.  Öz 

bilik və bacarığı sayəsində pillə-pillə yüksəlib. Bir müddət 

Xəzər  Neft-Qaz  İstehsalat  Birliyində  Üzən  Qazma 

Qurğuları  Şöbəsində  mühəndis  işləyib.  Hazırda  isə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Azərbaycan  Dövlət  Neft  Şirkətində  Mərkəzi  İnformasiya 



və Operativ İdarəetmə üzrə referentdir.  

Nuru  müəllimin  sədaqətli  ömür  yoldaşı  Azərbaycan 

qadınlarına  xas  xanım-xatınlıq  rəmzi  olan  Tamara  xanım 

hazırda Bakı şəhər Qadınlar Cəmiyyətinə başçılıq edir. 

Ömrünün  müdriklik  çağını  yaşasa  da,  əvvəlki  kimi 

gənclik  həvəsi  ilə  işləyib-yaşayan  neftçi-alim  Nuru 

Nuriyevi  aldığı  yüksək  dövlət  mükafatı  -  "Şöhrət"  ordeni 

münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, 

şərəfli peşəsində uğurlar diləyirik. 

2002-ci il 

 

ĠÇƏRĠġƏHƏR TARĠXĠ MEMARLIQ 

ABĠDƏSĠDĠR 

 

BU UNĠKAL MƏKANI MÜHAFĠZƏ ETMƏK 



ÜÇÜN TƏXĠRƏSALINMAZ TƏDBĠRLƏRƏ 

EHTĠYAC VAR 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Qədim və unikal İçərişəhər. Tarixlərin yadigarı. Dəqiq 



tarixi  hələ  lazımınca  məlum  olmayan  bu  yaşayış  sahəsi 

sözün həqiqi mənasında, açıq  səma altında muzeydir.  Bu 

qəribə  şəhərin  özünəməxsus  relyefi,  makroiqlimi,  ab-

havası var. Dominovarı şəkildə bir-birinə bitişik olan orta 

əndazəli  yaraşıqlı  binalar,  əyri və  ensiz dolanbac qəmbər 

küçələr,  meynəli  və  işıqlı  aynabəndli  dalanlar.  Şəhər 

içində şəhər. 

Sahəsi 21 hektara bərabər olan İçərişəhərin ərazisində 

600-ə  qədər  müxtəlif  biçimdə  bina  var.  Əsrlərin  yadigarı 

olan  əzəmətli  tarixi  memarlıq  abidələrinin  sayı  isə  500-

dən  çoxdur.  Tarixi  memarlıq  qoruğu  ilə  yanaşı,  yaşayış 

zonası  sayılan  İçərişəhərdə  400-dən  artıq  adam  yaşayır. 

İlk dəfə 1952-ci ildə abidələri qeydə alınan, 1977-ci ildən 

"dövlət tarixi memarlıq abidəsi" statusu daşıyan İçərişəhər 

2000-ci  ildə  YUNESKO-nun  ümumdünya  mədəni  irs 

siyahısına daxil edilib. 

Amma  İçərişəhərin  qorunub  mühafizə  olunması 

yönümündə  tarixiləşən  bu  təqvim  qoy  heç  kimi 

yanıltmasın.  Burada  vəziyyət  ürəkaçan  səviyyədə  deyil. 

Çünki  İçərişəhər  kompleksi  indiyə  kimi    qorunub-

saxlanmayıb.  Belə  ki,  abidə  kompleksinin  qorunmasında 

yol  verilən  külli  miqdarda  qüsur  və  nöqsanların  qısa 

zaman kəsimində aradan qaldırılacağı, eləcə də bərpasında 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə