İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə28/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   24   25   26   27   28   29   30   31   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qəbul  olunur.  1976-cı  ildə  nəhayət,  ali  məktəbin  tələbəsi 



olmaq  səadəti  Şahlara  nəsib  olub.  Acılı-şirinli,  təqaüd 

ümidli tələbəlik həyatı... 

1982-ci  ildə  ali  məktəbi  başa  vuraraq,  bir  il  həkim-

inter  işləyib.  Bundan  sonra  o,  "Şuşa"  sanatoriyasında, 

doğma  rayonu  Füzulidə  rayon  mərkəzi  xəstəxanasında 

çalışıb. Burada 3 il anesteziologiya - reanimasiya şöbəsinə 

rəhbərlik edib... 

 

ÖMRÜNƏ YAZILAN ÜZÜNTÜLÜ ĠLLƏR... 

 

Azərbaycanın 



könüllülərindən 

ibarət 


Silahlı 

Qüvvələrinə  daxil  olan  həkimlərin  ilk  cərgəsinə  qoşulan 

Şahlar  Quliyev  1992-ci  ilin  sentyabrından  həqiqi  hərbi 

xidmətə  çağırılır.  Bu  çağırış  ürəyindən  olur.  Axı  döyüş 

bölgələrində onun kimi təcrübəli həkimlərə böyük ehtiyac 

var idi. Bir də Qarabağ, o cümlədən Füzuli bölgəsi imdad 

gözləyirdi.  Odur  ki,  Şahlar  N  hərbi  hissəsinə  tibb 

bölüyündə  hospital  taqımının  komandiri  vəzifəsinə  təyin 

olunur.  1995-ci  ilin  sentyabrına  qədər  bu  çətin  və  məsul 

vəzifədə  çalışır.  Sonra  da,  daha  doğrusu,  1995-1997-ci 

illər arasında N hərbi hissəsinin terapiya şöbəsinin, 1997-



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ci  ildən  2001-ci  ilin  aprelinədək  N  hərbi  hissəsində 



qastroenterologiya  bölməsinin  rəisi  vəzifəsini  yerinə 

yetirir.  Cəbhə  bölgəsində  çalışdığı  illər  onun  ömrünə 

yazılmış  ən  dəhşətli  və  üzüntülü,  ən  çətin  və  əzablı, 

insandan,  o  cümlədən  hərbi  həkimdən  dözüm,  iradə, 

rəşadət  və  risk  tələb  edən  illər  idi.  Yaralı  əsgərlərə  ilk 

tibbi  yardım  göstərir,  yeri  gələndə  təcili  surətdə  onların 

üzərində  cərrahiyyə  əməliyyatı  aparır.  Düşünüb-

daşınmadan  10  dəfələrlə  çox  qan  itirmiş  yaralıların 

venasına,  öz  qanından  birbaşa  qan  itirmiş  yaralıların 

venasına  qan  köçürmüş,  neçə-neçə  soydaşımıza  ikinci 

həyat  bəxş  etmişdir.  Bütün  bunları  həmişə  bir  həkim, 

vətəndaş, bəşər övladı kimi özünün müqəddəs borcu hesab 

edib.  Məhz  bundan  sonra  qəlbində  rahatlıq  tapıb, 

yüngülləşib.  Maraqlıdır  ki,  Şahlar  Quliyev  xidmətdə 

olduğu Qarabağ döyüş bölgəsində 10 minə yaxın hərbçiyə 

ilk  yardım  göstərib,  onları  müalicə  edib.  Onların  çoxusu 

bu gün də öz xilaskarını hörmətlə yad edir. 

 

HAġĠYƏ 

 

1994-cü  ilin  yay  günlərində  Füzuli  bölgəsində  gərgin 



döyüşlər  gedirdi.  Şahlar  eşidir  ki,  qardaşı  Ağabala  da 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

döyüş  bölgəsindədir,  tabor  qərargahının  rəisidir.  Döyüş 



zamanı  qardaşının  yaralandığını  ona  bildirirlər.  Həkim 

özünü qardaşına çatdırır və təcili yardım göstərilir. Özünə 

gələn  kimi  qərargah  rəisi  yenidən  döyüşə  tələsir.  Bundan 

narahat  olan  Şahlar  həkim  xahiş  edir  ki,  bu  tezlikdə 

döyüşə  getmək  olmaz.  Lakin  Ağabala  Quliyev  rəisi 

olduğü  tabor  sarıdan  nigaran  idi.  Ona  görə  də  yenidən 

döyüş 

bölgəsinə 



atılmağa 

hazırlaşır. 

Qardaşının 

xasiyyətinə  yaxşı  bələd  olan Şahlar həkim susmağa qərar 

verir. Tabor rəisi Ağabala Quliyev (o, hazırda Respublika 

Prokurorluğunda  çalışır)  əsgərlərin  yanına  qayıdan  kimi 

sanki bütün ağrı-acısını unutdu... 

Hippokratın  belə  bir  kəlamı  var:  "Xəstəliyi  təbiət 

sağaldır,  həkim  isə  ona  kömək  edir".  Dahi  Hippokrat  öz 

fikrində o cəhətdən haqlıdır ki, xəstənin sağalması təbiətin 

səxavətinə  qalır.  Müharibə  şəraitində  isə  yaralanmış  və 

sağlamlığını itirmiş hər hansı xəstənin yeganə ümidi məhz 

hərbi  həkimlərə  qalır.  Elə  bütün  varlığı  ilə  ondan  imdad 

gözləyən  Şahlar  Quliyev  kimi  hərbi  xidmət  həkimlərinə. 

Bunun  nəticəsidir  ki,  o,  çalışdığı  Füzuli  bölgəsində  qısa 

müddət  ərzində  472  yaralını  qəbul  edib,  hər  birini  təcili 

müayinədən  keçirib,  ilk  yardım  göstərib.  Kiminə  qan 

verib,  kimini  ciddi  müalicə  edib,  kiminin  üzərində 

cərrahiyyə  əməiiyyatı  aparıb.  Sutkanın  24  saatı  ərzində 

bəzən  bir  qurtum  çay  içməyə,  bir  loxma  çörək  yeməyə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

vaxt tapmayıb, həftələr, aylarla ev üzü görməyib, ailədən 



xəbər  tuta  bilməyib.  Amma  həmişə  gümrah  görünüb,  iş 

başında  farağat  dayanıb,  hamya,  hər  kəsə  yardım  əlini 

uzatmağa  hazır  olub.  Başa  düşüb  ki,  ölkə  müharibə 

vəziyyətindədir,  Vətənə  sağlam  müdafiəçilər  lazımdır. 

Hər  bir  əsgər  və  zabiti  tez  müalicə  edib  yenidən  döyüş 

bölgəsinə  göndərmək  üçün  təcili    tədbirlər  görülməlidir. 

Beləcə,  hərbi  həkimin  hər  günü,  hər  saat  və  dəqiqəsi, 

gərgin  və  dolğun  keçən  cəbhə  bölgəsindəki  fəaliyyəti 

ömür  kitabının  heç  vaxt  yaddan  çıxmayan  unudulmaz 

səhifələridir. 

Ş.Quliyev keçən ilin aprelindən Müdafiə Nazirliyinin 

Mərkəzi  Hərbi  Kliniki  Hospitalında  (MHKH)  çalışır, 

burada qastroenterologiya şöbəsinin rəisi vəzifəsini yerinə 

yetirir.  Onun  MHKH-də  hər  iş  günü  gərgin  keçir.  Gün 

ərzində neçə-neçə əsgər və zabit ona pənah gətirir. Ən çox 

mədə-bağırsaq  xəstəliyindən  əziyyət  çəkənlər  həkimə 

müraciət edirlər. Bu günlərdə biz də MHKH-də olduq və 

Şahlar həkimi iş başında gördük. Bir xeyli onun xəstələri 

müayinə  etməsinin,  dəqiq  diaqnoz  qoymaşının,  dəyərli 

məsləhət  verməsinin  şahidi  olduq.  Söhbət  zamanı  hərbi 

həkim  bildirdı  ki,  MHKH-də  hər  cür  müasir  diaqnostik 

aparatlar var. Onların köməyilə ən mürəkkəb xəstəliklərin 

düzgün  diaqnozu  qoyulur.  Bu  isə  vaxtında  müalicəyə 

başlamağa və xəstənin tez sağalmasına şərait yaradır. 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə