İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə31/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   27   28   29   30   31   32   33   34   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

mənimsəyirdi.  Amma  atası  bir  an  gözü  önündən  getmir, 



sanki  onu  müşayiət  edir,  üstündə  göz  olurdu.  Ancaq  nə 

edəsən  ki,  bütün  bunlara  baxmayaraq,  atası  uzaqda  idi. 

Nigaran qoymuşdu ailəni. Bünyad kişidən cəmi üç məktub 

gəldi. Sonra da "qara kağız..." 

Beləcə,  1951-ci  ildə  orta  məktəbi  uğurla  başa  vuran 

Nurunun  Bakı  həyatı  başlayır.  Nəhəng  şəhərin  qoynuna 

atılır. Arzusu ADU-nun fizika-riyaziyyat fakültəsinə daxil 

olmaq olsa da, Neft Akademiyasının tələbəsi olur. Tələbə 

adını  da  şərəflə  daşıyır.  Qrta  məktəbdə  olduğu  kimi,  ali 

məktəbdə  də  həmyaşıdlarına  şəxsi  nümunə  göstərir. 

Vaxtını ancaq oxumaq və öyrənməyə sərf edir. 

 

BU DA ĠSTEHSALAT! 

 

1956-cı ildə ali məktəbə "əlvida" deyən gənc Nurunun 



təyinatını indiki "Balaxanınefl"ə verirlər. İlk dəfə buruqlar 

meşəsini  görəndə,  xüsusilə  axşamlar,  özünü  əfsanəvi 

aləmdə hiss edir. Qalxıb-enən mancanaq dəzgahları sanki 

torpağa  səcdə  edir,  yerin  dərin  qatlarından  "qara  qızıl" 

çıxarır. Nuru əmək fəaliyyətinə neft hasilatı üzrə operator 

kimi başlayır. Adına əmək kitabçası yazılır və beləliklə, o 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

da  çoxminli  neftçilər  cərgəsinə  qoşulur.  Təcrübəli 



neftçilərin  qabaqcıl  iş  üsullarından  bəhrələnən,  təhsildə 

qazandığı  nəzəri  biliyi  istehsalatda  möhkəmlədən 

N.Nuriyev  qısa  bir  zamanda  öz  işinin  ustasına  çevrilir. 

Quyuların  iş  rejimini  yaxşı  öyrənən  gənc  neftçi  texniki 

rejimə  bir  sıra  yeniliklər  gətirir.  Hər  şeylə  maraqlanan, 

inadından  dönməyən,  texnikaya  dərin  maraq  göstərən 

N.Nuriyev öz peşəsində pillə-pillə yüksəlir. Bir neçə ildən 

sonra  isə  baş  mühəndis  vəzifəsinə  irəli  çəkilir.  Ancaq 

harada  işləməsindən  asılı  olmayaraq,  o  öz  vəzifəsinə 

həmişə ürəkdən, vicdanla yanaşmışdır. 

Ona görə də daim işi təriflənmiş, başqalarına nümunə 

göstərilmişdir. 

O  illərdə  N.Nuriyevin  işgüzarlığı,  qabiliyyəti, 

prinsipiallığı,  nöqsanlara  qarşı  barışmazlığı  başqa 

millətlərdən  olanların  (xüsusilə  məkrli  ermənilərin) 

xoşuna  gəlmir,  qısqanclıq,  pislik  hissilə  coşub-daşır  və 

Nuru  barəsində  rəhbərliyə  donos  yazır,  onu  gözdən 

salmağa,  ləkələməyə  çalışır,  arabir  istəklərinə  də  nail 

olurdular.  Lakin  haqq  gec-tez  öz  yerini  tutur  və  Nurunun 

uğurları bədxahların arzularını ürəyində qoyurdu. 



 

SALAM, ƏFSANƏVĠ DƏNĠZ ġƏHƏRĠ! 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

3  iyun  1985-ci  il.  Bu,  N.Nuriyevin  Neft  daşlarında 



fəaliyyətə  başladığı  tarixdir.  O  vaxtkı  Sov.İKP  XXII 

qurultayı  adına  Neft  və  Qazçıxarma  İstehsalat  Birliyinə 

baş  mühəndis  təyin  edilmişdir.  Daha  doğrusu,  gənc 

Nurunu  bu  vəzifəyə  o  vaxtkı  Neft  və  Qazçıxarma 

Ümumittifaq  Sənaye  Birliyinin  baş  direktoru,  məşhur 

neftçi,  Sosialist  Əməyi  Qəhrəmanı  Qurban  Abbasov 

tövsiyə  etmişdir.  Nuru  Nuriyevin  əmək  fəaliyyətinin  ən 

çətin  dövrü  də  o  illərdən  beləcə  başlayır.  Bəxtiyar 

Məmmədovun,  Bəhmən  Hacıyevin,  Qurban  Abbasovun, 

Xanoğlan  Bayramovun,  Akif  Cəfərovun  və  İsrafıl 

Hüseynovun,  eləcə  də  onlarla  neft  korifeylərinin  işlədiyi 

və  qurub-yaratdığı  ənənəni  Nuru  Nuriyev  davam 

etdirəcəkdi. Davam  etdirdi  də. Həm  də  layiqincə, şərəflə. 

Nuru  Nuriyev  qabaqcadan  onu  da  bilirdi  ki,  təlatümlü, 

şıltaq  Xəzərin  suları  qoynunda,  açıq  dənizdə,  həm  də 

estakadalar üzərində işləmək hər oğulun işi deyil. "Dəniz 

cəsurları  sevir"  -  ifadəsi  də  bu  fikri  təsdiqləyir.  Çünki  bu 

yolda  qurban,  qada,  bəzən  həyatın  bahasına  başa  gələn 

risklər  də  olur.  Quruda  müəyyən  təcrübə  qazanmış  Nuru 

müəllim,  necə  deyərlər,  qolunu  çırmayıb  işə  başladı.  İlk 

öncə, o, elm və texnikanın son nailiyyətlərinin istehsalata 

tətbiqinə  geniş  meydan  verdi.  Belə  ki  müxtəlif  elmi 

institutların  elmi  əməkdaşlarını  iş  meydanına  dəvət  etdi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Birlikdə 



təcrübələr 

aparıldı, 

işgüzar 

söhbətlər, 

mübahisələr keçirildi. Nurunun özü də hasilatın artırılması 

üçün neçə-neçə səmərələşdirici təklif və ixtiralar üzərində, 

necə  deyərlər,  baş  sındırdı,  gecə-gündüz  işlədi.  Onları 

sınaqdan  keçirdi,  sonra  da  cəsarətlə  istehsalata  tətbiq 

edildi və gözəl iqtisadi səmərə əldə olundu. 

 

ONUN ĠXTĠRALARI 

Neft daşlarında çalışdığı illərdə elmi axtarışlar, uğurlu 

nəticələr  baxımından  Nuru  Nuriyevin  ömrünün  ən 

səmərəli və  ən müdrik  vaxtı hesab olunur.  Belə  ki  həmin 

vaxt  yaradıcı  neftçi  50-yə  yaxın  elmi  məqalə  yazıb  çap 

etdirmişdi.  Həmin  yazılar  neft  sənayesinin  müxtəlif 

sahəsinə həsr olunmuşdur. Təkcə onu demək kifayətdir ki, 

o, 100-dən çox səmərələşdirici təklifin, 25-dən artıq ixtira 

və  patentin  müəllifidir.  Onun  istehsalata  tətbiq  olunan 

təkcə 9 patenti 15 milyard 421 milyon 641 min 608 manat 

iqtisadi 

səmərə 


vermişdir. 

Bunun 


da 

üstünə 


səmərələşdirici  təkliflərdən  əldə  olunan  iqtisadi  səmərəni 

gəlsək,  onda  Nuru  müəllimin  neft  sənayesinə  verdiyi 

faydanın miqyasını aydın görə bilərik. 

N.Nuriyevin  bütün  axtarışlarının,  gərgin  əməyinin, 

yuxusuz  gecələrinin  məntiqi  nəticəsi  1990-cı  ildə 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə