İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə39/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   35   36   37   38   39   40   41   42   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

oxuculara  tanıtmaq  istəyirəm.  Adı  Vüqar,  soyadı 



Fərziyevdir.  Dələduzluq  və  fırıldaqla  məşğul  olan  Vüqar 

yağlı,  necə  deyərlər,  varlı-pullu  müəssisələrə  daxil  olur, 

özünü Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri (yaxud 

getdiyi müəssisə və idarədən asılı olaraq başqa adla) kimi 

təqdim  edib,  iş  düzəltmək  adı  altında  (ilanı  yuvasından 

çıxaran  dil  tökmək  qabiliyyəti  var)  adamlardan  külli 

miqdarda pul alıb aradan çıxır. Bu günlərdə onun üstündə 

öz  fotoşəkli  olan  bir  vəsiqəsini  ələ  keçirə  bilmişik. 

Vəsiqədə  Vüqar  Fərziyev  Azərbaycan  Reşpublikası 

Əfqanıstan  və  Qarabağ  Veteranlar  İttifaqının  "Mübarizə" 

qəzetinin  mətbuat  xidmətinin  rəhbəri  kimi  göstərilir. 

Vəsiqənin  nömrəsi  002-dir.  Vəsiqəni  də  öz  dəst-xəttilə 

imzalayıb, ona qol çəkən Əfqanıstan Veteranlar İttifaqının 

sədri Məmməd İsgəndərovdur. Özü də vəsiqə 31.12.2002-

ci  ilədək  etibarlıdır.  Maraqlıdır,  Məmməd  müəllim  hansı 

əsasla  fəaliyyətdə  olmayan  bir  qəzetin  -  "Mübarizə"nin 

mətbuat  xidmətinin  rəhbəri  vəsiqəsini  Vüqar  Fərziyevə 

təqdim  etmişdir?  Biz  məsələni  aydınlaşdırmaq  məqsədilə 

Ədliyyə  Nazirliyində  olduq.  Xeyli  get-gəldən  sonra  bizə 

konkret olaraq məlumat verdilər ki, nazirlikdən nə belə bir 

qəzet  qeydiyyatdan  keçib,  nə  də  Əfqanıstan  Veteranları 

İttifaqı  kimi  belə  bir  ittifaq.  Biz  axtarışımızı  davam 

etdiririk.  Vüqarı  da  tapıb  onun  törətdiyi  əməllərə  görə 

(aldadıb aldığı külli miqdarda pullara görə) cinayətə cəlb 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

etməyə, ona hansı təmənnaya görəsə yalançı vəsiqə verib. 



Vüqarı  cinayətə  sövq  edən  ƏVİ-nin  sədri  Məmməd 

İsgəndərovu da. Qoy belə fırıldaqçı dələduzlara aramızda 

yer olmasın! 

P.S.  Vüqarın  bir  neçə  nəfəri  də  aldadaraq  onlardan 

müxtəlif  məbləğdə  pul  qoparmasını  eşitmişdim.  Yaxşı 

tanıdığım  bir  özəl  ali  məktəb  professorunun  da  saqqızını 

oğurlayan Vüqar nəvəsini bir nüfuzlu məktəbə düzəltmək 

bəhanəsi  ilə  ondan 200  manat  almış  və  qeybə  çəkilmişdi. 

Amma  o,  uzağa  gedə  bilmədi.  Vüqarı  tanıyan  qeyri  bir 

tanışımdan  onun  telefon  nömrəsini  öyrəndim.  O  mənə 

söylədi  ki,  Vüqar  tapa  bilmədiyi  hansısa  maşın  hissəsini 

axtarır. Sən ona zəng vur de ki «zavqaram» və məndə hər 

cür  maşın  hissələri  var.  Gəl  bu  ünvana,  al  apar.  Belə  də 

etdim. Müəllimi də başa salıb, qabaqcadan evimizə dəvət 

etdim.  Maraqlı  səhnə  qurulmuşdu  Vüqar  üçün.  Belə  ki 

onu  evimizin  qarşısında  qarşıladığım,  «zavqar»  kimi 

qapıdan  içəri  salıb  arxadan  qapını  bağladım.  Bu  zaman 

müəllimlə qarşılaşan Vüqar sarısını uddu, əsməyə başladı 

və  dərhal  200  manatı  çıxarıb  müəllimə  uzatdı.  Beləcə, 

Vüqar  ifşa  olundu.  O,  fırıldağından  əl  çəkəcəkmi?  – 

Bilmirəm.  



2005-ci il 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

ANA DĠLĠMĠZĠ QORUYAQ 



 

Azərbaycan dilinin saflığı uğrunda mübarizə 

aparmıĢ Xalq Ģairləri Xəlil Rza Ulutürk və Bəxtiyar 

Vahabzadə 

 

Hər  bir  xalq  öz  ana  dili  ilə  tanınır,  öz  fikrini  məhz 



doğma  dili  ilə  başqalarına  bildirir.  Çünki  dil  ən  mühüm 

ünsiyyət  vasitəsidir. Hər bir kəs öz dili  ilə fəxr  edir, onu 

qoruyur,  zənginləşdirir.  Əbəs  yerə  demirlər  ki,  bir  xalqı 

məhv etmək istəyirsənsə, ilk növbədə, onun dilini əlindən 

al. Amma elə xalq da var ki, özü məhv olub gedib, hazırda 

mövcud  deyil,  dili  isə  bu  gün  də  yaşayır.  Latın  dili 

dediyimizə  misal  ola  bilər.  Maraqlı  orasıdır  ki,  dərman 

preparatlarının adları məhz dediyimiz latın dilində yazılır. 

Elə  xalqlar  da  var  ki,  onların  dilləri  sıxışdırılaraq  aradan 

çıxıb və həmin xalqlar başqa dildə danışır, o dil vasitəsilə 

başqaları ilə ünsiyyət qurur. 

Bu gün ingilis, rus, fransız, alman, çin dilləri dünyada 

geniş yayılmışdır. Maraqlıdır ki, ABŞ-da da ingilis dilində 

danışırlar  və  bu  dil  Amerika  kimi  nəhəng  bir  ölkənin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dövlət dili hesab olunur. Avropa ilə Asiyanın qovşağında 



yerləşən  Azərbaycan  da  öz  qədim  dilinə  malikdir. 

Həsənoğludan  üzbəüz  Füzuli,  Nəsimi,  Şah  İsmayıl  Xətai, 

Xan  qızı  Natəvan,  Qasım  bəy  Zakir,  Vaqif,  Mirzə  Fətəli 

Axundov, 

Aşıq 

Alı, 


Dədə 

Ələsgər, 

Cəlil 

Məmmədquluzadə,  Səməd  Vurğun,  Mikayıl  Müşfiq, 



Bəxtiyar  Vahabzadə,  Əli  Kərim,  Xəlil  Rza  Ulutürk... 

Azərbaycan  dilini  şəddü-şəkər  hesab  etmiş,  bu  dilin 

çoxçalarlılığından  öz  yaradıcılıqlarında  gen-bol  istifadə 

etmiş,  dilin zənginləşməsi  üçün xeyli  əmək sərf  etmişlər. 

Rus  imperiyasının  qılıncının  qabağının  da,  arxasının  da 

kəsdiyi  70  il  ərzində  bütün  Orta  Asiyada,  ələlxüsus 

Qazaxıstanda  olduğu  kimi,  bizim  respublikada  da 

Azərbaycan  dili  sıxışdırılmış,  məhdudlaşdırılmışdır. 

Respublikanın  hər  yerində,  eləcə  də  rayonlarımızda  rus 

məktəblərinin 

şəbəkəsi 

genişləndirilmişdir. 

Bütün 

tədbirlər  -  yığıncaq  və  iclaslar,  plenum,  konfrans  və 



qurultaylar  məhz  rus  dilində  aparılırdı.  Mötəbər 

yığıncaqlarda hətta sıravi sağıcı qadın, adi fəhlə və çoban 

da  mütləq  rus  dilində  çıxış  etməli  idi.  Başqa  cür  ola  da 

bilməzdi.  Yazıq  sağıcı,  adi  fəhlə  və  ya çoban da  hıqqına-

hıqqına,  sözlərin  qol-qanadını  sındıra-sındıra  çıxışını 

birtəhər başa vurub canını qurtarırdı. Azərbaycanlıların öz 

doğma  dilində  danışmağa  gerilik  kiml  baxıb,  belələrini 

"çuşka"  adlandırırdılar.  Rus dilli təhsili  olanlara üstünlük 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə