İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə47/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   43   44   45   46   47   48   49   50   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

VƏSĠYYƏTƏ 

ƏMƏL 

ETMƏK 

MÜMKÜN 

OLMADI 

 

Ağa  Musa  70  il  ömür  sürüb,  1919-cu  ildə  vəfat  edib 



və  Çəmbərəkənd  qəbiristanlığında  torpağa  tapşırılıb. 

Dəfni  çox  təmtəraqlı  keçib.  Bakı  əhalisi  -  "məmə 

yeyənden pəpə deyənə qədər" dəfndə iştirak edib. 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra 

Ağa  Musa  Nağıyev  kimi  xeyriyyəçilərə  "istismarçı", 

"kapitalist"  damğası  vuruldu.  Onların  məzarlarını  belə 

urvatdan  salır,  həmin  məzarları  hətta  qohum-əqrəbanın 

ziyarət etməsinə imkan vermirdilər.  

1931-ci  il  gəldi.  Azərbayçan  bolşevikləri  Bakının  ən 

uca  nöqtəsində  -  Dağüstü  parkda  "alovlu  natiq"  Kirovun 

elə bir heykəlini ucaltmağı qərara almışdılar ki, o, şəhərin 

hər  yerindən  görünsün.  Şəhər  əhalisinə  xəbərdarlıq 

edilmişdi  ki,  kim  istəsə,  ölüsünün  sümüklərini 

Çəmbərəkənd  qəbiristanlığından  çıxarıb,  başqa  bir 

qəbiristanlıqda  dəfn  edə  bilər.  Yiyəsiz  qəbirlər  qısa  bir 

vaxtda  yerlə-yeksan  edildi..  Bu  xəbəri  eşidən  Ağa 

Musanın  qohumları  bərk  təşvişə  düşdülər.  Mərhumun 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qardaşı  oğlu  Əliəsgər  o  vaxt  yüksək  vəzifədə  işləyirdi, 



lakin  dövrün  qorxusunu  başı  üstündə  hiss  edərək 

(milyonçu  kapitalistin  qohumu  olduğuna  görə)  bu  işə 

əvvəlçə yaxın durmur. Onda M.Nağıyevin qardaşı Ağaəli 

ilə  qardaşı  gəlini  (biz  onun  haqqında  bir  az  sonra  söhbət 

açacağıq)  Zəhra  xanım  onun  sümüklərini  oradan  çıxarıb 

xüsusi  qutuya  yığmış,  vaxtı  ilə  qardaşı  Ağaəli  üçün 

Verxni  Priyutski  (indi  Şamil  Əzizbəyov,  28)  küçəsində 

rəhmətliyin  hədiyyə  olaraq  tikdirdiyi  və  hazırda  onun 

nəslinin  törəmələrinin  kirayənişin  qismində  yaşadıqları 

evə gətirirlər. 

Qardaşı Ağaəlinin dediyinə görə, Ağa Musa vəsiyyət 

edibmiş  ki,  onu  Kərbəlada  dəfn  etsinlər.  Lakin  o  illərin 

narahatlığı,  gərginliyi  bu  vəsiyyəti  həyata  keçirməyə 

imkan  vermir  və  beləliklə,  Ağa  Musa  Çəmbərəkənddə 

dəfn  olunur.  Dağdan  ağır  qardaşının  vəsiyyəti  Ağaəlinin 

ürəyindən  daş  olub  asılır,  ona  görə  də  qardaşının 

sümüklərini  uzun  müddət  evdə  saxlayır  ki,  fürsət  düşən 

kimi  qardaşının  vəsiyyətini  yerinə  yetirib,  heç  olmasa 

sümüklərini  Kərbəlada  aparıb  dəfn  etsin.  Lakin  Ağa 

Musanın  qardaşının  qayınanası  Məsmə  xanım  bu  xəbəri 

eşidəndə, dəhşətə gəlir. Qatı dindar olan bu qadın deyir ki, 

rəhmətliyin sümüklərini torpağa tapşırmamaq şəriətimizə, 

dini-şiə  və  Qurani-Kərimə  yerli-dibli  ziddir.  Kərbəla 

məsələsinə  gəldikdə  isə,  indi  bu  barədə  əsla  söhbət  gedə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

bilməz.  Həm  də  artıq  var-dövlət  əldən  çıxmışdı: 



nağıyevlər nəsli müflis vəziyyətinə düşmüşdü. Çox götür-

qoydan  sonra  əlacsız  qalıb  Ağa  Musanın  sümüklərini 

təzədən  yuyur,  qusul  verir,  xüsusi  hazırlanmış  qutuya 

qoyub,  Quran  oxutdurur,  onu  Biləcəri  qəbiristanlığında 

basdırırlar.  Qəbiri  də  nişanlayırlar  ki,  bu  məzar  birovuz 

sayılır  və  imkan  düşən  kimi,  qəbir  sahibinin  vəsiyyətinə 

əsasən  Kərbəlaya  aparılacaqdır.  Lakin  vəziyyət  getdikcə 

çətinləşir, Ağa Musanın vəsiyyəti yaddan çıxır... 



 

AĞA MUSANIN QOHUMLARI 

 

Hacı  Əli  oğlunun  üç  oğlu  olub.  Ağa    Musa  onların 



böyüyüdür. 

Ortancıl  qardaşın  adı  Ağaəli,  kiçiyininki  isə  Yusifəli 

olub. Həyat yoldaşı Ümmüldən İsmayıl adlı bir oğlu olur. 

Çox  ucaboy,  qamətli,  savadlı,  xeyirxah  olan  bu  gənç 

yuxarıda  qeyd  etdiyimiz  kimi,  nakam  ölür  -  27  yaşında 

həyatla  vidalaşır.  Musa  Nağıyev  kimi  milyonçu  oğlunu 

amansız  xəstəliyin  pəncəsindən  qopara  bilmir.  Çünki 

vərəm  xəstəliyini  o  zaman  yalnız  xaricdə  müalicə  etmək 

mümkün  idi.  Düzdür,  İsmayılı  da  müaliçə  etmək  üçün 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

xaricə  aparırlar.  Lakin  xəstəliyin  vaxtı  keçdiyindən, 



dərdinə  əlaç  olmur.  "İsmailiyyə"  binasını  Ağa  Musa 

oğlunun şərəfinə tikdirmişdi. 

Ağa  Musanın  qızı  Ümmü  isə  milyonçu  Şəmsi 

Əsədullayevin  oğlu  Mirzəyə  ərə  gedir.  Onların  bu 

nikahından  Ümbül  adlı  bir  qızı  dünyaya  gəlir  (Anası 

doğuş  üstündə  öldüyünə  görə,  adını  qızına  verirlər). 

Sonradan  həyatın  gərdişi  onu  o  uzaq  Fransaya  aparıb 

çıxarır  və  Banin  ləqəbi  ilə  bu  ölkənin  məşhur  yazıçısına 

çevrilir. 

Əsərlərinin 

əksəriyyətinin 

mövzusunu 

Azərbayçan,  Qafqaz  təşkil  edir.  İki  milyonçunun  nəvəsi 

bu yaxınlarda Fransada vəfat etmişdir. 

Ağaəli  Nağıyevin  2  arvadı  olub.  Balaçaxanım  adlı 

arvadından  6  oğlan  -  Ağa  Kazım,  Zeynal,  Haman, 

Abdulla,  Məmmədəli,  Ağa  Tağı,  2-ci  arvaddan  isə 

Əliəsgər və Həmid adlı 2 oğlu olub. 

Yusifəli  Xədicə  xanımla  ailə  qurub.  Lakin 

qismətlərinə  övlad  payı  düşməyib  və  Yusifəli  cavankən 

dünyasını dəyişib. 

Nağıyevlər  nəslinin  davamçısı  Musa  Nağıyevin 

qardaşı  oğlu  Əliəsgər  5  övlad  atası  olub:  Rauf,  Solmaz, 

Ağaəli,  Çingiz,  Dilarə  xanım.  Hazırda  onlardan  Rauf, 

Solmaz və Dilarə xanım sağdırlar. 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə