İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə48/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   44   45   46   47   48   49   50   51   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

DĠLARƏ XANIMIN DEDĠKLƏRĠNDƏN 

-  Bakı  milyonçusu,  xalqımızın  xeyriyyəçi  oğlu, 

atamın  əmisi  Ağa  Musa  ilə  fəxr  edirəm.  İllər  keçdikcə, 

onun  xalqı  üçün  gördüyü  işlər  öz  layiqli  yerini  tutduqca, 

qəlbimdə  yüngüllük  hiss  edirəm.  Əvvəlkitək  milyonçu 

kapitalistin qohumu kimi adamlardan qaçmıram. 

Atam  Əliəsgər  incəsənət  işçisi  idi,  Fərəc  ləqəbi  ilə 

tanınırdı.  Dövrünün  sayılıb-seçilən  rejissoru,  aktyoru, 

rəssamı və teatr xadimi idi. O, gözəl ailə başçısı idi. Həyat 

yoldaşı  Zəhra  xanımı  ülvi  məhəbbətlə  sevir,  onu  necə 

deyərlər,  gözünün  üstündə  saxlayırdı.  Çox  gözəl  və 

yaraşıqlı  olan  anamı  atam  bir  an  da  olsun  gözündən 

kənara  buraxmazdı.  Baxmayaraq  ki,  anam  vəfalı  arvad, 

gözəl  ana  idi.  Anamın  bütün  paltarlarını  atam  özü 

zövqünə  uyğun  tikərdi,  təki  başqa  dərzi  -  bu  dərzi  hətta 

qadın  olsa  da  -  onun  əndamını  görməsin.  Həm  də  atam 

incəsənətin bir çox növlərində olduğu kimi, dərzilikdə də 

məşhur  idi.  Yeni  bir  tamaşa  hazırlanıb,  teatrda 

göstəriləndə,  atam  tez  əl-ayağa  düşər,  dünyalar  qədər 

sevdiyi,  gözəlliyi  ilə  öyündüyü  həyat  yoldaşı  üçün 

münasib  paltar  tikər  və  ona  uyğun,  çox  zaman  da  elə 

həmin  parçadan  ayaqqabı  tikdirərdi  ki,  anamın  gözəlliyi 

kimi  geyimi  də  teatra  gələn  qadınların  geyimindən 

fərqlənsin. Həqiqətən də anam çox cazibədar qadın idi. 8 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

bacının  ən  gözəli  idi.  O,  qeyrətdə  də  yeganə  idi.  5  övlad 



böyütmüşdü  anam.  Ağa  Musa  ocağına  gözəl,  namuslu, 

ruzili bir gəlin kimi daxil olmuşdu. 

Ağa 

Musanın 


sümüklərinin 

Çəmbərəkənddəki 

qəbirdən  çıxarılmasında  onun  qardaşı  Ağaəli  ilə  gəlini, 

yəni  anam  Zəhra  xanım  fəallıq  göstərdilər.  Çıxarılan 

sümüklər uzun müddət evdə qaldı. Ağanın Kərbəlada dəfn 

olunması  haqqında  vəsiyyəti  həyata  keçmədi.  Çünki  ailə 

çox  müflisləşmişdi.  Bu  zaman  çox  tədbirli  qadın  olan 

anam  xeyli  götür-qoydan  sonra  boynunun  mirvarisini 

qayınatasına  satdırdı  və  ikisi  birlikdə  Ağa  Musanın 

sümüklərini Biləcəridə haqq yerinə tapşırdılar. 

Yadımdadır,  atam  danışardı  ki,  Ağa  Musaya  atası 

deyərmiş:  "Oğul,  bacardığın  qədər  çox  bina  tikdir.  Neçə 

bina tikdirsən, ömrün bir o qədər uzanar". 

Uzun  müddət  biz  hərdənbir  Ağa  Musanın  tikdirdiyi 

yaraşıqlı 

binaların 

qarşısından 

keçərkən, 

atam 

təəssüflənərdi  ki,  gör,  kişi  nə  çür  imarətlər  qoyub  getdi, 



biz isə onun hətta adını da qorxa-qorxa çəkirik. 

 

VARĠSĠN ARZUSU... 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Sözünün  sonunda  Musa  Nağıyevin  qonumu  Dilarə 



xanım  onu  da  bildirdi  ki,  indi  bu  xeyriyyəçi  milyonçu 

haqqında ürəkdən  yazın, xalqa onu Azərbaycanın müdrik 

və zəkalı bir oğlu kimi tanıtdırırlar. Haqq, ədalət öz yerini 

tapdı.  Ancaq  Dilarə  xanım  arzusunu  da  bildirdi:  Bakının 

28  May  küçəsində  Musa  Nağıyevin  vaxtilə  tikdirdiyi 

yaraşıqlı  binaların  birinin  fasadında  onun  barelyefi 

görünsün, ədəbi  qaynaqlarda  "xəsis", simic" sözləri  onun 

üstündən  götürülsün  və  "qənaətcil"  sözü  ilə  əvəz  edilsin. 

Qoy  Ağa  Musanın,  Ağaəlinin  və  Əliəsgərin  ruhları 

bununla şad olsun! 



Avqust 1977-ci il 

 

 



 

OYAT BU XALQI, ARAZ ELSƏS! 

 

O, BĠR ORDUYA BƏRABƏRDĠR 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Onu  ilk  dəfə  ekranda  görmüşdüm.  Ucaboy,  yaralıqlı, 



aydın baxışlı bir gənc kimi yadımda qalmışdı Araz. Sazlı-

sözlü,  əsl  ozan  təki.  Sazı  dilə  gətirib,  ürəyinin 

dərinliyindən  kükrəyib  gələn  nəğmələrini  elə-belə,  adi 

tərzdə, sakitcə dinləmək mümkün deyil. Çünki damarında 

əsl  azərbaycanlı  qanı  axan,  Vətənini  sevən,  onun 

bütövlüyü  uğrunda  mübarizə  aparan  bir  gəncin  ifa  etdiyi 

mahnılar  adamın  iliyinə  işləyir,  qanını  coşdurur,  qəlbini 

alovlandırır. 

Araz Elsəs o taylı Azərbaycanda böyüyüb başa çatıb. 

Amma  özünü  dərk  edəndən  İrandakı  rejimin  Azəri 

türklərinə,  Azərbaycan  dilinə  qarşı  ögey  münasibət,  fars 

hegemonçuluğu,  30  milyonluq  soydaşlarımızla  mövcud 

rejimin hesablaşmaması erkən çağlarında Arazın qəlbində 

etiraz  alovunu  gücləndirmiş,  onu  sazla  həmdəm  olmağa 

sövq  etmişdir.  Bütöv  Azərbaycanın  dərdi,  onun  yarıya 

bölünməsi  Arazın  gur  səsi  vasitəsilə  ölkələr  dolaşdıqca, 

dünyaya yayıldıqca, ozan qəlbində daha böyük təpər tapır, 

Azərbaycan elçisi kimi hər yerdə hərarətlə qarşılanır. 

 

GörüĢ baĢ tutdu 

 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə