İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə46/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   42   43   44   45   46   47   48   49   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bu  isə  reallıqdan  kənarlaşmaq,  uzaqlaşmaq  deməkdir. 



Milli  mətbuatımızın  ilk  qaranquşu  olan  "Əkinçi"nin 

ruhunu unutmaq olmaz! 



 “Yeni era” qəzeti, 19.01.1998-ci il 

 

TĠKDĠ KĠ ĠZĠ QALSIN... 

 

Musa Nağıyev haqqında bildiklərimiz və 

bilmədiklərimiz 

 

O xəsis deyildi 

 

Azərbaycanda  sahibkarlığın,  milli  burjuaziyanın 



tarixindən  söhbət  açanda,  ilk  növbədə,  məşhur 

xeyriyyəçilərimiz  Zeynalabdin  Tağıyev,  Musa  Nağıyev, 

Şəmsi Əsədullayev, Murtuz Muxtarov, Seyid Mirbabayev, 

Binəqədili  Səlimov,  Hacı  Hacağa,  İsabəy  Hacınski  və 

başqaları  yada  düşür.  Vaxtilə  bu  məşhur  milyonçuları 

təkcə  Azərbaycanda,  Qafqazda  və  Rusiyada  deyil, 

dünyanın bir sıra başqa ölkələrində də yaxşı tanıyırdılar. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Görkəmli  tədqiqatçı  alim,  ensiklopedik  biliyə  malik 



qocaman  nasir  və  tərcüməçi  Manaf  Süleymanov  Bakının 

keçmişindən,  onun  keşməkeşli  günlərindən,  acılı-şirinli 

tarixindən  bəhs  edən  "Eşitdiklərim,  oxuduqlarım, 

gördüklərim" adlı kitabında milyonçuları iki qismə bölür: 

birincisi,  neft  milyonçuları,  yəni  neftxudalar,  ikincisi  isə, 

"sandıq  milyonçuları",  yəni  pulu  sandıqda  üst-üstə  yığıb, 

yalnız sələmçilik  yolu  ilə,  yaxud da malı  "öldürə-öldürə" 

ucuzlaşdırandan  sonra  alıb,  baha  qiymətə  satmaqla 

varlanan milyonçular. 

Ağa  Musa  Nağıyev  birincilərdən  idi.  Onun  dövrü, 

fəaliyyəti, 

işgüzarlığı, 

halal 

zəhməti 


layiqincə 

qiymətləndirməyi  bacarması  və  qənaətcilliyi  barəsində 

çoxlu  fakt  və  rəvayət  var.  Ağızdan-ağıza  keçən  bu 

rəvayətlərin  bəzilərində  o,  xəsis  adam  kimi  təsvir  olunur 

və  beləliklə  də,  gördüyü  böyük  işlərin,  milyonçunun 

xeyirxah  əməllərinin  üstünə  kölgə  salınır.  Halbuki  Musa 

Nağıyev  inqilabdan  qabaqkı  Bakımızın  memarlıq 

simasının  formalaşması  üçün  böyük  əmək,  enerji  və 

əlbəttə,  milyonlarını  "uf"  demədən  sərf  etmişdir.  Maarif 

və  səhiyyə  sahəsində  bir  sıra  xeyirxah  işlərini  də  bura 

əlavə  etmək  olar.  Təəssüf  ki,  biz  bu  güclü,  təpərli  və 

sözükeçən  şəxsiyyətin  fəaliyyətini,  doğma  xalqı  üçün 

gördüyü işləri hələ dəyərincə qiymətləndirməmişik. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bəllidir  ki,  Azərbaycanın  neft  maqnatlarından  biri 



kimi  tarixə  düşmüş  Ağa  Musa  Hacı  Əli  oğlu  Nağıyev 

Bakı  şəhərinin  Biləcəri  qəsəbəsində  yoxsul  bir  ailədə 

həyata  göz  açmışdır.  Erkən  çağlarından  fiziki  əməklə 

məşğul olmuş, əvvəlcə hambalçılıq etmiş, bu yolla qəpik-

quruş  qazanmış,  heç  vaxt  israfçılıq  etməmiş,  iti  ağlı  və 

qənaətcilliyi  sayəsində  milyonlara  sahib  olmuşdur.  Bu 

qeyrətli  şəxsiyyətin  adı  çəkiləndə,  ilk  öncə,  onun 

"Cəmiyyəti-xeyriyyə"  üçün  Bakı  şəhərinin  mərkəzində 

ucaltdığı  əzəmətli  "İsmailiyyə"  hazırda  respublika 

Əlyazmalar  İnstitutu  kimi  tanınan  yaraşıqlı  bina,  bu  gün 

onun  adını  daşıyan  (nə  yaxşı  ki  uzun  illər  Semaşko 

xəstəxanası  kimi  bəlli  olan  bu  səhiyyə  oçağı  axır  ki  onu 

inşa etmiş şəxsin adına layiq görüldü) xəstəxana və başqa 

tikililər  gözlərimiz  önündə  canlanır.  Ömrü  boyu 

təmtəraqdan,  gözqamaşdıran  parıltıdan  uzaq  olan,  şan-

şöhrötə  uymayan  Ağa  Musa  həmişə  bədxərclikdən, 

israfçılıqdan uzaq olmuş, pulunun qədrini bilmiş, "Dama-

dama  göl  olar"  atalar  sözünü  özünün  həyat  devizinə 

çevirmişdi. 

"İsmailiyyə"  düz  6  ilə  (1907-1913)  inşa  edilmişdir. 

Binanın layihəsini milliyyətcə polyak olan məşhur memar 

İ.Ploşko vermişdi. Layihə Venetsiyada ucaldılmış məşhur 

Palattso Kantarini üslubunda hazırlanmışdı. Xəstəxana isə 

tanınmış memar N.Bayevin  layihəsi  üzrə tikilmişdi.  Bina 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

xeyriyyəçinin  familiyasının  baş  hərfi  -  "N"  -  formasında 



inşa edilmişdi. 

Ağa  Musa  yüksək  zövqə  malik  idi.  Bakıda  yeni  bir 

bina  uçaltmaq  istəyəndə  o,  həmişə  tanınmış  və  istedadlı 

memarlar  dəvət  edir,  layihənin  bir  neçə  variantda 

hazırlanmasını  tapşırır,  layihələr  hazır  olanda  isə  onların 

ən  mükəmməl  variantı  üzərində  dayanırdı.  Ona  görə  də 

Ağa  Musanın  Bakıda  tikdirdiyi  binalar  Azərbaycan 

memarlığının  qızıl  fonduna  daxil  olmuşdur.  Həmin 

layihələr  əsasında  tikilmiş  binalar  bunlardır:  28  May 

küçəsindəki  əkiz  4,  6,  10  və  46  nömrəli  binalar,  həmin 

küçədə  kirxa,  Nizami  küçəsində  Opera  və  Balet  Teatrı 

kassalarının  yerləşdiyi  bina,  yenə  həmin  küçədə  nəzəri 

uzaqdan  cəlb  edən  və  uzun  illər  "Şaxnoviçin  mağazası" 

kimi  tanınan  bina,  hər  iki  "Kitab  pasajı"nın  binaları, 

Bülbül  küçəsindəki  12  və  30  nömrəli  binalar,  Rəsul  Rza 

küçəsindəki  8,  23  və  49  nömrəli  binalar,  Ağamalıoğlu 

küçəsindəki  13  nömrəli  bina,  Ü.Haçıbəyov  küçəsindəki 

10,  11,  12,  13  nömrəli  binalar,  Xaqani  küçəsindəki  47 

nömrəli  bina,  Əzizbəyov  küçəsindəki  19  nömrəli  bina, 

Ağa  Musanın  öz  evi  (indiki  "Yeni  Avropa" 

mehmanxanası)  və  neçə-neçə  başqa  yaraşıqlı  tikili,  eləcə 

də  Pirşağı  qəsəbəsindəki  uşaq  evi,  əlillər  evi  və s.  Bütün  

bu tikililər öz gözəlliyi  ilə Bakının mənzərəsində indi də 

seçilir. 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə