İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə54/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   50   51   52   53   54   55   56   57   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-  Deyirlər,  rejissor  sizi  -  qoçu  Əsgəri  birbaşa,  sınaq 



çəkilişləri aparmadan ekran qarşısına çıxarıb... 

-  Bu  da  elə  rejissorun  tapıntısı,  onun  böyüklüyü, 

zəngin  təcrübəsi,  aktyora  inamı,  bir  sözlə,  fəhminin 

nəticəsi idi. 

-   «Dağlarda döyüş» filmində bir ailədən iki nəfərin - 

qayınata  ilə  gəlinin  çəkilməsi  kimin  ideyası  idi  -  sizin, 

yoxsa rejissorun? Ümumiyyətlə, Ofeliya xanımın filmdəki 

rolundan razı qaldınızmı? 

-  Rejissor  K.Rüstəmbəyov  əvvəlcə  məni  filmə  dəvət 

etmişdi.  Hicran  roluna  gəldikdə  isə,  rejissor  bu  barədə 

mənim də fikrimi bilmək istədi və mən razılığımı verdim. 

Ofeliya  xanım  həm  yaxşı  diktor,  həm  istedadlı  aktrisa, 

başlıçası  isə,  yaxşı  gəlin  və  anadır,  sədaqətli  ömür-gün 

yoldaşıdır. Mən onunla fəxr edirəm! 

-  Möhsün  müəllimlə  sıx  görüşlərimiz  1973-cü  ilədək 

davam  etdi.  Bu  vaxtadək  Universiteti  də  bitirdim,  ailə  də 

qurdum.  Ali  məktəbi  başa  vurmağım  münasibətilə  məni 

ilk təbrik edənlərdən biri də Möhsün müəllim oldu... Hələ 

bir  hədiyyə  də  verdi  mənə.  Amma  ailə  həyatı  qurarkən 

onu toya dəvət etmədiyim üçün məndən yaman incimişdi. 

Sonra yadına saldım ki, toy günü o qastrolda olub. İnandı 

və məni bağışladı. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

...O  vaxtdan  bu  gözəl  insanla  bir  daha  görüşmədim. 



Çünki  əvvələn,  ailə  vəziyyətimlə  əlaqədar  Sumqayıta 

köçmüşdüm.  İkinçisi,  həyatımda  baş  vermiş  bir  sıra 

xoşagəlməz  hadisə  məni  bərk  sarsıtmışdı,  bədbinliyə 

qapılmışdım.  Artıq  kino  da,  teatr  da  mənə  yad  olmuşdu, 

uzaqlaşmışdım hər şeydən. Bütün bunlara ən başlıça səbəb 

o idi ki, yığdığım qəpik-quruş pullar hesabına yaratdığım 

zəngin  bir  kitabxanam  yanmış,  külü  qalmışdı.  Beləçə, 

çoxlu  bədii  kitab,  kinoya  və  teatra  aid  zəngin  şəkillər, 

açıqçalar,  qəzet  və  jurnallar...  qiymətli  materiallar  məhv 

olmuşdu.  Mənə  ən  çox  yer  edən  Möhsün  müəllimlə 

birlikdə  çəkdirdiyim  bir  neçə  müxtəlif  formada  şəkillərin 

yanması idi... 



Son söz 

1981-ci  ilin  soyuq  fevral  ayında  əziz  sənət  dostumun 

qəfil  dünyasını  dəyişməsi  məni  sarsıtdı  və  mən  hələ  bir 

neçə  il  əvvəl  ona  «Sən  simurq  quşusan...»  adlı  şeir  də 

yazmışdım. 

 

Bizim səhnəmizin parlaq ulduzu,  



Ətirli yazısan, Möhsün müəllim!  

Sənə tay sənətkar az olar, düzü,  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Teatrın özüsən, Möhsün müəllim! 



 

Sənət fədaisi desəm az olar,  

Sən Simurq quşusan bizim səhnənin.  

Sənətdə həmişə baharsan, yazsan,  

Bahar yelkənlidir ömür yelkənin. 

 

İki güclü qolun-Tanrı vergisi,  



Biri teatrdır, o biri kino.  

O geniş ürəyin sənət sərgisi,  

Yoxdur tamaşaya gələnin sonu. 

 

Sonra şeirə bir bəndi də əlavə etdim:  



 

...Ölüm sevinməsin- səni apardı.  

Gedən cismin oldu- ruhun qəlblərdə.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bütün ürəklərdə heykəlin vardır,  



Sənətkar ölməyir heç vaxt, heç vədə... 

 

Bu gün hörmətli sənətkardan mənə təsəlli qalan onun 



çəkildiyi filmlərdir.  

3.03.1999-cu il 

 

 



RAMĠL SƏFƏROV YƏQĠN KĠ, 

EKSTRADASĠYA OLUNACAQ 

 

ÖLKƏMĠZĠN EKSPERTLƏRĠ BU FĠKĠRDƏDĠR 

 

―Əgər 



Macarıstan 

tərəfi 


Ramil 

Səfərovun 

ekstradasiyasına  razılıq  versə,  o,  Azərbaycana  gələndən 

sonra  yalnız  bizim  hökumət  onun  taleyini  həll  edə  bilər. 

Əgər Ramili azad etsələr, macar tərəfi artıq heç bir etiraz 

göstərə  bilməz.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  dünya 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

təcrübəsində kifayət qədər belə hadisə mövcud olub, neçə-



neçə  ekstradasiya  olunmuş  şəxs  öz  ölkəsində  azadlığa 

buraxılıb‖.  Bu  fikirləri  hüquqşünas  Elçin  Qəmbərov 

söyləyir. Onun sözlərinə görə, əgər Azərbaycan tərəfi tez-

tez dilə gətirsə ki, ekstradasiyadan sonra  Ramil Səfərovu 

azad  edəcəklər,  ermənilər  bundan  bəhrələnəcəklər, 

Macarıstan tərəfi isə fikirləşə bilər: bu adam ekstradasiya 

olunsun, ya yox. 

Ekspert fikrini davam etdirir: ―Bizim mövqeyimiz isə 

belə olmalıdır ki, R.Səfərovun sonrakı cəzaçəkmə müddəti 

Azərbaycanda  davam  etdiriləcək.  Azərbaycan  tərəfindən 

verilən  başqa  bəyanatla  ermənilərin  əlinə  fürsət  verəcək 

və Ramil Səfərovun özünə qarşı çevrilmiş olacaq‖. 

Xatırladaq  ki,  Ramil  Səfərov  Macarıstanda  ömürlük 

həbs  cəzasına  məhkum  olunub.  Yeri  gəlmişkən,  bu 

yaxınlarda Macarıstandan səfərdən qayıdan Azərbaycanın 

xarici  işlər  nazirinin  müavini  Xələf  Xələfovun  sözlərinə 

görə,  adıçəkilən  ekstradasiya  ilə  bağlı  məsələ  Avropa 

Şurasının  hüquqa  yardım  üzrə  konvensiya  çərçivəsində 

nəzərdən 

keçirilə 

bilər. 

Siyasi 


İnnovasiya 

və 


Texnologiyalar  Mərkəzinin  rəhbəri  Mübariz  Əhmədoğlu 

öz növbəsində qeyd edir ki, Macarıstan tərəfi də yəqin ki, 

Ramil  Səfərovun  ekstradasiya  olunmasına  razılıq  verər. 

Azərbaycanın  Avropaya  münasibəti  və  dövlətimizin 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə