İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə55/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   51   52   53   54   55   56   57   58   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dünya  miqyasında  tutduğu  mövqe    baxımından  da  onu 



deməyə əsas verir ki, dünya ictimaiyyəti Ramil Səfərovun 

ekstradasiya  olunmasının  əleyhinə  çıxmaz.  Onu  da 

unutmaq  olmaz  ki,  hazırda  Avropada  iqtisadi  böhran 

artmaqda  davam  edir,  Avropa  böhrandan  çıxmaq  üçün 

yollar  axtarır.  Bizim  ölkəmiz,  Xəzərin  resursları  isə  bu 

sahədə Avropa üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, 

Macarıstan  bundan  sonra  Azərbaycanla  münasibətlərini 

yaxşılaşdırmağa  davam  edəcək.  Onun  sözlərinə  görə 

bütün bu cəhdləri nəzərə alan Macarıstan Ramil Səfərovu 

azad edə bilər. Axı Avropa İttifaqının özü də Azərbaycana 

hörmətlə yanaşır və bu cəhətdən sözügedən prosesə yəqin 

ki,  mane  olmaz.  Amma  orası  da  var  ki,  erməni  tərəfi 

böyük  hay-küy  qoparacaq  və  bütün  dünyaya  yayacaq  ki, 

Ramil  Səfərov  qatildir  və  cavab  istəyəcək  ki,  onların 

həmvətənlisi  nəyə  görə  qətlə  yetirilib.  Odur  ki,  erməni 

tərəfdən heç bir səmərə  olmayacaq.  Amma Avropa da bu 

ölkəni eşitməyəcək. Çünki Avropa İttifaqı Ermənistandan 

əvəz  alınacaq  heç  bir  səmərə  götürmür.  Ümumilikdə, 

erməni diasporu da son zamanlar xeyli dərəcədə zəifləyib.  

Siyasi  icmalçının  dediyi  kimi,  Ramil  Səfərov  bizim 

qanlı  və  şanlı  tariximizdir.  ―Hələ  orası  bəlli  deyil  ki, 

Ramil  Səfərov  Azərbaycana  gələndən  sonra  azadlıqda 

qalacaq,  ya  yox.  Zənnimcə,  əsası  odur  ki,  o,  vətənə 

qayıtsın.  Əgər  vətəndə  onu  yenidən  həbs  etsələr  belə,  o 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

zindanda  yaxşı  şəraitdə  yaşayacaq.‖  –  deyə  ekspert 



əminliyini bildirdi. 

Xatırladaq  ki,  Ramil  Səfərov  1977-ci  ildə  Cəbrayıl 

şəhərində  anadan  olub.  O  Cəbrayıl  ki  1993-cü  ilin 

avqustunda  erməni  qəsbkarları  tərəfindən  işğal  olunub. 

Ramil  8  illik  məktəbi  Cəbrayıl  şəhərində  bitirib.  1991-ci 

ilə qədər Bakıda yaşayan Ramil sonra 8 il Türkiyədə hərbi 

təhsil  alıb.  Əvvəlcə  İstanbulda  hərbi  gimnaziyada  (1992-

1996-cı illər), sonra Türkiyədə hərbi akademiyada (1996-

2000-ci  ildə).  Təcrübəsini  Kiprdə  keçib  və  2000-ci  ildə 

Azərbaycana  qayıdaraq  Ali  Hərbi  Məktəbdə  tağım 

komandiri  vəzifəsini  icra  etməyə  başlayıb.  2004-cü  ilin 

yanvarında  Ramil  Səfərov  Macarıstanın  paytaxtı 

Budapeştə  yola  salınır.  Orada  ―Sülh  naminə  tərəfdaşlıq‖ 

proqramı  çərçivəsində  ingilis  dili  kurslarında  iştirak  edir. 

2004-cü  il  fevralın  19-da  Ramil  onunla  eyni  kurslarda 

iştirak edən, dəfələrlə Azərbaycan xalqını, onun bayrağını, 

Qarabağda şəhid olan vətən oğullarını təhqir edən erməni 

əsilli  Markaryanı  balta  ilə  qətlə  yetirir.  Ramilin 

valideynləri  və  qohumları,  həmvətənləri  isti  yuvalarını, 

od-ocaqlarını  tərk  etmiş,  Xocalı  soyqırımı  qurbanlarına 

çevrilmişlər.  Belə  ki  qohumları  İldırım  Xudiyev  və 

Cabbar  Yusifov  Qarabağ  döyüşlərində  həlak  olmuşlar. 

Ramil Səfərovun özü isə həmin vaxtda Cəbrayılda olmuş, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

azərbaycanlıların  oradan  necə  çıxarılmasını  öz  gözləri  ilə 



görmüşdür.  

Ramil  Səfərov  Macarıstanda  həbsxana  həyatı  yaşaya-

yaşaya  bu  xalqın  dilini  öyrənməyə  nail  olmuş,  tanınmış 

macar 


yazarı  Maqda  Sabonun  ―Qapı‖  romanını 

Azərbaycan dilinə tərcümə etmiş, mütəxəssislər tərəfindən 

rəğbətlə qarşılanmışdır. Bundan ruhlanan Ramil başqa bir 

macar  yazıçısının  -  Molnar  Ferencin  "Pal  küçəsinin 

uşaqları"  əsərini  də  dilimizə  çevirmişdir.  Azərbaycan 

xalqı    Ramil  Səfərovun  erməni  Markaryanı  öldürdüyünə 

haqq  qazandırır,  özünü  ləyaqətsiz  apararaq  Azərbaycan 

xalqının  bayrağını  təhqir  etdiyinə  görə  haqlı  cəzasını 

aldığını  alqışlayır  və  Ramil  Səfərovun  böyük 

vətənpərvərliyi qarşısında baş əyir.  

Ramil Səfərovun erməni zabiti qarşısında hərəkəti hər 

bir  Azərbaycan  zabiti  üçün  örnəkdir.  Qərinələr  ötəcək, 

Ramil  xalq  qəhrəmanı  kimi  əbədiyaşarlıq  qazanacaq. 

Onun 


haqqında 

nəğmələr 

oxunacaq, 

mahnılar 

bəstələnəcək.  Tarixi  dastanlarımızın  bir  qəhrəmanı  da 

Ramil olacaq. 



 

VƏTƏNÇÜN YANAN SAĠR 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

Oddan-alovdan keçənlər 

 

Həyatda  elə  adam  var  ki,  oturub  onunla  həmsöhbət 



olanda,  kəlmə  kəsəndə,  xoş  ovqatı,  nikbinliyi,  şər 

zarafatları könlünü oxşayanda, sanırsan ki, qarşındakı ulu 

Tanrı özünün ən bəxtəvər  bəndəsi kimi yaradıb, dünyanın 

qəm-kədəri, ağrı-acısı ondan bilmərrə uzaqdan da uzaqdır. 

Amma  dərininə 

varanda, 

onun 

həyat 


tarixçəsini 

vərəqləyəndə, başqa aləmlə qarşılaşanda, digər vəziyyətlə 

üzləşir və bu zaman istər-istəməz dünyanın qəribəliklərinə 

mat-məəttəl qalırsan. 

Haqqında  söhbət  açmaq  istədiyimiz  soydaşımız  da 

belələrindədir. Şair Fətəli Sahibi deyirəm. O Fətəli, Sahib 

ki,  ömrü  boyu  kirpiyində  od  daşıyıb,  Tanrı  sanki  onu 

sınağa  çəkmək  üçün  yaradıb,  dözülməz  əzab  və 

iztirablarla üzləşdirib. 

Onu  çoxdan  tanısam  da,  şair  kimi  yaradıcılığına 

kifayət  qədər  bələd  olsam  da,  ünsiyyət  zamanı  həmisə 

xoşqılıq,  deyib-gülən  təsiri  bağışlasa  da,  sən  demə, 

yanılırmışam.  Tərcümeyi-halına  kifayət  qədər  bələd 

deyilmişəm. Aysberqin görünməyən tərəfi varmış. Burada 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə