İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə63/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   59   60   61   62   63   64   65   66   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Enməz bayrağımız, ya Əli! 

 

Gedib-gələn nəfəsim, ürək qanımsan, ya Əli,  



Sən vicdanım, sən qeyrətim, sən canımsan, ya Əli! 

 

On bir övladına qurban durmaqdır borcum mənim,  



Adınla ucalıram, şöhrət-şanımsan, ya Əli! 

 

Dar məqamda səsləyəndə, sən kömək oldun mənə,  



Ömrümün bu çağında da dayağımsan, ya Əli! 

 

Düşəndə zülmətlərə qaranlıq gecələrdə mən,  



Yoluma işıq saçan, nurlu çırağımsan, ya Əli! 

 

Novruzun başı üstünə şölə saçan bir günəşsən,  



İslamın köküsən, enməz bayrağımsan, ya Əli! 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

2005-ci il 

 

BĠR DOST ĠTĠRMĠġƏM… 

(esse) 

Bir  dost  itirmişəm,  dünya  bərabəri  əziz dost. Əvəzsiz 

dost  itirmişəm.  Həyatsevər,  nikbin  ovqatlı,  gülərüz,  xoş 

təbəssümlü bir insan. 

Bir  ürək  dostu  itirmişəm.  Qəmxarım  deyərdim  ona. 

Dost,  sirdaş,  yoldaş,  qardaş  idi  mənə.  Məsləkdaşım  idi 

Zaman.  Dərdirnin  əlacı,  təsəlli  yerim  idi.  Gümanım, 

pənahım,  ümid  yerim  olan  blr  insan  itirmışəm.  Onsuz  bu 

dünya mənə dar gəlir. Qanadları sınmış bir quşam. Sanki 

yaşamıram  bu  gün,  quruca  nəfəsim  gedib  gəlir.  Bir  dost 

itirmişəm.  İgid,  cəngavər  bir  dost.  Yeriyəndə  yer 

titrəyərdi. Şaqraq gülüşü ən bədbin, həyatdan küsmüşlərin 

də  ürəyini  qızdırar,  dodaqlarında  təbəssüm  yaradardı. 

Mehriban və xoşqılıq, səmimi və vəfalı bir dost itirmişəm. 

Bütün  insanları  birliyə,  həmrəyliyə  səsləyən  xeyirxah  bir 

şəxsiyyət idi Zaman Mehdi. Onun üçün həyatda pis adam 

yox  idi.  Bütün  pisləri,  köntoyləri,  əyyaş  və  bədnəmları 

düz  yola  gətirmək  üçün  dəridən,  qabıqdan  çıxardı.  Hamı 

ilə dil tapardı. İçəhşəhərdə, Xəzərin sahilində böyümüşdü. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Qız  qalası  qədər  qüdrətli  və  təpərli  insan  idi.  Həyatını 



Xəzərsiz  təsəvvür  edə  bilmirdi.  Bəlkə  Xəzərdə  yaşayan 

qağayıların  sayını  da  bilirdi.  Harda  onu  itirsəydin,  dəniz 

kənarında  buradakı  "Lalə"  çayxanasında  tapardın.  Dost-

tanışlar  arasında.  Sanki  dəniz  sahilinə  gələnlərin  hamısı 

onun  dost-tanışı  idi.  Hamı  ilə  səmimi  görüşər,  hal-əhvəl 

tutardı.  Təbəssüm  qonardı  gözlərinə.  Ətrafda  xoş  əhval-

ruhiyyə yaranardı dərhal.  

Günlər  beləcə  keçərdi.  Beləcə  gəlib  56  yaşına  çatdı 

Zaman  Mehdi.  56  yaş  nədir  ki?!  Onun  da  son  10  ilini 

ürəyindən  şikayətçi  yaşadı  dostum.  Ürək  neyləsin? 

Yumruq  boyda  bir  parça  ət.  O  da  əridi  qətrə-qətrə  dost-

tanış,  qohum-əqrəba,  el-oba  yolunda.  O  biri  yandan  da 

Qarabağ  dərdi,  gün-güzərən  dərdi.  Güc  verərdi  siqaretə. 

Birini o birinə calayardı. 

Belə bir dost itirmişəm. Hər günü bir ilə bərabər olan 

40  gündür  Zamansız  yaşayıram.  40  gündür  Zaman 

dünyasını dəyışib. Onun qəfil ölümü hamını sarsıtdı. Gənc 

qələm  dostum,  "NƏBZ"  qəzetinin  baş  redaktoru  Hacı 

Qurban  hamıdan  tez  qələmə  sarıldı.  "Təzə  mənzilin 

mübarək,  Zaman!"  adlı  hüzn  və  kədərdən  yoğrulmuş  ağı 

ilə  ürəkləri  titrətdi.  Axı  Rəhmətlık  Zaman  Hacı  Qurbanı 

çox  sevər,  onun  yaradıcılığı,  uğurları  ilə  öyünərdü.  Bu 

barədə aramızda tez-tez söhbət gedərdi. Zaman ən çox da 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

"NƏBZ"də  çıxış  edərdi:  Təbabətə  aid  yazılarına  qəzet 



həmişə  ehtiyac  duyardı.  Elə  şeirləri  də  tez-tez  orada  işıq 

üzü görərdi. Şeirlərinin ilk oxucusu mən olardım. Mənim 

xeyir-duamdan  sonra  "NƏBZ"ə  yollanardı.  Qəzetin  hər 

sayını  tapır,  üstəlik  birini  də  mənim  üçün  alıb  gətirərdi, 

birlikdə  oxuyub  müzakirə  edərdik.  Bir  xeyli  şeiri  çap 

olunmuşdu.  Kitab  şəklində  buraxdırmaq  istəyirdi. 

Deyirdim tələsmə, bir qədər də yaz, yaxşı sanballı bir şey 

çıxaraq  ortaya.  Amma  o  tələsərdi,  məni  də  tələsdirərdı. 

Sən  demə  ürəyinə  dammışdı.  Ona  görə  də  "qardaş,  gəl 

kitabın  çapını  tezləşdirək",  -  deyərdi.  Nə  bilim  belə 

olacaq, fələk qabağa düşüb öz saydığını sayarmış?... 

Bir  dost  itirmişəm.  Əvəzsiz  bir  dost.  Şəhərə  çıxa 

bilmirəm,  onunla  qoşa  gəzdiyim  yollarla  gedə  bilmirəm, 

"Lalə"  çayxanasına  girə  bilmirəm.  Elə  bilirəm  hamı  onu 

məndən 

soruşacaq, 



tək 

gəlməkdə 

məni 

məzəmmətləyəcəkdir: 



 

YaĢıldır baĢın, ördək.  

Çatılıb qaĢın, ördək.  

HəmiĢə cüt gəzərdiz,  

Hanı yoldaĢın, ördək? 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə