www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
2000-ci il
ÖLÜM SEVĠNMƏSĠN QOY…
ONSUZ KECĠRĠLƏN AD GÜNÜ
Keçən ilin dekabr ayında Azərbaycan Respublikası
Qadınlar Cəmiyyətinin 90 illiyi qeyd edilməli idi. Mən də
bu münasibətlə yubiley ərəfəsində cəmiyyətin sədri, həyat
tarixçəsinə, bioqrafiyasına, şərəfli ömür yoluna kifayət
qədər bələd olduğum professor, AMEA-nın müxbir üzvü
Zemfira Verdiyeva ilə görüşüb, Qadınlar Cəmiyyətinin
keçdiyi uzun və tarixi yol barədə söhbət açmağı
qərarlaşdırmış və həmin yazının «Zəriflik»in məhz ilk
nömrəsində işıq üzü görməsini planlaşdırmışdım. Bu
məqsədlə də Qadınlar Cəmiyyətinin mətbuat xidmətinin
rəhbəri Yasəmən Möhübbət qızı ilə görüşdüm, məramımı
ona bildirdim. Bir anda Yasəmən xanımın işıqlı çöhrəsinə
qüssə və kədər qarışıq hüzn qondu. Kövrəldiyini açıq-
aydın hiss etdim. Sanki nitqi tutuldu. Araya qısa sükut
çökdü. Sonra özünü ələ alıb, hüznlü səslə yalnız bunları
söyləyə bildi:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
«Zemfira xanım artıq həyatda yoxdur...» Bu qəfil acı
xəbər məni də sarsıtdı. Özümdən asılı olmayaraq
soruşdum:
- Axı mən bu barədə heç bir yerdə bir məlumata rast
gəlməmişəm.
- Özü belə vəsiyyət etmişdi. Özünüreklam ona yad idi.
Mayası təvazökarlıqdan yoğrulmuşdu Zemfira xanımın.
- Bəs harada dəfn olunub?
- Fatmayıda, valideynlərinin uyuduğu məkanda.
- Allah rəhmət eləsin, yatdığı torpaq nurla dolsun!
Bir anda Zemfira xanımın işıqlı, nurlu çöhrəsi, abır-
həyalı baxışı gözlərim önündə canlandı. O, hələ
Azərbaycan Dillər Universitetində rektor vəzifəsində
işlədiyi illərdə onunla bir neçə dəfə ünsiyyətdə olduğumu
xatırladım. Onun əsl ziyalı, mədəni və kübar bir xanım,
eyni zamanda son dərəcə sadə və təvazökar bir insan
olduğunu çox yerdə söyləmişəm. Azərbaycan qadınlığına
bariz nümunə idi Zemfira Verdiyeva. İlahi ona dərin zəka,
parlaq istedad, elmə tükənməz həvəs, təşkilatçılıq
bacarığı, xeyirxahlıq və mərhəmət kimi gözəl insani
keyfiyyətlər bəxş etmişdi. Zemfira xanımın bugünkü
gəncliyə əsl örnək olan maraqlı və parlaq fəaliyyəti
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
barədə, həyat amalı, həyatsevərliyi, nikbinliyi və
fədakarlığı haqqında bildiklərimi, eşitdiklərimi və
oxuduqlarımı oxucularla bölüşməyi qərara aldım.
O kəslər xoşbəxtdir ki, müqəddəs və xeyirxah
əməlləri ilə minlərin yoluna işıq salıb, onlara həyan olub,
arxa-dayaq durub. Elə bu xoş əməlləri ilə də canından
artıq sevdiyi millətinin, xalqının qəlbində ucalıb,
zirvələşib, əbədiləşib. O kəslər xoşbəxtdir ki, mənalı ömür
yolu, saf və büllur, axar-baxarlı coşqun çaya bənzəyir və
bu saf sulu çaydan başqaları da bəhrələnir, ondan fayda
götürür. O kəslər xoşbəxtdirlər ki, həyat yollarında
qarşısına çıxan bütün maneələrə sinə gərərək vətəninə
layiqli övlad olmaq üçün çətinliklərə qarşı mərdliklə
mübarizə aparır, son nəticədə istəyinə çatır, şərəfii əməyi
ilə xalqına yararlı olduğunu dərk edir. Zemfira Nadir qızı
Verdiyeva da coşqun fəaliyyəti və işgüzarlığı ilə
Azərbaycan xalqının fəxr etdiyi ziyalı qadınlardan idi.
Zemfira xanım haqqında keçmişdən danışmaq ağır
olsa da, reallıqdan qaçmaq mümkün deyil. O, təhsil aldığı
o vaxtkı Azərbaycan Dillər Universitetində laborant kimi
fəaliyyətə başlayır və adına ilk dəfə əmək kitabçası bu ali
məktəbdə yazılır. Sonradan isə bilik və bacarığı, istedad
və qabiliyyəti sayəsində burada pillə-pillə ucalır. Belə ki
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
pedaqoji təcrübə müdiri, kafedra müdiri, uzun illər isə (25
il!) rektor kimi çalışır.
1965-ci ildə namizədlik dissertasiyasını uğurla
müdafiə edir, 1972-ci ildə isə artıq professor adına layiq
görülür. Respublikamızda xarici dil (ingilis dili) üzrə ilk
mütəxəssis olan Z.Verdiyeva həm də Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü idi. Ölkənin ictimai-
siyasi həyatında fəal iştirak edən Zemfira xanım 1990-
1995-ci illərdə Milli Məclisin deputatı olmuş, bu ali
məclisdə bir sıra mühüm qərarların qəbul olunmasında
fəallıq nümayiş etdirmişdir.
Onu da vurğulamaq yerinə düşər ki, Z.Verdiyeva
dünyanın beş şəhərinə vurğunluğunu bildirmişdi. Bunlar
London, Vaşinqton, Moskva, Roma və Madriddir. Bəs
doğma Bakı şəhəri? Bu şəhəri rəqabətdən kənar hesab
edən Zemfira xanım doğma şəhər kimi Bakıya qəlbən
bağlı olduğunu dilə gətirir və əlavə edirdi ki, bu şəhərə
ülvi məhəbbət ona gendən keçib. Söyləyir ki, evlərində
heç vaxt deyilməyib ki, vətəni, xalqı sevmək lazımdır,
əlavə edir ki, biz sadəcə bilirdik ki, başqa cür mümkün
deyil.
Z.Verdiyevanın
yuxarıda
adıçəkilən
şəhərlərə
vurğunluğunun tarixi məqamları var. Məsələn, Zemfira
Dostları ilə paylaş: |