İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə62/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   58   59   60   61   62   63   64   65   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

tələbkar məşqçidir. Mən də onun meneceriyəm. Dünya 



şöhrətli yetirmələri olub. Qayğıkeş, mehriban adamdır. 6 

aydır ailə qurmuşuq və bu izdivacdan, hər ikimiz razıyıq. 

Biz də öz növbəmizdə bu maraqlı ər-arvadı yeni ailə 

qurmaları münasibətilə təbrik edir, bir azdan bu evdə 

körpə səsinin eşidilməsini və yeni ocağı körpə nəfəsinin 

daha da isindirməsini arzulayırıq. 



P.S. Məhəmməd Əlinin ən böyük arzusu həcc 

ziyarətində olmaq, hacı titulunu qazanmaq idi. Ulu 

Tanrı onu arzusuna yetirdi. Hazırda o, həccə gedən 

azərbaycanlı soydaĢlarımızın arasındadır. Onun 

ömür-gün yoldaĢı Fəridə xanim bir az narahatdır. Hər 

gün Təzəpir məscidinə zəng çalıb zəvvarlardan xəbər 

tutur. Bizə məlumat verdi ki, fevralın 22-də 

Məhəmməd Əli də qurban kəsəcək. Martın 3-də isə 

zəvvarlar, inĢallah, geri dönəcəklər. 

Fəridə  xanım,  narahat  olmayın.  Az  qalıb,  martın 

3-də  zəvvarları  qarĢılayanlar  arasında  sən  də  olacaq, 

onu  təbrik  edib  deyəcəksən:  Həcc  ziyarətin  qəbul 

olsun, əzlzim! 

2005-ci il 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

XEYIRXAHLIQ 

 

Qartal zirvələrdən qanadlanar 

 

Novruz  Novruzov  (Demanlı)  dağlar  qoynunda  - 



Yardımlının  qədim  Deman  kəndində  dünyaya  göz  açıb. 

Bu,  bir  az  əfsanəvi,  bir  az  real  olan  əsrarəngiz  diyarın 

təmiz  ab-havasında  yuyulub  təmizlənib,  saflaşıb  Novruz. 

Ulu  dağlar  bu  kəndə  arxa  durub,  ona  keşik  çəkib  zaman-

zaman.  Lakin  1953-cü  ildə  kənd  sakinlərini  Demandan 

Azərbaycanın  aran  yerlərinə,  o  cümlədən  Əli  Bayramlıya 

köçürürlər.  O  zaman  yeniyetmə  Novruz  VII  sinfi  təzəcə 

bitirmişdi.  Beləliklə,  demanlılar  -  dağ  havasına  öyrənmiş 

bu  kənd  əhalisi  Əli  Bayramlının  yayda  nəfəs  təngidən 

iqliminə  düşür  və  uzun  müddət  yeni  şəraitə  alışa  bilmir. 

Amma  nə  edəsən?  O  dövrün  hökmü  belə  idi.  Bu  da  bir 

növ  daxili  deportasiya  idi.  Novruzgilin  ailəsi  də  o  vaxtın 

gənclik şəhərində məskunlaşmağa məcbur olur. Novruz da 

orta təhsilini 1956-cı ildə Əli Bayramlı şəhərindəki 1 saylı 

orta  məktəbdə  bitirib  kamal  attestatı  alır.  Sonra  təhsilini 

davam  etdirib  əmtəəşünaslıq  ixtisasına  yiyələnir.  Seçdiyi 

peşə  ona  başıucalıq  gətirir.  Əli  Bayramlıda  müxtəlif 

vəzifələrdə çalışır, şəhərdə böyük hörmət qazanır. Həm də 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

onu  gənc  şair  kimi  də  tanıyırdılar.  Uşaqlıqdan  şeirə, 



poeziyaya  vurğun  olan  Novruz  üzərində  ciddi  çalışır, 

çoxlu  mütaliə  edir,  klassik  və  müasir  Azərbaycan 

ədəbiyyatından  bəhrələnir.  1965-ci  ildən  üzvü  olduğu 

"Şirvan" ədəbi birliyi Novruzun bədii yaradıcılığına təkan 

verir.  Məhsuldar  yaradıcılıqla  məşğul  olan  Novruz 

"Demanlı"  təxəllüsü  ilə  60-dan  çox  qəzet  və  jurnalda 

müxtəlif  məzmunlu  şeirlərlə  çıxış  edir.  Oxucular  Novruz 

Demanlının  artıq  3  şeir  kitabı  ilə  tanışdırlar.  Yeni  şeir 

kitabı çap ərəfəsindədir. 

Doğma  kəndi  Demanı  heç  vaxt  unutmayan  Novruz 

1990-cı  ildə  Yardımlıya  qayıdır  və  Demana  baş  çəkir. 

Görür  ki,  demanlılar  da  artıq  geri  qayıdırlar.  Novruz 

Demanı  əvvəlki  vəziyyətə  gətirmək  üçün  necə  deyərlər, 

əl-qolunu  çırmayıb,  fəaliyyətə  başlayır.  Kənddə  abadlıq 

işləri  aparır,  yollar  saldırır,  mədəni-məişət  ocaqları  təşkil 

edir. Qədirbilən kənd camaatı onu sədr seçir. Torpaq oğlu 

daha sonra fermer təsərrüfatı yaradır və ona rəhbərlik edir. 

20  yaşından  Əli  Bayramlıda  kök  salıb  orada 

məskunlaşan  Novruz  Demanlı  şəhərdə  yaşayan  500-ə 

yaxın  demanlıya  çətin  məqamlarda  arxa  durub,  kömək 

əlini  uzadıb,  ağsaqqallıq  edib.  Beləcə  arxada  qalan  40  il 

ərzində  xeyir  əməllərinə  görə  Novruz  kişi  Əli  Bayramlı 

sakinlərinin  dərin  hörmətini  qazanmışdır.  Şəhərin  hər 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

küçəsində,  hər  bir  guşəsində  bu  xeyirxah  və  şair  insanın 



ayaq  izləri  var.  Bir  ayağı  şəhərdə,  o  biri  ayağı  Demanda 

olan  Novruz  müəllim  hər  iki  "cəbhə"də  öz  sözünü  deyir. 

Gözdən-könüldən  uzaq  düşmüş,  tikanlığa,  kol-kosa 

bürünmüş  kəndi  abad  etmək  üçün  Novruz  müəllim  nə 

qədər  alın  təri  axıtmış,  gərgin  əmək  sərf  etmişdir.  Kəndə 

abad  yol,  işıq  çəkdirmiş,  tibb  məntəqəsi,  məktəb  binası 

tikdirmiş,  başqa  mühüm  işlər  görmüşdür.  Demanda  elə 

ailə yoxdur ki, bu xeyirxah insan, el ağsaqqalı, vətənsevər 

Novruz  müəllim  ona  yardım  əlini  uzatmasın.  Mayası 

xeyirxahlıqdan  yoğrulmuş  bu  Allah  adamını  "səxavət 

dağarcığı"  adlandıranlar  səhv  etmirlər.  Bu  səxavəti, 

mərhəməti,  vüqarı  Novruz  müəllim  doğulub  boya-başa 

çatdığı,  bu  gün  də  tez-tez  görüşünə  getdiyi  başı  qarlı 

dağlardan alıb. Xoşbəxt ailəsi var Novruz Demanlının - 4 

oğul,  3  qız  atasıdır,  övladlarının  hamısı  ali  savad  alıb. 

Bütün  bunlarda,  əlbəttə,  evin  xanımı,  Novruz  müəllimin 

ömür-gün  yoldaşı  Cənnət  xanımın  böyük  zəhməti,  payı 

vardır. 


Novruz  Demanlı  yaradıcılığının  müdrik  çağını 

yaşayır.  Onun  bu  yaxınlarda  çap  olunmuş  "Qəzəllər" 

kitabından  Həzrət  Əli  (ə)-a  həsr  olunmuş  bir  qəzəlini 

oxuculara təqdim edirik: 



 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə