İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə70/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   66   67   68   69   70   71   72   73   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

Üç müğənni bacı 

Mahrux  Muradova  Rübabə  xanımın  kiçik  müğənni 

bacısı  idi.  O  da  böyük  bacısının  müğənnilik  məktəbini 

keçmişdi.  Repertuarına  əsasən  Rübabə  xanımın 

:

ifalarını 



daxil  edərdi.  Bu  da  onun  sevimli  bacısının  sənətinə 

məhəbbətindən  irəli  gəlirdi.  Mahrux  da  müğənni  kimi 

uzun illər öz ifaçılıq yaradıcılığı ilə yadda qalmışdı. Lakin 

müğənni  ömrünün  son  çağlarında  maddi  imkansızlıq 

girdabında  əzilmiş,  yəni  maddi  ehtiyac  içində  yaşamışdı. 

Sonra da sağalmaz bir bəlaya mübtəla olmuşdu. Belə ki, o, 

bir ayağından məhrum olmuşdu. Xeyli qapılar döydükdən 

sonra  adı  prezident  təqaüdü  alanlar  siyahısına  düşmüşdü. 

Nə  yazıqlar  ki,  ilk  təqaüdü  belə  ona  nəsib  olmamış, 

vaxtsız əcəl qapısını döymüşdü. Burada mərhum xalq şairi 

Cabir  Novruzun  "İnsanlara  sağlığında  qiymət  verin" 

misrası yada düşür. 



 

"Rübabə əvəzedilməz müğənni idi" 

Xatırlanan müğənni bacıların bir bacısı da var: Tahirə 

Muradova.  Tahirə  xanım  ixtisasca  həkimdir.  Deyir  ki, 

Rübabə  xanım  əlçatmaz  zirvə,  əvəzedilməz  müğənni  idi: 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

"Rübabə  bacım  bizim  üçün  ilahi  varlıq  idi  və  bizi  erkən 



tərk  etdi.  Nəslimizin  belini  qırdı.  Onun  kimi  sənətkar 

müğənni yüz ildə bir dəfə dünyaya gələr. Sənətkar bacıma 

heykəl  ucaltmaq  lazımdır.  Bu  gün  onun  yeri  aydın 

görünür.  Mən  fəxr  edir  və  qürur  hissi  keçirirəm  ki, 

Rübabə xanımın doğma bacısıyam. 

Bacım  Ərdəbil  həsrəti  ilə  yanıb  qovrulardı.  Həmişə 

bir  arzu  ilə  yaşayardı.  Ərdəbilə  gedib  evimizi, 

qohumlarımızı  görmək  arzusuyla.  Lakin  həmin  arzu  ilə 

bizdən  əbədi  ayrıldı.  Bacımın  vəfatından  sonra  iki  dəfə 

Ərdəbilə getmiş, oradan torpaq gətirib Rübabənin narahat 

məzarı  üstünə  səpmişəm  ki,  qoy  ruhu  şad  olsun. 

Rəhmətlik  həmişə  deyərdi:  "İrana  yol  açılan  kimi 

iməkləyə-iməkləyə  də  olsa  gedib  evimizi  ziyarət 

edəcəyəm'". Amma arzusu ürəyində qaldı. 

Bacım  elə  bil  ölümünün  yaxınlaşmasını  hiss  etmişdi. 

Deyərdi:  "Ərdəbili  görmək  mənə  qismət  olmayacaq. 

Ancaq  siz  görə  biləcəksiz".  Elə  də  oldu.  Onun  yeganə 

təsəllisi oxumaq idi. "Qaragilə" xalq mahnısı elə bil onun 

üçün yazılmışdı. "Sil ğözün yaşın, qaragilə, ağlama bəsdi" 

deyəndən  sonra  özü  də  göz  yaşlarını  saxlaya  bilməzdi. 

Ölməmişdən  bir  gün  qabaq  televiziyaya  çıxıb  "Gəl  bizə, 

yar" xalq mahnısını oxudu, evə gəlib yatanda isə "Yumul, 

bənövşəm,  yumul"  mahnısını  zümzümə  etdi.  Ertəsi  gün 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

son  nəfəsdə  bu  sözləri  deyə  bildi:  "O,  kimdir?  O  sarışın 



qadın nə istəyir?" Sonra gözlərini əbədi yumdu. 

Son söz əvəzi 

Tahirə xanımın sözlərinə qüvvət olaraq deyirəm: Bəli, 

Rübabə  xanım  kimi  aktyor-müğənni  yüz  ildə  bir  dəfə 

doğulur.  Ona  həqiqətən  də  heykəl  qoyulmalıdır.  O  da 

həqiqətdir  ki,  bugünkü  ucuz  və  keyfiyyətsiz  müğənni 

bolluğunda  Rübabə  xanımın  yeri  və  çəkisi  daha  çox 

görünür.  Görkəmli  sənətkar  əsl  qiymətini  tapıbmı? 

Qətiyyətlə  cavab  verək  ki,  yox.  Bakıda  adını  daşıyan  nə 

bir  küçə,  nə  bir  xiyaban  var,  nə  də  bir  musiqi  məktəbi. 

Heç  olmasa  yaşadığı  ünvana:  "Respublikanın  xalq  artisti 

Rübabə  Muradova  bu  evdə  yaşamışdır"  sözləri  yazılsın. 

Bu, onun ruhuna da xoş olardı...                 



1998-ci il 

GÜLÜ  XAR OLMUġ GÜLXAR HƏSƏNOVA 

 

Üzeyir bəyi valeh edib 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

...  1942-ci  il  idi.  Filarmoniyada  tanınmış  opera 



müğənniləri  Xanlar  Haqverdiyev,  Şirzad  Hüseynov  və 

Münəvvər  Kələntərlinin  iştirakı  ilə  konsert  verilirdi. 

Üzeyir  bəyin  tapşırığı  ilə  gənc  Gülxar  da  tədbirə  dəvət 

olunmuşdu. Sən demə, bu, onun üçün bir sınaq, ən böyük 

imtahan imiş. 

Beləliklə,  konsert  başlanır.  Əvvəlcə  "Kürdü-Şahnaz" 

muğamı  ifa  olunur,  onun  ardınca  "Qatar"a  növbə  çatır, 

daha  sonra  "Segah"  zilə  qalxır,  nə  qalxır!  Bəs  onun 

(Gülxar xanımın - İ.H.) növbəsi nə vaxt çatacaq? Niyə axı 

əvvəlcədən  repertuarını  xatırlatmadı?  Elə  bu  ara  aparıcı 

Gülxardan soruşur: 

- Bəs siz nə oxuyacaqsınız?  

- Nə oxusun? Çox fikirləşmir. Bədahətən cavab verir: 

- "Bayatı-Şiraz" muğamını.  

Nömrəsi elan olunur. Bunun ardınca böyük bir təlaş 

və həyəcan ovqatıyla səhnəyə çıxır. Birdən qulağı "Uzeyir 

bəy buradadır" sözləri çalır. Bu, onun həyəcanını daha da 

şiddətləndirir. 

Əvvəlcə  tar  dilə  gəlir.  Tarzən  pərdələrdə  gəzişir. 

Növbə  müğənniyə  verilir.  O,  ahəstə  bir  avazla  oxumağa 

başlayır. Artıq həyəcana son qoyulmuşdur. Salona sakitlik 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə