İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə71/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   67   68   69   70   71   72   73   74   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

hakim  kəsilir.  Gülxar  oxuyur.  Böyük  şövqlə,  həvəslə, 



bütün  bacarığı  ilə,  Budur,  son  zəngulə!  Alqış  sədaları 

salonu təlatümə qərq edir, çəpik səsləri pəncərədən bayıra, 

küçəyə yayılır. Müğənni baş əyir, dəfələrlə səhnəyə dəvət 

olunur.  Işıqlar  yanır.  Salon  dolu  baxışlar  ona  zillənir. 

İşıqlı, nurlu, tanış və tanış olmayan baxışlar... 

Üzeyir  bəy  Gülxarı  yanına  dəvət  edəndə,  yenidən 

həyəcan  onu  aguşuna  alır,  ürək  döyüntüsünü  özü  aşkar 

eşidir. Lakin narahatçılığı uzun sürmür. Üzeyir bəy xoş bir 

təbəssümlə, adətinə uyğun olaraq, əlini nazik bığına çəkib 

deyir:                

    - Təbrik edirəm, qızım. Sözünə ara verib əlavə edir: 

- Amma "Küçələrə su səpmişəm"i oxusaydın, lap qiyamət 

olardı. 

Gülxar özünə gəlir, dili açılır: 

-  Bilirsiniz,  Üzeyir  əmi,  mən  "Qatar"  oxumaq 

istəyirdim, amma məndən qabaq onu ifa etdilər. 

Üzeyir bəyin işıqlı siması daha da nurlanır: 

- Lap yaxşı oxudun, qızım. Amma sabah operaya 

gələrsən. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Aktrisanın Ģah obrazı 

Beləcə,  Gülxar  Həsənova  Gənc  Tamaşaçılar 

Teatrından  Opera  Teatrı  səhnəsinə  qədəm  qoyur  və 

bundan  sonra  onun  yaradıcılıq  fəaliyyətində  yeni  parlaq 

səhifələr yazılmağa başlayır. Yeni kollektivdə isə ilk rolu 

"Əsli və Kərəm" operasında Əsli rolu olur. 

Amma  milli  operamızın  inkişafı  və  təşəkkül  tapması 

sahəsində əzmlə çalışan opera müğənnisi dramatik aktrisa, 

tələbkar  pedaqoq,  respublikanın  xalq  artisti  Gülxar 

Həsənovanın  adı  gələndə,  ilkin  olaraq  onun  sənətinin 

zirvəsi  olan,  yaradıcılığının  şah  obrazı  sayılan  Ərəbzəngi 

yada  düşür.  Böyük  sənətkar  yarım  əsrlik  səhnə 

fəaliyyətində  müxtəlif  obrazları  özünəməxsus  tərzdə 

yaratsa da, onların cərgəsində ən uzunömürlülük qazananı 

elə bu şah obrazdır. 

Aktrisanın  tərəf-müqabillərisə  uzun  illər  operamızın 

ünlü sənət  xadimləri Hüseynağa Hacıbababəyov, Əlövsət 

Sadıqov,  Xanlar  Haqverdiyev,  Qulam  İsgəndərov, 

Məmmədtağı  Bağırov,  Ağababa  Bünyatzadə,  Canəli 

Əkbərov  və  başqaları  olmuşdur.  Unudulmaz  bəstəkar 

Müslüm  Maqomayevin  bu  ölməz  operasında  "Şah 

İsmayıl"dakı  Ərəbzəngi  obrazını  yaratmaq  üçün  GüIxar 

xanım  nə  qədər  öz  üzərində  çalışmış,  aramsız  məşqlər 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

etmiş, yaradıcılıq axtarışları aparmış, böyük və tükənməz 



zəhmətə  qatlaşmışdır.  Axı  Ərəbzəngini  tamaşaçılara 

sevdirmək  üçün  aktrisadan  cəldlik  və  çeviklik,  qılınc 

oynatmaq,  ox  atmaq,  əlbəyaxa  qurşaq  tutmaq,  güclü 

biləklərə  malik  olmaq  tələb  olunurdu.  Çünki  bəstəkar  bu 

operasında Ərəbzəngini zəvvar, çapqınçı və başlıcası, Şah 

ismayıl  kimi  surətlərlə  qarşılaşdırır.  Bunlardan  əlavə,  bu 

rolun  ifaçısı  müxtəlif  xarakterli  musiqi  sədaları  altında 

oxumalıdır.  Məsələn,  Ərəbzənginin  səs  partiyası  hətta 

muğam  improvizələrində  belə,  yalnız  tarın  deyil,  eyni 

zamanda


orkestrin  müşayiətilə  oxumağı  bacarmalıdır. 

Odur  ki,  güclü  səs  diapozonu  tələb  edən  bu  mürəkkəb 

obrazı yaratmaq üçün Gülxar xanım xeyli əmək sərf edib 

və nəhayət, Ərəbzəngini özününküləşdirməyə nail olub. 

Bu  sahədə  rejissorun  tövsiyə  və  məsləhətləri 

köməyinə  gəlmiş,  başlıcası  isə,  fərdi  yaradıcılıq 

imkanlarını səfərbərliyə ala bilmişdir. 

Oxucular  üçün  şübhəsiz,  o  da  maraqlıdır  ki, 

G.Həsənova  bu  obrazı  ilk  çıxışından  axıra  kimi  5  dəfə 

yeni  quruluşda  oynamış,  500-dən  artıq  tamaşasında 

Ərəbzəngi  rolunda  çıxış  etmiş,  aktyor,  müğənni  hər  dəfə 

də  səhnəyə  yeni  ovqatda,  yeni  məsuliyyətlə  çıxmışdır. 

Gülxar  xanım  bu  obrazda  düz  15  il  əvəzedicisiz 

(dublyorsuz)  çıxış  etmişdir.  Bu  obraz  sanki  görkəmli 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

sənətkarın boyuna biçilmişdi. Uca qamət, çinar kimi boy-



buxun,  xasiyyətindəki  mərdanəlik  Ərəbzəngiyə  necə  də 

yaraşırdı?! Onun Şah ismayılla döyüş səhnəsindəki şaqraq 

səsi, yüksək notlarda gəzişməsi tamaşaçının qəlbinə əbədi 

həkk olunmuşdur. Bir sözlə, o, Ərəbzəngiyə öz möhürünü 

vurmuş, bu obrazda öz sözünü demişdi. Elə başqa rollarda 

da. Məsələn, Leyli ("Leyli və Məcnun"), Şahsənəm ("Aşıq 

Qərib"),  Yengə  ("Nərgiz"),  Qarı  ("Vaqif"),  Ana  ("Gəlin 

qayası"), Lalə ("Durna") və başqa obrazlar buna misaldır. 



Gülxar Həsənova zirvəsi 

Onu  da  vurğulamağa  dəyər  ki,  Gülxar  Həsənova  ilk 

dəfə  Ərəbzəngi  rolunda  tamaşaçılar  qarşısına  çıxanda, 

tamaşadan sonra bu obrazı özünəməxsus tərzdə yaratmış, 

obrazın  məşhur  Ərəbzəngisi  Həqiqət  Rzayeva  rejissora 

yaxınlaşaraq  etiraf  edib  ki,  mən  bir  daha  Ərəbzəngini 

oynamayacağam.  Qoy  bundan  sonra  onu  həmişə  Gülxar 

xanım oynasın... 

İllər bir-birini əvəz edib. Milli operamızın səhnəsində 

Ərəbzəngini  başqaları  da  oynayıb  (onların  çoxu  elə 

Gülxar xanımın tələbələridir), amma heç biri G.Həsənova 

yaradıcılığının zirvəsinə qalxa bilməyib. 



Hamlet-iki aktyorun "əsəri" 


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə