www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
psixoloji biliyini xərcləyən və öz işindən zövq alan
müəllimlərin obrazını yaratmışdır. Bu cəhətdən "Həmişə
axtarışda" adlı oçerki maraq doğurur. Yazı Ağsu şəhər 3
saylı orta məktəbin yaradıcı sinif müəllimi Adilə
Əfəndiyevanın iş təcrübəsinə həsr olunmuşdur. Oçerki
oxuyan hər kəsin gözü qarşısında Adilə müəllimin işıqlı
siması canlanır. Ümumiyyətlə, kitabda ömrünü şam kimi
uşaqların təlim-tərbiyəsi yolunda əridən, gözünün nürunu,
ürəyinin hərarətini fidan balalarımızın XXI əsrə layiq
gənclər kimi yetişməsinə sərf edən geniş qəlbli müəllimlər
çoxdur. Gəncəli təhsil bilicisi, hələ sağlığında öz
məktəbini yarada bilmiş 75 yaşlı maarif fədaisi Müsəddin
Məmmədov, kimyaçı alim, professor İsfəndiyar Aslanov,
astaralı şair-müəllim Seylan Şiriyev, ömrünün 32 ilini
uşaqların qəlbində kimya elminə həvəs və maraq məşəli
yandıra bilən Bürcəli Qurbanov, Masallının Qodman kənd
orta məktəbində işlədiyi cəmi 6 ildə "əqlin gimnastikası"
hesab olunan riyaziyyat fənnini sevdirən İlahəddin Əliyev
və başqaları belələrindəndir. Abşeron rayon təhsil
şöbəsinin müdiri Aslan Rüstəmovla yazı müəllifinin
dialoqu da maraq doğurur. Müsahibədə rayonun təhsil
sahəsində qazandığı uğurlardan bəhs olunur.
Yazıların dili rəyan, sadə, aydın və səlisdir. Dolaşıq,
yerinə düşməyən fikir və ifadələrə rast gəlməzsən. Bu
barədə bir misal: "Çoxları ona müəllimlərin etalonu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
deyirdi. O həm də doğruluğun, düzlüyün, halallığın
etalonu idi. Yalan danışanları görən gözü yox idi.
Nurəddin müəllim anadan sanki elə müəllim kimi
doğulmuşdu. Peşəsini doğma övladı kimi sevirdi.
Uşaqlara təlqin edirdi ki, peşə insanın övladıdır. Övlada
isə xəyanət etmək olmaz..." "Onun həyat amalı düzlük və
halalIıq idi" oçerkindən dil səlişliyinə, rəvanlığa fikir
verirsinizmi? Bütün oçerk və publisist yazılar beləcə
aydın, sadə, oxunaqlıdır.
Nəfis şəkildə 7 çap vərəqi həcmində "Adiloğlu"
mətbəəsində çap olunmuş "Təhsilimizin uca insanları"
kitabı M.Novruzovun yaradıcılığının yeni uğurudur. Kitab
ali və orta məktəb müəllimləri, məktəb direktorları, təhsil
şöbə müdirləri, eləcə də valideynlər və pedaqoji sahədə
çalışanlar üçün qiymətli vasitədir.
RƏSSAM VƏ PEDAQOQ
Pesəsindən (istər müəllim, istər həkim və mühəndis,
istərsə də adi fəhlə) və tutduğu vəzifədən (istər institut
rəhbəri ol, istərsə də adi sürücü) asılı olmayaraq hər bir
vətən övladının amalı ondan ibarət olmalıdır
KI
,
öz şəxsi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
mənafeyini xalqın və dövlətin mənafeyindən üstün
tutmasın, bütün varliğı ilə xalqına bağlansın, bilik və
bacarığını millətin dirçəlişinə, vətənin rifahına sərf etsin.
Bir sözlə, ölkə
vətəndaşı adına layiq yaşayıb, fəaliyyət
göstərsin. Elə haqqında söhbət açmaq istədiyim rəssam-
müəllim Rauf Səmədzadə kimi.
Rauf müəllim azərbaycanlı olmaği ilə fəxr edir, qürur
hissi keçirir. Bu başı bəlalı xalqın tarixinə yaxşı bələddir.
Ancaq həmişə ona təəssüflənir ki,
torpağının altı da, üstü
də qızıl olan vətən övladları bu sərvətlərin müqabilində
firavan yaşaya bilmir, yoxsulluq, dilənçilik baş alıb gedir,
dolanışıq ucbatından soydaşlarımız cəlayi-vətən olurlar.
Küçələrdə əl açıb dilənən qadın görəndə, dünya başıma
fırlanır, yer ayağımın altından qaçır, gözlərimə qaranlıq
çökür. Dərhal başımda bir fikir dolaşır: "Axı bu millət
belə yaşamamalıdır". Rauf müəllim milli azadlıq
hərəkatının öncüllərindən olub, dəfələrlə "KQB"-yə
"dəvət olunub" dindirilib. Azərbaycan müstəqillİk
qazananda, uşaq kimi sevinib. Fikirləşib
KI
,
xalq artıq
azaddır, özü öz sərvətinin sahibidir, yağ-bal içində üzəcək.
Lakin... belə olmadı, hələ
KI
,
o düşünən vaxt yetişməyib...
Rauf Səmədzadə Mirzağa Əliyev adına İncəsənət
Universitetinin məzunudur. Həmin ali məktəbin rəssamlıq
fakültəsini bitirib. Diplom işi "Azərbaycan dekorativ
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
tətbiqi sənətinin reklam-plakatları" mövzusunda olub.
Müdafiə zamanı Komissiya üzvlərindən Mikayıl
Abdullayev, Kərim Kərimov, Kamal Ələkbərov, Paşa
Hacıyev kimi tanınmış sənətkarlar gənc rəssamın diplom
işini bəyəniblər. Paşa müəllimin xeyir-duası ilə Rauf
diplom alan kimi N.Tusi adına Pedaqoji Universitetə
müəllim kimi dəvət alır. Burada "Təsviri incəsənət və
onun tədris metodİkası" fənnini tədris eləməyə başlayır.
Beləliklə, sənət yollarında ilk
addımlarını atan gənc
rəssamlara təsviri sənətin incəliklərini öyrədən Rauf
müəllim ali məktəbdə qısa vaxtda həm müəllim
həmkarlarının, həm də tələbələrin hörmətini qazanır.
İllər arxada qalıb, Rauf Səmədzadə bu illər ərzində
çox şey itirib. Amma qazancı daha çox olub. İlk növbədə
müəllim adını qoruyub-saxlaya bilib, onun şərəfinə xələl
gətirməyib, öz halal zəhmətilə pis-yaxşı dolanıb, sevimli
tələbələrinin qəlbinə yol tapa bilib, düşüncələrini tablolara
köçürməklə rahatlıq tapıb.
Rəssamlar İttifaqının üzvü olan Rauf müəllimin
indiyə kimi müxtəlif janrlarda yaratdığı rəsm əsərləri ayrı-
ayrı ümumittifaq, eləcə də Polşa və Çexoslovakiyanın
sərgi salonlarında nümayiş etdirilib. Rəssamın Nəsirəddin
Tusinin yağlı boya ilə çəkdiyi portreti Mədəniyyət
Nazirliyinin
fondunda
saxlanılır.
Şair
Bəxtiyar
Dostları ilə paylaş: |