İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə56/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   52   53   54   55   56   57   58   59   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

"Ağlayanın bir dərdi  var,  gülənin min  dərdi"  məsəli  yada 



düşür. Sən demə, bu amansız həyat ona və ailəsinə ömrü 

boyu sərt üzünü göstərib. Taleyin naqolay zərbəsinə daim 

tuş  gəlib.  Əzib-sıxıb  onu  tale  öz  məngənəsində,  sınağa 

çəkib ailəsini də, onun özünü də. 

Bu  gün  ömrünün  ahıl,  müdrik  çağını  yaşayır  Fətəli 

Sahib.  Elə  bu  yaşında da  dost-tanışları  ilə  görüşəndə,  şən 

zarafatlarından  qalmır.  Üzündən  gülüş,  təbəssüm  əskik 

olmur. Təbəssüm necə də onun nurani simasına yaraşır! 

Oddan-alovdan çıxmış 78 yaşlı Fətəli Sahibin həyatını 

üç  mərhələyə,  yəni  ömür  kitabını  üç  fəslə  bölmək  olar: 

Böyük  Vətən  müharibəsinə  qədərki  illər,  müharibə  illəri, 

ondan sonrakı illər. 



 

7 yaĢında faciəyə tuĢ gəlmiĢ Fətəli 

 

Həyatın sal qaya kimi min bir sərt üzünü görmüş şair 



dostum  hələ  7  yaşında  ikən  dəhşətli  bir  faciə  ilə 

üzləşmişdi.  Bu,  qanlı  Stalin  repressiyasının  faciəsi  idi. 

Ucarın  Qəziyan  kəndində  o  vaxta  qədər  sakit  həyat  tərzi 

yaşayan  təmiz,  mömin  bir  ailə  vardı.  Evin  başıpapaqlısı 

Molla  Manaf,  xanımı  Fatma  ana  başqalarına  nümunə  idi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Sayıb-seçilən  bu  ailə  xoşbəxt  günlərini  yaşayırdı.  Hamı 



ailəyə yaxşı mənada qibtə edir, həsəd aparırdı. Manaf kişi 

rayonda kolxoz yaradanlardn biri idi. Bir sözünü iki edən 

tapılmazdı.  Kənddə-kəsəkdə  heç  bir  tədbir,  xeyir-şər 

onsuz ötüşməzdi. Qan bağlayardı Molla Manaf. Lakin kim 

bilərdi  ki,  bu xoşbəxtliyin ömrü  belə  qısa  olacaq,  tezliklə 

dəhşətli bir tufan onların qapısını da nişan verəcək, «ellər 

atası", 

'Yer 


üzünün 

sönməz 


günəsi" 

Stalinin 

repressiyasının  acı  ruzgarı  Manaf  kişinin  də  qapısını 

döyəcək.  Həmin  dəhşətli  hadisə  1931-ci  ildə  baş  verdi. 

Ailəni  -  Molla  Manafı  4  oğlu  ilə  birlikdə  Qazaxıstana 

sürgün  edirlər,  daha  doğrusu,  onları  gedər-gəlməzə 

yollayırlar.  Çox  keçmir  ki,  dünyanın  ən  mömin 

bəndələrindən biri olan günahsız Molla Manafı say-seçmə 

4  oğlu  ilə  birlikdə  Qazaxıstanın  Şoltan  şəhərində  qətlə 

yetirirlər.  7  yaşlı  Fətəli  əvvəlcə  bu  faciəni  nağıl  bilir, 

anasının  göyə  bülənd  olan  ah-naləsindən,  fəryadından, 

axıtdığı  acı  göz  yaşlarından  sonra  hər  şeyi  anlayır  və 

sonralar  yeganə  ümidi  Fatma  ana  ilə  ömrü  boyu  həmin 

faciənin acı xatirələri altında əriyir, qovrulur. Amma onlar 

ölmürlər,  yaşayırlar,  onları  ölümün  acığına  yaşadan  ana-

oğul məhəbbəti olur. Bir də onların daxilində yuva salmış 

möhkəm iradə, əzm və mübarizlik. 

Başının tacı, hər biri bir el-obaya arxa-dayaq olacaq 4 

igid, 4 gözəl-göyçək oğlunu, 4 qartal balasını əbədi itirmiş 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

möhnətkeş  ana  yeganə təsəllisini balaca  Fətəliyə bağladı, 



ərinin də, əlindən getmiş oğullarının da mehrini ona verdi, 

onların  iyini  sonbeşiyındən  alırdı.  Taleyin  amansiz 

qanunları  ilə  barışmalı  olan  ana  gümanını  Fətəliyə 

bağladı.  Ananın  ən  böyük  arzusu  ona  savad  vermək, 

təhsilli  oğul  kimi  ortaya  çıxarmaq,  araya-ərsəyə  gətirmək 

idi.  Fətəli  də  ağıllı  çıxır,  ananın  arzusunu  gözündə 

qoymur,  yaxşı  oxuyurdu.  Beləliklə,  orta  məktəbi  bitirir. 

Erkən  yaşlarından  yazı-pozuya  meyil  göstərir,  mətbuatla 

maraqlanır.  Gənc  Fətəli  "Ucar  pambıqçısı"  qəzetini  çap 

etmək  üçün  rayon  rəhbərliyinin  təşəbbüsü  ilə  mətbəə 

yaradır,  lazım  olan  bütün  texniki  avadanlığı  qısa  vaxtda 

əldə edir, sonra da rəhbərliyin təşəkkürünü və mükafatını 

qazanır, hətta qəzetin 2 sayını buraxa bilir. Qəzetin texniki 

işçisi,  mətbəə  yaradıcısı  kimi  rayonda  mətbuatın 

yayılması  sahəsində  qızğın  fəaliyyət  göstərir.  Qonşu 

İsmayıllıda  "Yeni  Işmayıllı"  qəzetinin  yaranması, 

fəaliyyətə başlamasi ücün də bütün bacarığını sərf edir və 

istəyinə nail olur. 

Bu,  Fətəli  Sahibin  ömrünün  müharibəyə  qədər  olan 

dövrü idi. Sonra da müharibə illəri başlayır... 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Fatma ana Fətəli ilə PolĢa sərhədində necə 

görüĢür? 

 

Gənc  Fətəli  hələ  bığ  yeri  tərləməmiş  -17  yaşına 

girəndə  Böyük  Vətən  müharibəsinə  yollanır.  Ananı  tək-

tənha,  Allaha  tapşırıb,  cəbhəyə  yola  düsür.  Əvvəlcə 

Tbilisidə  yerləşən  3  illik  hərbi  zabitlik  məktəbinə  daxil 

olur. Həm məktəbdə oxuyur, həm də hərbi qəzet ("Fəhlə-

Kəndli  Qızıl  Ordu  döyüşçüsü"),  plakat  və  s.  buraxmaq 

üçün  mətbəə  yaradır,  mətbəənin  bütün  texniki 

avadanlığını əldə edir, özü də mətbəədə çalışır. 9 ay hərbi 

məktəbdə  oxuyandan  sonra  tezləşdirilmiş  hərbi  diplom 

alır və leytenant rütbəsilə həmin hərbi qəzetdə çalışır. Bir 

gün  ordu  generalı  onu  yanına  çağırıb  diviziyanın  səyyar 

mətbəəsini  yaratmaq  barədə  leytenant  Fətəliyə  tapşırıq 

verir. O, canla-başla işə girişir. Az vaxtda mətbəəni lazımi 

texniki avadanlıqla təchiz edir. Onun sərəncamına "ZİS-5" 

markalı  maşın  da  verilir.  Qəzetin  bütün  ağırlığı  çiyninə 

düşsə  də,  hərbi  qəzetin  hər  bir  nömrəsini  mütəmadi  nəşr 

etdirir. 

Döyüşlər  davam  edirdi.  Fətəlinin  vuruşduğu  416-cı 

Taqanroq  diviziyası  düşmənə  müqavimət  göstərir,  onun 

canlı  qüvvəsini  və  texnikasını  məhv  edir,  irəliyə  doğru 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə