www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
Həsənağa rolu elə bil onun boyuna biçilmiş, müəllif
tərəfindən onun üçün nəzərdə tutulmuşdu. Sonralar
sənətkarla söhbətlərimizin birində bu barədə onun fikrini
soruşanda, etiraf etdi ki, bəli, müəllif Həsənağa rolunu
məxsusi M.Sənanini nəzərdə tutaraq yazmışdır. Aktyor
təbii oyunu, yapışıqlı ifa tərzi ilə qəhrəmanının- sürücü
Həsənağanın şəkili qızı, tibb baçısı Gülarəyə olan səmimi
hisslərini, təmiz məhəbbətini tamaşaçıya çatdırmaq üçün
nə qədər yaradıcılıq axtarışı apardıqını yaxşı başa
düşürdüm. Xüsusən Həsənağanın ifa etdiyi mahnı
aktyorun
ifasında
çox
oynaq,
şux
səslənir,
pərəstişkarlarına xoş ovqat bəxş edirdi.
ĠLK GÖRÜġ, BĠR DÜNYA SEVĠNC...
Növbəti dəfə «Göz həkimi» tamaşasına qrupumuzdan
5 nəfər tələbə ilə getmişdim. Möhsün müəllimdən
avtoqraf almaq üçün böyük tənəffüsdə aktyorun qrim
otaqına getdik. Tələbə-jurnalist olduqumuzu bildirdik.
Gülərüzlə qarşıladı bizi. Bir-bir hərə öz açıqçasını
avtoqraf almaq üçün ona təqdim edirdi. O da bizdən hər
birimizin əlində hazır tutduqu açıqcanı alır, adını soruşur,
avtoqraf yazıb, özünə qaytarırdı. Əlövsət. Səfər, Əşrəf,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
Əsildar. Növbə mənə çatanda, adımı dedim. Başını
qaldırıb, üzümə baxdı:
- Bilirsən, İdris kim olub?-deyə soruşdu.
..Xeyr, - dedim. Cavabını özü verdi: ...İdris adlı
peyqəmbər olub. Deyilənə görə, yoxa çıxıb-qeyb olub.
Mənə dönüb:- Siz jurnalistlər belə şeyləri yadda
saxlamalısınız. Heç olmasa, adının xatirinə...
...Mənim üçün yeni olan bu məlumata görə gözəl və
səmimi insana dərin təşəkkürümü bildirdim. Xoş ovqatla
sənətkarın qrim otağından çıxdıq. Hər birimizə bir dünya
sevinc bəxş olunmuşdu bu unudulmaz görüşdən.
...Taleyim elə gətirmişdi ki, mən böyük aktyorla
qonşu idim və tez-tez rastlaşır, görüşürdük.
ĠSTĠ YAY GÜNÜ, LƏZZƏTLĠ DONDURMA...
...İsti yay günlərinin birində nişanlımla şəhəri
gəzirdim. Neftçilər prospektində. Səki ilə gedib bulvara
addımlamaq istəyirdik ki, birdən sağ böyürdən bir maşın
gəlib, bərabərliyimizdə dayandı. Ayaq saxladıq. Yenə
Möhsün müəllim idi. Onu görən kimi özümü itirdim.
Maşını tanıyanlar ―QAZ-21‖-i dövrəyə aldılar. M.Sənani
bizi maşına dəvət etdi. Etiraz edə bilməzdik. Maşına
əyləşdik. Bizdən heç nə soruşmadan Möhsün müəllim
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
maşını üzüyuxarı-hökumət evi səmtə sürdü. Söhbətə özü
körpü saldı:
- Bilirəm, jurnalist (o, həmişə mənə belə müraciət
edərdi, heç vaxt adımı deməzdi. Deyəsən, heç axıracan da
adımı dəqiq bilmədi bu xanım nişanlındır, xoşbəxt olun.
Sonra Möhsün müəllim maşını yolun kənarında saxladı.
Maşından düşdük. Yaxınlıqdakı yay kafesində bizi ləzzətli
dondurmaya qonaq etdi. Ona dərin təşəkkürümüzü
bildirdik. Ayağa duranda dedi:
- Siz dəniz kənarında kəzişin. Mən də teatra gedim.
Məşqin vaxtıdır. Xudahafizləşib maşına tərəf addımladı.
Biz də «QAZ-21»-i onun sükanı arxasında oturmuş bu
mehriban, səmimi insanı bizdən uzaqlaşana qədər
müşayiət etdik.
SƏNƏT HAQQINDA QISA SÖHBƏTLƏR
M.Sənaninin həm teatrda, həm də kinoda oynadığı
bir-birindən maraqlı, yaddaqalan obrazlarının hər biri
mənim üçün eyni dərəçədə əzizdir. Bu obrazlarda
mərdanəlik, kişi əzmkarlığı, kişi qeyrəti, sözübütövlük
kimi gözəl keyfiyyətlər cəmləşib. Amma, nədənsə, mən
onun teatrdakı Şərifini /"Almaz‖/ və Həsənağasını /"Göz
həkimi"/, kinoda isə Qoçu Əsgəri /"O olmasın, bu olsun"/
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
və kolxoz sədrini /«Dağlarda döyüş»/ daha çox sevmişəm
və bu rolları onun sənətinin zirvəsi hesab edirəm.
Biz dəfələrlə Möhsün müəllimlə söhbətlərimizdə kino
və teatr sənəti barəsində danışardıq, fikir mübadiləsi
aparardıq. Bir dəfə "Məşədi İbad" filmindən söhbət düşdü.
Soruşdum:
- İstedadlı rejissor H.Seyidzadə filmə kino və teatr
sənətimizin bu qədər qaymaqlarını necə toplaya bildi?
Cavab verdi:
- Bu, birinci növbədə, böyük vətəndaş, cəfakeş insan,
sənət fədaisi, Azərbaycan kinosunun inkişafına öz
həyatını belə qurban verməyə hazır olan sənətkarın
təşkilatçılıq qabiliyyəti, sənət adamları arasında onun
böyük hörmət sahibi olması ilə əlaqədardır.
- Filmdə Məşədi İbadı ən çox siz, daha doğrusu, sizin
yaratdığınız Əsgər sancır, onu çox pis vəziyyətdə qoyur.
Deyin görək, düşdüyü vəziyyətə görə ona yazığınız
gəlirdimi?
- Qocalıqda yorğalıq eləməyin bəlasını çəkir Məşədi
İbad. Buna görə həyatın özü onu cəzalandırır. Nə yaxşı ki
axırda kəniz qismətinə düşür, qazı kəbinlərini kəsir. Əgər
Sənəmlə evlənməsəydi, o vaxt ona yazığım gələrdi.
Dostları ilə paylaş: |