www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
"Ulduz" redaksiyasındakı ilk görüşdən Yasif müəllimin
qaynar, nüfuzedici baxışı, gülər üzü, istiqanlılığı və
səmimiyyətilə yadımda qaldı. Sonra ona bədii yazılarımı,
o cümlədən, mənsur şeirlərimi təqdim etdim. Dərhal
oxuyub nəzərdən keçirdi. Razı qaldığıni hiss etdim.
Amma tövsiyəsi bu oldu ki, çapına tələsməyim,
yazılarımın üzərində bir də işləyim, həm də Azərbaycanda
mənsur şeirin banisi olan Gülhüseyn Hüseynoğlunun
yaralıcılığına çox müraciət edim. Razılıq hissi ilə Yasif
müəllimdən ayrıldım. Amma bir daha onunla ilk dəfə
olduğu kimi, üz-üzə oturub söhbət etmək mənə nəsib
olmadı. Sonralar müxtəlif tədbirlərdə, görüşlərdə arabir
rastlaşıb salamlaşırdıq. Lakin ilk görüşün təəssüratı hələ
də məni tərk etməyib. Və mən o vaxtdan indiyə kimi
Yasif Nəsirlinin yaradıcılığını, fəaliyyətini, yəni
bütövlükdə ömür yolunu necə deyərlər, addım-addım
izləmişəm. Ta bu günə kimi.
Bilirəm ki, o, mən özümün ikinci Vətənim hesab
etdiyim Qarabağın Cəbrayıl rayonunda (Cəbrayılı ona
görə özümə ikinci vətən sayıram ki, bir cəbrayıllı
müqəddəs ailə ilə az qala yarım əsrdir dostluq edirəm)
doğulub. 70 it bündan əvvəl bu rayonun Kavdar kəndində.
Ərazicə çox da böyük olmayan Cəbrayıl Azərbaycana
çoxlu sayda işıqlı ziyalılar, qəhrəmanlar bəxş edib.
Akademik Mehdi Mehdizadə (sabiq maarif naziri), Əşrəf
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
Hüseynov (akademik), Tofiq Hacıyev (akademik),
Qəzənfər Kazımov (professorlar), Novruz Quliyev
(akademik), Sabir Əhmədov (xalq yazıçısı), Cəmil
Əhmədov - onun qardaşı (Sovet İttifaqı Qəhrəmanı),
Köçəri Babayev (Sosialist Əməyi Qəhrəmanı), Vidadi
Rzayev (riyaziyyatçı) və onlarca başqa tanınmış
şəxsiyyətlər bəxş edib. Onlar bu torpaqda həyata göz
açmış, bu yerlərin ab-havası ila nəfəs alıb, ərsəyə
çatmışlar. O dövrün uşaqları kimi balaca Yasifin də
uşaqlığını Böyük Vətən müharibəsinin dəhşətləri udmuş,
onu məhrumiyyətlər, dözülməz əzab-əziyyətlərlə üz-üzə
qoymuş, bir sözlə, arxa cəbhənin məhrumiyyətlərinə tuş
gətirmişdir. Atası Vətənin müdafiəsinə getdiyindən, anası
ailəni dolandırmaq üçün kirpiyilə od götürüb. Ehtiyac
ucbatındän VII sinif şagirdi olan Yasif günün birinci
yarısını quzu otarıb, ikinci yarısını isə dərsə gedib. Amma
o dövrün xeyirxah adamları, o cümlədən məktəbin
müəllimləri başqaları kimi Yasifin dərdini yüngülləşdirib,
onlara maddi və mənəvi cəhətdən arxa-dayaq olublar.
Onu doğru deyiblər ki, dərd adamları birləşdirir.
Məktəbdə oxuyarkən, dəqiq elmlərə böyük həvəs və
maraq göstərən gənc Yasif inanmazdı ki, həyat ona öz
diktəsini edəcək. Belə ki orta məktəbin yuxarı siniflərində
oxuyarkən öz ilk şeir və hekayələrini rayon qəzetində
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
görəndə, buna heç sevinməyib də. Çünki ilk qələm
təcrübəsinin nə üçün mətbuata yol tapdığından heç özü də
baş açmamışdı. Sən demə, bu ilk qığılcımlar bəs deyilmiş,
bu, onun sonradan ədəbi aləmə düşüb, burada
parlamasının başlanğıcı imiş.
Sənədlərini Neft və Kimya İnstitutuna versə də,
müsabiqədən keçə bilməyən gənc Yasif vaxt itirmədən
Mədəni-Maarif Texnikumuna daxil olur. Və təhsil ocağına
ona görə minnətdarlığını bildirir ki, gələcək ömür-gün
yoldaşı məhz burada qismətinə çıxır və onu xoşbəxt edir,
həyatını mənalandırır, ona gözəl övladlar bəxş edir;
tərbiyəli və savadlı, Vətənə və qədirbilən xalqımıza,
zəmanəmizə layiq övladlar!
Yasif Nəsirlinin yaradıcılıq bioqrafiyası çox
zəngindir. O, kifayət qədər təhsil alıb. BDU-nun və
M.Qorki
adına
Moskva
Ədəbiyyat
İnstitutunun
məzunudur. Eyni zamanda, keçmiş SSRİ Dövlət
Təhiükəsizlik Komitəsinin Ali məktəbini bitirib. Ədəbi
aləmdə imzası isə keçən əsrin 60-cı illərində görünməyə
başlayıb, çox məhsuldar qələm əhli kimi oxucuların
marağına səbəb olan Yasif hələ təhsil aldığı ali məktəbin
IV kursunda ikən "Araz daşan yerdə" və "Qırmızı
qərənfil" sənədli hekayələr toplusu ilə həmyaşıdlarının
diqqətini cəlb edir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
İdris Hacızadə
―Dünyamızın bəzəyidir insanlar‖
"İnsanlar və görüşlər", "Adsız təpə", "İntizar",
"Bolluq yaradanlar", "Qayıdacağam", "Çinar vüqarı",
"Görə bilmədin", "Azərbaycan şeiri" və başqa povest,
hekayə, pyes və elmi əsərlərdən ibarət kitablar
dediklərimizi təsdiqləyir. Sonra da "Ömür", "Dünya",
"Zaman» adlı üçcildliyi çap edilərək oxucuların
mühakiməsinə verilmişdir. Yazıçı "Liftdə hadisə»,
«Təyyarə geri dönür", "Qan qardaşları" adlı pyeslərini isə
televiziya tamaşaçılarının ixtiyarına verməklə özünü bu
sahədə də sınamışdır.
Y.Nəsirli yaradıcılığının bir qolu da tərcüməçilikdir.
Uzun illər bu sahədə çalışan nasir G.Markovun məşhur
əsəri olan «Sibir»i böyük bir ilhamla dilimizə çevirmişdir.
Mariya Mayerovanın "Dünyaların ən yaxşısı» romanı,
A.Diqanskinin "Filosof və paltaryuyan qız», Ş.Ələddinin
"Mərmər pillələr" povestləri və «Polşa hekayələri»
toplusu Y.Nəsirli tərəfindən dilimizə tərcümə edilərək
ayrıca kitabça şəklində işıq üzü görmüşdür. Yasif Nəsirli
həm də alimdir, filologiya elmləri doktorudur.
"Ulduz" jurnalının ilk baş redaktoru olmuş Y.Nəsirli
həm də ömrünün bir hissəsini ictimai-siyasi xadim kimi
dövlətçiliyimizin qorunmasına həsr etmişdir. Belə ki
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində
(DTK) İdarə rəisi vəzifəsində çalışan Yasif Nəsirli
Dostları ilə paylaş: |