İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə44/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   40   41   42   43   44   45   46   47   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

müdafiəyə  buraxılır,  üstəlik,  işə  bərpa  olunur.  Beləliklə, 



haqq-ədalət qalib gəlir. 

 

"Vətən ona görə gözəl deyil ki, o gözəldir, Vətən 

ona görə gözəldir ki,  o Vətəndir" 

 

Xalq  şairi  Bəxtiyar  Vahabzadənin  zərb-məsələ 



çevrilmiş  bu  hikmətİndə  böyük  bir  həqiqət  vardır. 

Doğrudan  da,  Vətən  gözəl  olub-olmamasından,  iqlim 

şəraitindən, 

relyefindən, 

yaxın-uzaqlığından 

asılı 


olmayaraq  elə  Vətəndir.  Bu  cəhətdən  "Vətənə  gəldim  - 

imana  gəldim"  deyimi  fikrimizi  bir  daha  təsdiqləyir.  Elə 

Vətənə  olan  sonsuz  məhəbbəti,  Vətən  təəssübkeşliyinin 

nəticəsi  idi  ki,  Yasif  Nəsirli  DTK-da  fəaliyyət  göstərdiyi 

müddətdə  Qarabağ  problemi  ilə  məşğul  olurdu.  Bəli, 

Y.Nəsirli 

1989-91-ci 

illərdə 


inzibati 

orqanların 

fəaliyyətinə  nəzarət  edir,  eyni  zamanda  milli  məsələlər 

onun  nəzarəti  altında  olur.  Volski  və  onun  ermənipərəst 

dəstəsi  Xankəndindən  haqlı  olaraq  qovulduqdan  sonra 

Qarabağ  üzrə  təşkilat  komitəsi  yaradılanda,  Y.Nəsirli 

həmin təşkilat komitəsi sədrinin birinci müavini vəzifəsinə 

təyin  edilir,  çox  məşəqqətli  günlər  yaşayır.  Hər  dəqiqə 

ölüm-itimlə  qarşılaşır.  Yəqin  çoxları  bilmir  ki,  gənc 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

jurnalist Salatın Əsgərovaya ermənilər tərəfindən tuşlanan 



güllələr  onun  əyləşdiyi  maşının  ardınca  gedən  Yasif 

Nəsirlini  məhv  etməli  idi.  Adi  bir  təsadüf  nəticəsində 

düşmən  gülləsi  hədəfdən  yayınır.  Belə  hallarla  tez-tez 

rastlaşan  təşkilat  komitəsinin  üzvləri  ölümün  gözünə  dik 

baxmağa həmişə hazır olur, Ermənistanla həmsərhəd olan 

bütün Qarabağ ərazisində çox iş görürlər. Y.Nəsirlinin özü 

isə  bəzi  çətin  əməliyyatların  həyata  keçirilməsinə 

bilavasitə  özü  rəhbərlik  edib.  O  vaxt  Azərbaycanın  ər 

oğullarının  Vətən  yolunda  şəhid  olduğunu  görən  Yasif 

müəllimin özü neçə dəfə ölüb-dirilib. 



 

Azərbaycan deyiləndə ayağa dur ki... 

 

Azərbaycan! Mayası nur, qayəsi nur ki,  

Hər daĢından alov dili ox ola bilər.  

Azərbaycan! - deyiləndə ayağa dur ki,  

Füzulinin ürəyinə toxuna bilər.  

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Onu da yaxşı bilirəm ki, Yasif Nəsirli xeyli müddətdir 



ki,  məsul  vəzifə  daşıyır.  Bu,  "Azərbaycan  dünyası" 

Beynəlxalq  Əlaqələr  Mərkəzidir.  Yasif  müəllim  bu 

mötəbər  mərkəzin  prezidentidir.  Nə  yaxşı  ki,  mərkəz 

dövlət  büdcəsindən  maliyyələşdirilir.  Məmləkətimizin 

beynəlxalq aləmdə tanınması və təbliği sahəsində sanballı 

fəaliyyət  göstərir.  Dünyanın  ən  sivil  dövlətlərindən  biri 

olan, heç kimin  torpağında gözü olmayan, amma özünün 

müqəddəs  torpaqlarının  20  faizdən  çoxunun  bədnam 

qonşularımız  tərəfindən  işğal  edilən,  əhalisinin  8 

nəfərindən  birinin  qaçqın-köçkün  vəziyyətində  yaşayan 

Azərbaycanın  haqq  səsini  dünyaya  yayan  mərkəzin 

fəaliyyəti  təqdirəlayiqdir.  Çünki  mərkəzin  işgüzar 

kollektivi  yaxşı  bilir  ki,  Nizami  və  Füzulinin,  Nəsimi  və 

Şah İsmayılın, Aşıq Qurbani və Ələsgərin, Səməd Vurğun 

və Xəlil Rza Ulutürkün Vətəni olan Azərbaycan və onun 

ayrılmaz    tərkib  hissəsi  olan  Qarabağ  donuz  xislətli 

ermənilərin tapdağı altında uzun zaman qala bilməz. Bunu 

yazımın  qəhrəmanı  Yasif  müəllim  də  müsahibələrində 

etiraf  edib  və  vurğulayıb  ki,  məqsədimiz  mövcud 

imkanlardan  istifadə  edərək  torpaqlarımızın  azad 

olunmasına nail olmaqdır.                                         

Bu,  hər  bir  azərbaycanlının  ümdə  arzusudur,  Yasif 

müəllim!  Sizi  isə  70  yaşınız  münasibətilə  "Naxçıvan" 

qəzeti  kollektİvi  adından,  şəxsən  öz  adımdan  təbrik 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

edirəm! Qoy gülümsər çöhrənizdə yuva qurmuş müdriklik 



əlaməti olan nuranilik sizi heç vaxt tərk etməsin, aydın və 

mənalı  baxışlarınız  ətrafdakılarınıza  daim  nikbin  ovqat 

bəxş etsin! 

“Naxçıvan” qəzeti, 2009-cu il 

 

“ƏKĠNÇĠ”DƏN ÜZÜBƏRĠ, YAXUD QƏZET 



BOLLUĞU PĠSDĠR, YA YAXġI? 

 

1875-ci ildə görkəmli yazıçı və maarifçi, zəmanəsinin 



tanınmış  ziyalısı  Həsən  bəy  Zərdabi  tərəfindən  nəşrə 

başlayan  "Əkinçi"  qəzeti  Azərbaycanda  ilk  milli 

mətbuatımızın  əsasını  qoydu.  Düz  123  il  əvvəl  qeyrətli 

eloğlumuzun  bu  nəcib  hərəkəti,  yəni  onun  yeni  icadı 

bəzilərinə  əvvəlcə  qəribə,  müəmmalı  görünürdu.  Lakin 

dərinə  vardıqca,  maarifçi  mühərririn  qəzetinin  məramı, 

qayəsi  və  ideyası  ilə  tanış  olduqca,  onun  "Əkinçi"sinə   

olan maraq və diqqət də artmağa başladı. 

Axı  görkəmli  alim  Zərdabinin  bu  qəzeti  yaratmaqda 

əsas 


məqsədi 

millətin 

gözünü 

açmaq, 


onu 

maarifləndirmək,  mənən  zənginləşdirmək  idi.  Oxucular 

bilməlidirlər  ki,  böyük  maliyyə  çətinlikləri  ilə  üzləşən, 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə