İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə27/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   23   24   25   26   27   28   29   30   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

dilinin əzbəridir. Tamaşaçılar eyniadlı ―Mücrü‖ televiziya 



filmini bu gün də həvəslə seyr edirlər. Tanınmış rus ədibi, 

Azərbaycan 

yazıçılarının 

yaxın 


dostu 

K.Fedin 


G.Hüseynoğlunun  ―Mücrü‖sü  barədə  aşağıdakı  sözləri 

söyləmişdir:  ―Əsərdəki  məcaz  varlığın  canlı  obrazına 

çevrilir. Bu metamarfoza məni ovsunlamışdır.‖ 

Rus  ədibi  haqlıdır.  Amma  mənsur  şeir  ustasının  belə 

əfsunları kifayət qədərdir. ―Mücrü‖ isə bizim qənaətimizə 

görə,  yazıçı  Gülhüseyn  Hüseynoğlunun  pasportu 

sayılmalıdır. 

Yazıçının  indiyə  kimi  bütövlükdə,  30-a  qədər  kitabı 

işıq  üzü  görüb.  Külliyatının  əsasını  müxtəlif  janrlarda 

qələmə  aldığı  mənsur  şeirlər,  hekayə  və  povestlər, 

ssenarilər və s. təşkil edir.  

G.Hüseynoğlu ədəbiyyatşünas alim kimi də tanınır. O, 

nakam  şairimiz  Mikayıl  Müşfiqin  zəngin  həyat  və 

yaradıcılığı, şairin əsərlərinin, bütün ədəbi irsinin tədqiqi, 

tərtibi  və  toplanıb  xalqa  çatdırılması  sahəsində  misilsiz 

əmək  sərf  etmişdir.  Təqdidatçı-alimin  zəhməti  və 

rəhbərliyi  sayəsində  gözəl  bir  məqamı  da  qeyd  etmək 

istərdim. Belə  ki  ildə 2 dəfə  Müşfiqsevərlər nakam  şairin 

Bakıdakı abidəsi  önünə yığışır, şair barədə ürək sözlərini 

söyləyir,  sonra  Müşfiqin  ata-baba  yurduna  -    Xızının 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Sayadlar  kəndinə  gedir  (hazırda  orada  həmin  adda  kənd 



olmasa  da),  kəndin  mərkəzində  Müşfiqin  şərəfinə 

ucaldılmış abidə qarşısında tədbiri davam etdirirlər. Bütün 

bunlar  böyük  şairə  olan  dərin  xalq  məhəbbətinin,  xalq 

ehtiramının  təntənəsi,  eyni  zamanda  tədqiqatçı-alimin 

zəhmətinin bəhrəsidir. 

Keçən  il  Gülhüseyn  Hüseynoğlu  90  yaşında  vəfat 

etmiş və İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.  

Ġdris HACIZADƏ 

 

«Amalım insanlara sağlamlıq bəxĢ etməkdir» 



 

Bir həkimin məharəti yüzlərlə döyüĢçünün  

hünərindən üstündür 

Homer 

 

TANIġLIQ 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bu  sözlərin  müəllifi  ömrünün  48-ci  baharına 



qovuşmuş  ağxalatlı  həkim,  özü  də  hərbi  həkim,  yəni 

ağxalat  altında  çin  gəzdirən  hərbi  xidmət  polkovnik-

leytenantı Şahlar Qubad oğlu Quliyevdir. Canlı bir kitaba 

bənzər bu ömrün nə qədər bir-birindən fərqli - maraqlı və 

həyəcanlı,  pozulmaz  və  yaddaqalan  səhifələri  var?!  Bu 

ömür yolu enişli-yoxuşlu, dərəli-təpəli olub, labirintlərdən 

keçib,  həyatın  hər  cür  sərt  üzünü  görüb,  müxtəlif 

ünvanlarda  dayanaraq  lövbər  salıb!  Coşğun  çaya  bənzər 

həyatın burulğanlarına tuş gəlib, dəfələrlə ölüm kabusu ilə 

qabaq-qənşər olub, üz-üzə, göz-gözə dayanıb. Hər an, hər 

dəqiqə  ölüm  adlı  o  kabusla  həyat  uğrunda,  yaşamaq 

uğrunda  mübarizə  gedib.  Özünü,  cavan  canını 

düşünməyən  bu  şəxs  düşmənlə  qeyri-bərabər  döyüşdə 

neçə-neçə  say-seçmə  oğullarımızı  ölümün  pəncəsindən 

qopararaq  həyata  qaytarıb.  Qaşla-göz  arasında  olan  bu 

ölüm-dirim  mübarizəsində  o,  hər  şeyi  unudub,  elə  özünü 

də. Yalnız qarşısında uzanıb xilaskarından imdad diləyən, 

bəlkə  də  son  anlarını  yaşayan  Vətən  oğullarından  ölümü 

uzaqlaşdırmaq  üçün  düşünüb-daşınan,  təcili  tədbirlərə  əl 

atıb, çıxış yolu tapanda, ölümün gözünün içinə düz baxıb, 

ona  qalib  gələndə,  üzünə  təbəssüm  qonub,  dərindən  köks 

ötürərək, rahat nəfəs alıb, bu zaman uşaq kimi kövrəlib də 

- bir kimsəni həyata qaytardığına görə. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

O  dəhşətİİ  anları  bu  gün  də  tez-tez  yada  salan  hərbi 



həkim  yenə  o  vaxtlara  qayıdır,  o  müdhiş,  təsvirəgəlməz 

situasiyalar  kinolent  kimi  gözləri  önündən  gəlib-keçir. 

Yalnız  ondan  toxtaqlıq  tapır  ki,  müharibə  şəraitində 

yaşasaq  da,  atəşkəs  rejimi  hökm  sürür,  qan-qada,  ölüm-

itim yoxdur... 

Göründüyü kimi, Şahlar Quliyevin maraqlı, ibrətamiz 

həyat  tarixçəsi  vardır.  Bugünkü  gənclərə  örnək olacaq bu 

ömür  yolunun  bəzi  səhifələrini  oxucular  qarşısında 

vərəqləyirik. 

Ş.Quliyev  hazırda  nankor  qonşularımız  tərəfindən 

işğal  olunmuş  Qarabağ  torpağında,  daha  doğrusu,  Füzuli 

rayonunun  İkinci  Mahmudlu  kəndində  Qubad  kişinin 

çoxuşaqlı ailəsində həyata göz açmışdır. 1971-ci ildə orta 

məktəbi  bitirən  Şahlar  3  il  rayonun  N.Nərimanov  adına 

kolxozunda  sıravi  kolxozçu  işləyib.  Sonra  2  il  də  o 

zamankı  Sovet  ordusunda  qulluq  edib.  Az  yaşında  xeyli 

həyat təcrübəsi qazanıb, zəhmətə alışıb, çətinliyə qatlaşıb. 

Təhsil  almaq,  geniş  həyat  yollarına  çıxmaq  üçün  doğma 

rayondan  Sumqayıta  gəlib.  Əvvəlcə  o,  burada  çalışan 

inşaatçılar  cərgəsinə  qoşulub.  3  saylı  evtikmə 

kombinatında fəhlə işləyib. Lakin təhsil almaq bir an onu 

rahat  buraxmır.  Ona  görə  də  N.Nərimanov  adına 

Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  hazırlıq  kursuna 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə